
Maraqlıdır ki, 3 həftə öncə Təklə inzibati ərazi dairəsinində də pandemiya qaydalarının ciddi pozulması halları müşahidə edilmişdi. Bu barədə cenub.az-a istinadən əksər ölkə saytları yazdı. Belə ki, həmin ərazidəki Sığıncaq kəndində, 31 mart soyqırım günündə azyaşlı qız üçün təntənəli toy mərasimi keirilmişdi. Nədənsə, rəhbərlik ərazi nümayəndəsinə bir töhmət verilməklə işini bitmiş saydı. Deyilənlərə görə, həmin ərazi nümayəndəsinin polis rəisi olan qohumu məsələnin “heç-heçə” nəticələnməsində əhəmiyyətli rol oynayıb.
Qarşıdakı aylarda daha maraqlı dəyişikliklər gözlənilir.
Cenub.az. Zahir Əmənov