Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsi daha bir sənətkarını itirdi


Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişdi.

Cenub.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.

1951-ci ildə Masallı rayonu Bədəlan kəndində anadan olan B.Əşrəfov 
bu gün, 69 yaşında koronavirus səbəbi ilə dünyasını dəyişdi.

Bir müddət idi ki, koronavirusa yoluxan sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

Məlumat üçün bildirək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkib. Uzun müddət Türkiyədə müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!

Faiq Hüseynzadə. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10