Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Prezidenti kənddəki iqamətgahı ilə birlikdə məhv etmək, 10 milyon dollara...”


Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Qomel vilayətində bir qrup jurnalistlə söhbətində ona qarşı hazırlanmış sui-qəsd və çevriliş planının təfərrüatları haqda danışıb. Bildirib ki, variantlardan biri prezident kortejinin qarşısını kəsib məhv etmək, digəri prezidenti kənddəki iqamətgahı ilə birlikdə məhv etmək olub.
Xəbər verildiyi kimi, Belarusda dövlət çevrilişi və prezidentə, onun uşaqlarına sui-qəsd planının qarşısının alındığı haqda aprelin 18-də açıqlanıb. Rusiya Federal Təhlükəsizlik xdməti bu planın qarşısının alınmasında və iştirakçıların tutulmasında mərkəzi rol oynayıb. FTX Moskvada belaruslu müxalif fəal və yazıçı-politoloq Aleksandr Fedutanı və uzun illərdir ABŞ-da yaşayan Yuri Zenkoviçi saxlayıb. Qrupun daha bir neçə üzvü isə Belarusda həbs olunublar.

Lukaşenko jurnalistlərlə söhbətində deyib ki, qrup üzvləri əvvəlcə prezidenti mayın 9-da keçiriləcək hərbi paradda güllələməyi müzakirə ediblər. “Paradda Lukaşenkonu güllələməək-bu baş tutan iş deyil, mümkün olmayacaq. Onlar variantı rədd ediblər. İkinci variant-onlar artıq Belarusa qumbaraatanlar gətiriblər, “Muxa”lar. Sonra bundan da imtina ediblər. Niyə? Prezidentin korteji təhlükəsizlik baxımından böyük sürətlə hərəkət edir-bu, onların dediyi sözlərdir, deyiblər ki, vurmaq ehtimalımız azdır. Amma görsənən kimi dərhal güllələyəcəklər, elə oradaca. Bilirsiniz, “taçanka”, avtomobil, arxasında zirehdələn sursatlarla dolu pulemyot qoyulub. Yola sıçramaq və korteji məhv etmək. Sonra isə qumbaraatanları işə salmaq. Bu, variantlardan biridir. Növbəti variant prezidentin şəhərətrafı iqamətgahına hücum etmək olub, birbaşa deyirlər-Ozernıy kəndindəki iqamətgaha. Haradan bilirlər? Feduta danışıb. Buna görə isə 10 milyon dollar vermək  nəzərdə tutulub, mən artıq həmin adamın familiyasını deməyəcəm ki, kim bunu maliyyələşdirəcəkdi. Prezidentin snayperini güllələmək isə 1 milyon dollar-pulu da ayırmışdılar”,-Belarus prezidenti deyib.

Lukaşenko qeyd edib ki, onlar qrupun üzvlərini çoxdan izləyirdi. Onlar Minskə gəlib həmin əməliyyatı keçirirdilər.
Belarus prezidenti Moskvada Feduta və Zenkoviçlə qəsd planını müzakirə edən adamın əslində “müxalif general” deyil, xüsusi xidmət orqanlarının agenti olduğunu da açıqlayıb.
“Bu, açığını desək, bizim agent idi. Onlar onun vasitəsilə ordunu qaldırmaq istəyirdilər. Deyirdilər ki, ordunu qaldıraq, OMON-u blokadaya alaq, daxili qoşunları, DİN-i, KQB-ni mühasirəyə alaq. Yəni ordu Minski mühasirəyə almalı və həmin bölmələri bloklamalı idi. Bilirsiniz ki, bizim OMON var, daxili qoşunlar var, onlar şəhərdə işləmək üçün hazırlıq keçiblər. Heç bir ordu onlara qarşı dayana bilməz. Lakin başlıcası odur ki, həm onlar, həm bunlar silahlıdır. Onlar ordunu həmin uşaqlarla toqquşdurmaq istəyirdilər. Bu, ən dəhşətli vətəndaş müharibəsi olardı, heç bir ölkədə görünməyən. Bax əsas təhlükə budur”,-Lukaşenko bildirib.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10