Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir? - İLGİNC


 "Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir? - İLGİNC
Azərbaycanda "tender kralı" kimi tanınan, uzun illərdir nəzarətində olan yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar etdiyi iddia olunan Ramazan Mirzəyev yeni fabrik tikdirir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hacı Ramazanın mebel fabrikinin inşasına iş adamının Türkiyədə yaşayan Nicat adlı oğlu nəzarət edir.

Sənədlərdə Nicatın adına rəsmiləşdirilən, Binəqədi rayonunda inşa edilən hektar yarıma yaxın olan fabrikin ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu deyilir.

Hacı Ramazanın həmin ərazidə daha bir proyekt ərsəyə gətirdiyi də deyilir. Bu obyekt isə böyük həcmdə saxlanc anbarıdır.

Min kvadrata yaxın olan bu obyektin dı dəyərinin milyonlarla ölçüldüyü deyilir.

Qeyd edək ki, hacı Ramazan Mirzəyevin adı uzun illərdir yüksək vəzifəli məmurlarla müxtəlif maxinasiyalarda hallanır.

Qarşı tərəf münasibət bildirə bilər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10