
Əldə etdiyimiz məlumata görə hazırda Masallı şəhər 1 saylı tam orta məktəbinə rəhbəlik əslən Masallı rayonunun Güllütəpə kəndində anadan olan, xarici dil müəllimi, hazırda Masallı Təhsil şöbəsində metodist işləyən, 1971-ci il təvəllüdlü Vəli Ağayevə həvalə olunub. Xatırladaq ki, V.Ağayev rayonun digər məktəbində də müvəqqəti olaraq direktor vəzifəsini icra edib. Qısası, məktəblərdə nöqsanları araşdırma sahəsində maraqlı təcrübəsi var.
Masallı 7 saylı məkətəbin direktorluqdan azad edilən Elman Nəzərovun səlahiyyətləri isə həmin məktəbdə ali təhsilli ibdidai sinif müəllimi işləyən Abuşova Məhsəti Eminağa qızına həvalə olunub.
Verilən məlumata görə, yeni təyin olunan direktor əvəzləri burada baş verən əvvəlki kəm-kəsirləri də araşdıracaq.
Çalışacağıq ki, bu barədə izləyicilərimizi ardıcıl məlumatlandıraq.
Qeyd: Daha irəli gedən bəzi izləyicilər bu məktəblərdəki araşdırmalar, kəm-kəsirlər barədə film çəkməyi təklif edir.
Cenub.az