Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda iki məmur əlbir olub sələmçi müğənnini öldürdü, meyitini çöllüyə atdı


Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. Qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib. Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.
Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar. Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. ("Report") Məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.
 Əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub.
***
Bu gün səhər saatlarında Sabirabad rayonunun Çiçəkli kəndində, çöllük ərazidə yerləşən qamışlıqda üzərində çoxsaylı xəsarət olan kişimeyiti aşkar edilib.
APA-nın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən Cəlilabad rayon Fərzili kənd sakini, 58 yaşlı Əflatun İltifat oğlu Abdullayevdir.
Aprelin 18-də ona məxsus “Mercedes-C”  markalı avtomobil Salyan rayonunun Kiçik Noxudlu kəndi ərazisində tapılıb. Onun Cəlilabad rayonu ərazisində bir neçə nəfər tərəfindən küt alətlə döyülərək qətlə yetirildiyi bildirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10