1947-ci ildə Kaliforniyada Elizabet Şort adlı bir qadın ölü tapıldı.
Bədəni beldən aşağı parçalanmış və yarıya bölünmüşdü. O vaxt bu dəhşətli hadisəni eşidən insanlar böyük bir şok yaşamışdı. Bu qətl xatırlandıqca hələ də insanları vahimələndirir. Ancaq hadisənin daim gündəmdə olmasının səbəbi sadəcə dəhşətli bir qətl olması deyil. Cinayətdən əlavə, qatilin hələ də tapılmaması bu işi daha da dərinləşdirir. Həmçinin bu hadisə Amerika tarixinin ən məşhur açılmamış qətllərindən biri kimi göstərilir.
Musavat.com Hollivud tarixinin ən qorxunc qətl hadisəsi ilə bağlı maraqlı məqamları təqdim edir.
Xəbərdarlıq: Məzmunda həssas şəkillər var !
Qara Dahlia kimi tanınan Elizabet Şort çətin bir uşaqlıq keçirib. O gənc yaşlarında olan zaman atası intihar edib, özünün səhhətində də müəyyən aralıqlarla ciddi problemlər olub.
Aktrisa olmağı hədəfləyən Elizabet Şort, qısa müddətdə həyatının sevgisi Mayor Mat Qordon ilə qarşılaşıb. Mat Qordon müharibədə olarkən məktubla Şorta evlilik təklif edib. Lakin evlilik təklifini qəbul edən Elizabet faicə ilə üzləşib. Onun sevgilisi təyyarə qəzasına uğrayaraq ölüb.
Elizabet Şortun öz cəsədi 15 yanvar 1947-ci ildə Los Ancelesdəki Leimert parkındakı boş bir ərazidə tapılıb. Betti Bersinger adlı bir qadın kiçik qızı ilə gəzərkən birinin otun üstündə sakit şəkildə uzandığını görüb. Betti Bersinger, öncə onun maneken olduğunu düşünüb. Maneken uzaqdan parçalanmış halda qəribə görünürdü. Betti yaxınlaşıb nəzər saldıqda, dəhşətli həqiqəti başa düşür. Əslində maneken olduğunu düşündüyü şey həqiqi bir insan idi və parçalara ayrılmışdı. Gördüklərindən şoka düşən Betti evə qaçaraq polisi çağırıb.
Elizabet Şortun cəsədi ciddi şəkildə parçalanmışdı. Belindən aşağısı tamamilə hissələrə ayrılmış və bədənindəki bütün qan boşalmışdı. Əllərində və ayaqlarında ip izləri, bədəninin müxtəlif yerlərində kəsiklər var idi. Sinəsində də yaralar olan qadının üstündə siqaret də söndürülmüşdü. Tibbi müayinələr qətlin, cəsədin tapılmamışdan təxminən 10 saat əvvəl törədildiyini müəyyənləşdirib. Başqa sözlə, qətlin vaxtı 14 yanvar axşamı və ya 15 yanvarın səhəri idi. Bundan əlavə qatil, qadının ayağındakı döyməni də kəsərək qoparıb.
Şortun bədənindəki vəhşicəsinə izlər heç bitmirdi. Mütəxəssislər cəsədi araşdırdıqca, daha dəhşətli detallar tapdılar. Şortun başında çox sayda zərbə izi və kəsik var idi. Bundan əlavə, qurbanın ağzı bir təbəssüm şəklində qulağına kimi kəsilmişdi.
Qətli törədən şəxs heç vaxt tapılmadı. İllər ərzində bir çox şübhəli insanlar istintaqa cəlb edildilər. Ancaq heç birinin günahkar olduğunu sübut edəcək kifayət qədər dəlil yox idi.
Elizabet Şortun niyə öldürüldüyü məlum deyil. Ancaq buna ən yaxın cavab olaraq, gənc və gözəl bir qadın olması bildirilir. Şort aktrisa olmaq istəyirdi və bu səbəbdən də Los Ancelesə gəlmişdi. Ancaq öldürüldükdən sonra bütün xəyalları onunla birlikdə yox oldu.
Təəssüf ki, Şort sağ ikən məşhur olmağı bacarmadı. Lakin ölümü ilə tanındı. Onun ölümü haqqında bir neçə kitab yazılıb və filmlər ərsəyə gətirilib.
Turan Oruc
Musavat.com