Onun nə atası, nə anası, nə qardaşı, nə bacısı yox idi
Əbilov Nurlan Fərrux oğlu 1994-ci ildə Masallı rayonunun Şərəfə Ərazi Dairəsinin Ağakişbəyli kəndində anadan olub. Ailənin yeganə övladı idi. Onun nə qardaşı, nə bacısı var idi. Ata-anasını isə erkən itirmişdi. Bakı Dövlət Universitetinin Coğrafiya və Yerşünaslıq fakültəsini bitirmişdi. Heç diplomunu da görmək ona qismət olmadı. Hansı ki, diplomu o komaya düşəndən sonra ailəsinə göndərilib.
Buna qədər Nurlan həqiqi hərbi xidmətdə olmuşdu. Hərbi xidmətə gedənə qədər isə Cəlilabad rayonunun Göytəpə şəhərində fermer təsərrüfatında mühasib vəzifəsində çalışırdı.
Ailəli idi. 3-5 yaş arası 2 oğlu var.
Nurlan ötən il sentyabrın sonlarında səfərbərlik yolu ilə hərbi xidmətə göndərilmiş. Fizuli rayonunun azad edilməsində fədakarlıqla vuruşmuş, oktyabrın 10-da isə ciddi yaralanaraq komaya düşmüşdür. 6 aydan artıq müxtəlif xəstəxanalarda müalicə alsa da 26 yaşlı gənci xilas etmək mümkün olmamışdır.
Nurlaın cənazəsi bu gün günorta saatlarında anadan olduğu kənddə torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!

cenub.az. Zahir Əmənov