Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Şurasının iclasının ardınca gündəmdə olan mövzular, o cümlədən ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı yaydığı mesajında “soyqırım” ifadəsinə yer verməsi haqda danışıb. Virtualaz.org xəbər verir ki, Ərdoğan Türkiyə telekanalları ilə canlı yayımlanan çıxışında çox sanballı, təmkinli bəyanatlar verib. Baydenin bu yanlış addımının iki ölkə münasibətlərinə vurduğu zərərdən danışıb, amma Türkiyə ilə ABŞ-ın iki önəmli NATO müttəfiqi olaraq qaldığını vurğulayıb.
“ABŞ prezidenti Bayden 24 aprel mesajında bir əsrdən də uzaq keçmişdə baş vermiş hadisələr barədə həqiqətdən uzaq, əsassız ifadələr işləyib. Bu, bizi məyus edib. Həmin ifadələr radikal erməni dairələrinin və Türkiyə əleydarı lobbilərin təzyiqləri ilə istifadə olunub, amma bu, işlədilən yanlış ifadələrin iki ölkə münasibətləri üzərində dağıdıcı təsirlərini aradan qaldırmır”,-Ərdoğan çıxışında deyib.
O, əlavə edib ki, Türkiyə tarixdə yaşanmış acı hadisələr üzərində yarış təşkil edilməsini düzgün hesab etmir, amma belə yarış başladılarsa Türkiyə bundan qalib çıxan tək dövlət olacaq. Amerika və Avropa başda olmaqla Türkiyəyə qarşı soyqırım iftirası yönəldənlər keçmişdə baş verənlər barədə ortaya çıxan bu müqayisədən sonra insan içinə çıxmaz hala gələcəklər.
Ərdoğan Osmanlının I Dünya müharibəsində Qafqazı da əhatə edən əraziləri içərisində ölü və yaralı şəklində müsəlman və türklərdən ibarət 10 milyona yaxın insanını itirdiyini xatırladıb. Amma heç vaxt bu itkiləri siyasi məqsədlə təbliğat kimi istifadə etməyib.
Türkiyə prezidenti vurğulayıb ki, onun ölkəsi 1915-ci il hadisələri ilə bağlı Ermənistana ortaq tarix komissiyası qurmaq təklifini verib, amma bu təklifə hələ də cavab almayıb. Bildirib ki, Türkiyə öz arxivlərini açmağa, oradakı 1 milyona yaxın sənədləri tarixçilərin və tədqiqatçıların ixtiyarına verməyə hazırdır. “Lakin qarşı tərəf həqiqətləri üzə çıxarmaq əvəzinə siyasi maraqlar dalınca qaçır və bu da işin, onların məqsədinin əsl mahiyyətini ortaya qoyur”,-Ərdoğan deyib.
Türkiyə prezidenti çıxışında 1915-ci il hadisələri barədə faktları sadalayıb, həmin hadisələr zamanı silahlı qruplarla toqquşmalarda və ya digər səbəblərdən həyatını itirən ermənilərin sayının ən uzağı 150 min nəfər olduğunu bildirib. Deyib ki, bu rəqəmin arxasına bir sıfır artırılmasını erməni tarixçiləri və siyasətçiləri özləri də etiraf edirlər.
Ərdoğan Türkiyədə bu gün də həmin dövdə qətl edilmiş türklərin kütləvi məzarlıqlarının aşkar edildiyini deyib, amma bildirib ki, bir dənə də olsun kütləvi erməni məzarlığı aşkarlanmayıb, çünki onlar mövcud olmayıb.
Ərdoğan “soyqırım” iddialarının uydurma olmasının sübutu kimi bildirib ki, həmin dövrdə Osmanlıdan deportasiya edilən ermənilərdən xeyli hissəsi-yüz minlərlə erməni geri dönmüşdü. “Sayın Bayden, soyqırıma məruz qalan insan heç onu soyqırım edənlərin yanına geri dönərmi?”,-o sual edib.
Ərdoğan bu gün də Türkiyədə 300 min erməninin yaşadığını, türk millətinin və dövlətinin ermənilərlə heç bir probleminin olmadığını deyib. Və vurğulayıb ki, əslində soyqırım cinayətləri edənlər ermənilər olublar.
“Bu günkü Ermənistan dövlətinə aid olan ərazilərdə əhalinin 80 faizi müsəlmanlardan, türklərdən və çərkəzlərdən ibarət olub. Amma indi onlardan bir nəfəri də o torpaqlarda qalmayıb. 30 il əvvəl işğal edilən Qarabağda törədilənlər də ortadadır. Mən yenə səslənirəm, sayın Bayden, Minsk Qrupu vardı-kimlərdən təşkil olunmuşdu? Amerika, Fransa və Rusiyadan. 30 il bu torpaqları işğaldan azad etmədiniz, 1 milyondan çox azərbaycanlı qardaşlarımız qaçqın düşdü. Bütün o yerlər viranəyə çevrildi, yerlə bir edildi. Əgər soyqırım deyirsinizdə güzgüyə baxın və özünüzü dəyərləndirin”,-Ərdoğan bildirib.
