Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirildi


Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10