Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçılarının gözü niyə doymur? “Rüşvətxor, korrupsioner məmurlar...“


Azərbaycanda korrupsiya və rüşvətə qurşanmış məmurlara qarşı hüquqi müstəvidə mübarizə davam edir. Alimpaşa Məmmədovun həbsi ilə məhbus həyatı yaşayan icra başçılarının sayı 7-yə çatıb.
Maraqlıdır, silsilə həbslər, mütəmadi tənbeh tədbirləri icra başçılarını niyə əyri yoldan çəkindirmir?
Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytnant İlham İsmayıl mövzu barədə Yenisabah.az-a açıqlamasında problemin ilk olaraq idarəetmə sistemindən qaynaqlandığını vurğulayıb:
“İkincisi də bu rüşvət məsələsi elədir ki, fikrimcə, nəinki 7, hətta 70 rayonun icra başçısı da bu işi görür. Amma idarəetmə sistemindən irəli gələn proseslər var və onlar həmin proseslərdə geri çəkilə bilmir, pulun qabağında çox aciz qalırlar. Elə bilirlər ki, heç vaxt heç kəs gəlib onları tutası deyil. Amma iradə, siyasi qərar olandan sonra bu kimi məsələlər həll olunur. İndiyədək Qarabağ müharibəsi gedirdi, müharibədən sonrakı dövrdə də bu problemlər arxa plana keçmişdi, lakin icra başçıları bilsinlər ki, yeri gələndə yenə də DTX-nin hədəfi olacaqlar. Çünki demək olar ki, onlar barədə şikayət hər zaman var. Xüsusilə də, Şəmkirdən şikayət lap çoxalmışdı”.
Həmsöhbətimiz rüşvətxor, korrupsioner məmurların heç vaxt əməllərindən çəkinmədiklərini diqqətə çatdırıb:
“Lakin əməllərində müəyyən korrektələr edirlər. Bir az ehtiyatlı olurlar, fikirləşirlər ki, ehtiyatla rüşvət alanda heç kəs görməyəcək. Amma əgər hədəf obyektidirlərsə, istəirlər, rüşvəti səhrada alsınlar, xüsusi xidmət orqanı bunu sübut edərək onları həbs edə bilər”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10