Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Oqtay Şirəliyevin vəzifəsini icra edən Teymur Musayev kimdir? – İtaliyda böyük biznesi var… + FOTOLAR


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib və ona səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti həvalə olunub.
Cenub.az xəbər verir ki, Teymur Musayev bu vəzifəyə kimi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb. Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif  klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.
Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib.  Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.



yeniavaz





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10