Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xankəndində yenə də Azərbaycan və Türkiyə bayraqlarına od vuruldu...-FOTOLAR


“Deyirlər, Xankəndində baş qərargahı yerləşən Rusiya sülhməramlı(?) hərbi kontingentinin bu tədbirdən qətiyyən xəbəri olmayıb...”
 
Ötən gecə artıq 30-cu ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə növbəti kütləvi aksiya keçiriblər.

 Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “Biz unutmuruq, tələb edirik, qayıdacağıq” devizi altında keçirilən  24 aprel - “ənənəvi məşəl yürüşü”nü  terrorçu və irqçi “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Dünya birliyindən, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərindən qondarma “erməni soyqırımı”nın, eləcə də separatçı qurumun “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınmasını və s.  tələb edən separatçı, işğalçı, faşist və terrorçu əqidəli aksiya iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarına od vurublar...

P.S. Deyirlər, Xankəndində baş qərargahı yerləşən Rusiya sülhməramlı(?) hərbi kontingentinin bu tədbirdən qətiyyən xəbəri olmayıb...
Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10