
Bu gündən isə Ərkivan qəsəbəsində yeni uşaq bağçasının inşasına start verilib. Bağçanın 100 yerlik, 4 qrupluq olacağı gözlənilir. Yeni bağça Qəriblər kəndinə gedən yolun sol tərəfində, C. Cabbarlı adına tam orta məktəbin həyətində inşa edilir.
Ərkivanda yeni inşa edilən Uşaq Bağçası Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilir və 1 il müddətinə tikintinin başa çatacağı gözlənilir.
Qəsəbədə yeni uşaq bağçasının tikilməsi nə qədər sevindiricidirsə, onun yaxınlığındakı orta məktəb binasının bərbad vəziyyətdə olması yəqin ki, həmin yaraşıqlı bağça binasının yanından daha eybəcər görünəcək. Arzu edək ki, bağça kimi çox şöhrətli məzunları olan bu məktəbin də bəxti açılacaq, həmin məktəb əsaslı təmir olunacaq.
Cenub.az, arkivan.az. Zahir Əmənov.