Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kataloniyada müstəqillik tərəfdarları qalib gəldi


İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib.

Kataloniyada müstəqillik tərəfdarları qalib gəldi
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib. “2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki bu, referendumun yekun nəticələridir”, deyə J.Turul qeydı edib. Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, məlum deyil.

Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili işlər nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib.

Oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilən seçkilərdə müstəqillik tərəfdarları qalib gəlir.

APA-nın məlumatına görə, bu barədə “La Vanguardia” qəzeti xəbər verib.

İndiyədək 308 min bülleten hesablanıb. Məlumata görə, səs verənlərin 91 faizindən çoxu müstəqilliyin lehinə səs verib. Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, verilmir.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10