Türkiyə prezidenti Amerikada hindulara qarşı törədilənləri də xatırladıb, deyib ki, amerikalılar bütün bunlardan sonra Türkiyəyə soyqırım damğası vura bilməzlər.
O, Qarabağda on minlərlə azərbaycanlının qətlə yetirildiyini xatırladaraq bildirib ki, ermənilər əslində bir əsr yarımdır türklərə qarşı törətdikləri kütləvi qətliamlara görə məsuliyyətdən qorxduqları üçün özlərinin soyqırıma məruz qaldığı haqda iddiaları ortaya atırlar.
Ərdoğan 17 milyon insanın öldüyü I Dünya müharibəsində baş verənlərdən danışıb, deyib ki, Çar Rusiyasında yüz minlərlə alman və yəhudi alman ordusu ilə işbirliyi ehtimalına görə Sibirə sürgün ediliblər.Əslində isə orada aclığa, xəstəliyə, şaxtaya tərk edilərək ölümə məhkum olublar. Avstriya-Macarıstan isə yüz minlərlə rusu çar ordusu ilə işbirliyi ehtimalı ilə edam edib, yaxud sürgünə göndərib.
“ABŞ-ın bu yanlış addımlardan geri dönməsini arzu edirik. Tarix elmi bir kənara atılaraq ölkə başçılarının, parlamentlərin bu işdə hökm kəsməsi çıxılmaz duruma gətirib çıxarır”,-Ərdoğan bildirib.
Ərdoğan deyib ki, “hər necə qurulmuş olsa da” Ermənistan dövləti ilə mehriban qonşuluğa əsaslanan münasibətlər qurmaq istəyirlər. Amma 16 ildir bu istiqamətdə Türkiyə tərəfindən atılan birtərəfli addımlara cavab verilməyib.
“Qarabağ münaqişəsinin həllindən sonra yeni əməkdaşlıq zəmininin yarandığına inanırıq. Baydenin açıqlaması həm bu prosesi, həm ABŞ-la münasibətlərimizi çətinləşdirməkdən başqa heç nəyə yaramır. Uzun illər boyu ABŞ-la güclü müttəfiqlik münasibətlərimi olub. Lakin FETÖ, PKK terror təşkilatlarına verdikləri dəstək, özlərinin yaratdığı S-400 problemi bizim aramızdakı model müttəfiqlik münasibətlərinə zərər verib. 24 aprel açıqlaması bu münasibətləri daha da gerilətdi. Türkiyə bütün səmimiyyəti ilə ABŞ və Avropa Birliyi ilə bərabər, ədalətli şərtlərdə birlikdə çalışmaq, bərabər yol yerimək istəyir. Qlobal siyasi və iqtisadi sistemin yenidən formalaşdığı bir vaxtda bu əməkdaşlığın çox önəmli və hər kəsin faydasına olduğuna inanırıq. Tək istəyimiz ölkəmizin birtərəfli, ikili standartlara əsaslanan və qərəzli marijinal qrupların istəyi ilə verilən qərarlara məruz qoyulmamasıdır. Türkiyənin bu mövqeyinə hörmət edilərsə hər kəslə görüşməyə, anlaşmaya, birgə əməkdaşlığa hazırıq”,-Ərdoğan bəyan edib.
Türkiyə prezidenti əlavə edib ki, iyun ayında Cozef Baydenlə görüşüb bütün bu məsələləri üzbəüz müzakirə edəcəklər və həmin görüşdən sonra iki ölkə münasibətlərində yeni dövrün qapılarının açılmasına ümid edirlər.
“Baydenə bunu da xatırladım-biz bir-birimizə yad deyilik, aramızda fərqli, özəl münasibətlər var. Sağ olsunlar, xəstələnəndə evimizə qədər gəlib bizə keçmiş olsun mesajını çatdırmaq nəzakətini də göstəriblər. Amma NATO-nun iki önəmli ölkəsi, NATO-da iki önəmli müttəfiq olaraq necə olur ki, NATO ilə uzaqdan yaxından heç bir əlaqəsi olmayan erməni lobbisinə Türkiyəni dəyişirsiniz? Biz ikitərəfli münasibətlərimizdə yaşananları bir kənara ataraq bundan sonrakı addımları müzakirə etməliyik”,-Türkiyə prezidenti bildirib.