İcbari tibbi sığorta sistemi sağlamlıq üçün və sürücülük hüququ əldə etmək üçün verilən arayışlara görə əvvəl qeyri-rəsmi olan ödənişləri rəsmiləşdirib
Aprelin 1-dən bütün ölkə vətəndaşlarının həyatına icbari tibbi sığorta daxil olub. Artıq rəsmi iş yeri olan vətəndaşların əməkhaqqından bunun üçün vəsait tutulur, digər müxtəlif kateqoriyalardan olan vətəndaşların sığorta pulunu isə dövlət ödəyir. Bununla yanaşı, yeniliklərdən biri də arayışların artıq pullu olmasıdır. Müxtəlif arayışlara müvafiq olaraq 5-30 manat arasında rüsum ödəniləcək.
Vətəndaşlar isə deyir ki, icbari tibbi sığorta tətbiq olunmazdan əvvəl də arayışın tez əldə olunması üçün pul ödəyirdilər, indi də ödəməli olurlar.
Bəs, dəyişən nədir? Bu proses icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə necə cərəyan edir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirdi ki, bundan sonra sözügedən ödənişlər rəsmləşdirilicək:
“Sürücülük vəsiqəsi üçün tibbi arayışa 30 manat, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçünsə 15 manat ödənilməli olacaq. Hər iki məbləğə ƏDV daxildir. Bəzi hallarda sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin – psixoloq, narkoloqun müayinəsi tələb oluna bilər, bu zaman isə məbləğ həmin müayinələrdən asılı olaraq müəyyənləşir”.
Qurumun rəsmisi onu da qeyd etdi ki, yalnız 18 yaşına kimi şəxslərə arayış pulsuz veriləcək.
Sığorta üzrə mütəxəssis İlkin İbrahimov “Press Klub”a şərhində icbari tibbi sığortanın tətbiq edildiyi ölkələrdə də bizdə olduğu kimi, xidmətlər zərfinin mövcud olduğunu bildirdi:
“Məbləğlər həmin xidmətlər zərfinin içərisində müəyyən olunur. Bizdə də qaydalar icbari tibbi sığortanın tətbiq edildiyi dünya ölkələrindən götürülüb. Bəzi məsələlər var ki, onlar hazırda da aktualdır ki, bu da əlavə olunmalı və əlavə olunacaq xidmətlərlə bağlıdır. Təəssüf ki, həmin məsələlər həyata keçirilmir. Çünki dövlətin başı icbari tibbi sığortanı bütün ölkə boyu yaymağa qarışıb. Yalnız bundan sonra xidmətlər zərfinin üzərinə yeni xidmətlər əlavə edilməklə, bu kimi məsələlər də həyata keçirilə bilər”.
Arayış məsələsinə gəldikdə, ekspert qeyd etdi ki, bu, artıq pullu xidmətə çevrilib:
“Elə arayışlar var ki, pulsuz təqdim olunur, elə arayışlar da var ki, onlara görə rüsum 5 manatdan 40-50 manata kimi dəyişə bilər. Bu, həmin arayışın hansı xidmətlərlə əlaqəli olduğu və onun alınması üçün nə qədər sənəd lazım olmasından asılıdır. Bunların da aradan qalxması üçün ictimai nəzarətin olması mütləqdir. Nazirlər Kabineti həmin xidmətlər paketində dəyişiklik etməlidir”.
Ülviyyə Şahin