Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dneprdə Anar Məmmədovu güllələyən Cabbar Yusifovdur, idmançıdır və hətta “vor zakon”dur...


Ukraynanın Dneprepetrovsk şəhərində aprelin 22-də baş vermiş nümayişkarənə qətl barədə yeni təfərrüatlar üzə çıxıb.
Həmin gün 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer 28 yaşlı Yusifov Cabbar Asif oğludur. Hazırda onun axtarışları gedir.

Xəbər verildiyi kimi killer Anar Məmmədovu ona məxsus “Land Cruiser” avtomobilində güllələyib. A.Məmmədov şəhərin Kilsə meydanında yerləşən “Artist” restoranının qarşısında dayanmış avtomobilinə yaxınlaşıb, əvvəlcə azyaşlı uşağı maşına mindirib, daha sonra özü sükan arxasına keçib və yenicə hərəkətə başlayanda killer ona yaxınlaşaraq atəş açıb. A.Məmmədov yaralı halda maşından düşərək qaçmağa çalışsa da yaxınlıqdakı tramvay xəttinə yıxılıb, killer yaxınlaşaraq ona kontrol atəşləri açıb və hadisə yerindən qaçıb.
A.Məmmədovun barəsində ətraflı məlumat yoxdur, onun adı 2018-ci ildə aliment borcu və valideyinlik hüququndan mərhum edilmə işində keçir.

Onu öldürən Azərbaycan vətəndaşının 28 yaşı var, peşəkar idmançıdır. Dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib, hətta gənclər arasında keçirilən yay Olimpiya oyunlarında iştirakçı olub. İki ay əvvəl Cabbarı hüquq-mühafizə orqanları tapança gəzdirdiyi üçün saxlayıb. Lakin məhkəmə onu girov əvəzində azadlığa buraxıb. Cabbarın fotolarına əsasən onun kriminal aləmdə yüksək statusa malik olduğu bildirilir, ola bilsin hətta “vor zakon”dur. Çünki çiyinlərində “ulduz” döymələri var.
Qətlin motivlərinə dair hər hansı versiya yoxdur.
Virtualaz.org
 




Facebook





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10