Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.

***
Mövcud Konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız Baş nazir istefa verdikdə mümkündür.
“Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm”, - o deyib.
Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb.
Xatırladaq ki, martın 18-də N.Paşinyan iyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bəyan etmişdi.