Rusiyadakı ərkivanlıların sorağı ilə
Ərkivan qəsəbəsinin yetirməsi olan, hədsiz sadəliyi və xeyirxahlığı özünə həyat amalı seçən, çalışdığı Rusiyanın ucqar mahalında həm iş adamı kimi, həm də vilayətin ictimai-siyasi həyatında böyük xidmətləri olan, vilayətin seçilmişlərindən sayılan bir ərkivanlı var – Hikmət Məmmədov.
Reklamdan hədsiz qaçan, etdiklərini heç vaxt dilə gətirməyən, amma xeyirxah işlərinin sırası bilinməyən bu gənc əslində hamının gözünə girən xeyriyyəçilərdən qat-qat çox işlər görür, istər çalışdığı vilayətdə, istər boya-başa çatdığı Ərkivan qəsəbəsində yüzlərə ailəni sevindirən xeyirxah addımlar atır.
Bu gün təkcə boya-başa çatdığı Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsi yox, bütün Masallı, eləcə də Azərbaycanımız onunla fəxr duya bilər.
Çox təkid etsək də, həyat yolu haqqında, eləcə də xeyirxah işləri barədə geniş, detallı yazı verilməməsini xahiş etdi. Yəqin ki, bu kiçik yazıya görə də bizdən incik qalacaq.
Amma, bütün hallarda belələrini tanıtmaq borcumuzdur-həm də başqalarına nümunə olmaq üçün.
Buna görə, bir neçə kəlmə ilə də olsa, onu xatırlamağı lazım bildik.
Bütün hallarda, Hikmət bəy, sizə bu xeyirxah, nurlu əməllər yolunda daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, nə vaxtsa, ömür yolunuzu tam dolğunluğu ilə işıqlandırmaq imkanımız olacaq.
Cenub.az. arkivan.az. Faiq Hüseynzadə