Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsində İTV adından fırıldaqçılıq edənlər saxlanıldı


Cənub bölgəsində İTV adından fırıldaqçılıq edənlər saxlanıldı
Cənub bölgəsində İTV adından fırıldaqçılıq edən şəxslər iş başında yaxalanıb.
“Report”un Muğan bürosu xəbər verir ki, onları Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İTV-nin bölgə müxbirinin müraciəti əsasında saxlayıb.
Saxlanılan iki şəxs özlərini İctimai Televiziyanın əməkdaşları kimi təqdim edərək dükanları, tikinti materiallarının satışı mağazalarını, iaşə obyektlərini özlərinin qanunsuz gəlir mənbələrinə çeviriblər. Fırıldaqçılar həmin obyektlərdə qanunsuzluqların olduğunu iddia edərək pul tələb ediblər, əks təqdirdə isə obyekt sahiblərini şantajla hədələyiblər.
Saxlanılan şəxslər son bir həftə ərzində Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarında silsilə dələduzluq əməlləri törədiblər. Araşdırma zamanı saxlanılan “jurnalist”lərdən birinin Ağcabədi rayon sakini İlahə Mikayılova olması məlum olub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10