Belarusda iddia olunduğu kimi, mayın 9-da prezident Lukaşenkonu və onun uşaqlarını öldürmək, hərbi çevriliş həyata keçirmək planı hazırlayanlardan Yuri Zenkoviç uzun müddət ABŞ-da yaşayıb, vəkildir. Digər saxlanılan Aleksandr Feduta isə belaruslu ədəbiyyatşünas, politoloqdur.
“ABŞ-dan agentura gəlib, hansısa Zenkoviç. Biz onları izlədik, müşahidə etdik, onlar bizim bura silah gətirib gizlədən bir neçə qrupu saxladıqdan sonra qorxub Belarusa gəlmədilər. Onlar Moskvaya getdilər”,-Lukaşenko jurnalistlərə bildirib. Belarus rəhbəri deyib ki, qrupun üzvləri hətta Qomel vilayətində onun uşaqlarından biri üçün qəbir də hazırlamışdılar.
Belarusun ictimai televiziyası isə “dövlət çevrilişi planının” qarşısının necə alınmasına dair xüsusi süjeti efirə verib. Həmin süjetdə planının təfərrüatlarından bəhs olunur. Süjetdə Belarus KQB-sinin sədri İvan Tertel bildirib ki, onlar “çoxpilləli əməliyyat” keçiriblər. Nəticədə Belarusda silahlı qiyam cəhdinin və hakimiyyət nümayəndələrinin, o cümlədən dövlət başçısının aradan götürülməsinin qarşısı alınıb. KQB sədri həmin hadisələrin iyun-iyul aylarına planlaşdırıldığını bildirib.
“Həmin qrupun iştirakçıları Belarus prezidentinin, onun ailə üzvlərinin fiziki olaraq aradan götürülməsi planını detallı şəkildə planlaşdırıblar və praktiki həyata keçirilməsi mərhələsinə keçiblər. Hakimiyyəti zorakı yollarla ələ keçirmək üçün silahlı qiyam təşkil etməyə hazırlaşıblar”,-İvan Tertel bildirib.
Qrupun tərkibinə Belarus və xarici ölkə vətəndaşları daxil olub. Silahlı qiyam və sui-qəsd planı “Sakitlik” adlanırdı. Efirdə şübhəlilərin ifadələri də nümayiş etdirilib, onlar planın təfərrüatları haqda danışırlar. Və öz planlarını Misirin keçmiş prezidenti Ənvər Sadatın öldürülməsi ilə müqayisə ediblər.
Bildirilir ki, silahlı əməliyyatın detallarını ədəbiyyatşünas, politoloq və humanitar elmlər doktoru olan Aleksandr Feduta hazırlayıb. Çevriliş cəhdinin əsas təşkilatçısı isə Yuri Zenkoviç olub. KQB həmin şəxslər də daxil olmaqla cəmi 7 nəfəri həbs edib.
***
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Belarusda “dövlət çevrilişi cəhdinin” qarşısının alındığını elan edib. Virtualaz.org xəbər verir ki, FTX Moskvada keçirdiyi əməliyyatla Belarus və ABŞ vətəndaşlığı daşıyan Yuri Zyankoviç və Aleksandr Feduta adlı iki nəfəri saxlayıb. Onlar mayın 9-da Minskdə Belarus prezidenti Aleksandr Lukaşenkonu aradan götürməyə hazırlaşırdılar.
Əməliyyat Belarus KQB-si ilə birlikdə keçirilib. Bildirilir ki, saxlanılanlar Belarusda “rəngli inqilabların sınaqdan keçirilmiş texnologiyaları” ilə hərbi çevriliş hazırlayırdılar, plana yerli və ukraynalı millətçilərin cəlb edilməsi, habelə prezident Aleksandr Lukaşenkonun fiziki məhvi də daxil idi.
Rusiya xüsusi xidmət orqanlarının bildirdiyinə görə, saxlanılanlardan biri-ikili vətəndaşlığa malik olan Yuri Zyankoviç ABŞ və Polşada məsələhətləşmələrdən sonra Moskvaya gəlib. O, Belarus Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşərək onları dövlət çevrilişində iştirak etməyə inandırmağa hazırlaşırdı.
FTX ilə eyni vaxtda Belarus prezidenti Aleksandr Lukaşenko da bəyanatla çıxış edib, ona və uşaqlarına sui-qəsd hazırlayan qrupun yaxalandığını bildirib. “Plana uşaqlardan birini oğurlamaq, ikincisini öldürmək daxil idi. Biz qrupu yaxaladıq, onlar bizə hər şeyi necə planlaşdırdıqlarını göstərdilər”,-Lukaşenko deyib.
Belarus prezidenti əlavə edib ki, bütün bu plan ABŞ xüsusi xidmət orqanlarının işidir. O, şübhəlilərin Moskvada saxlanıldığını təsdiqləyib. “Mən Rusiya prezidentindən və FTX-dən Saşa (Aleksandr) Bortnikovdan xahiş etdim, biz onları yaxaladıq. Allah göstərməsin onlar uşaqlara toxunsunlar, bu dəhşətli qırğın olacaq”,-o bildirib. Və əlavə edib ki, onun aradan götürülməsi planını ABŞ-ın yüksək rəhbərliyi dəstəkləyib.
Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə son telefon danışığında ABŞ xüsusi xidmət orqanlarının Belarus prezidentinə sui-qəsd hazırlaması məsələsini qaldırıb, amma cavab almayıb.
Material yenilənəcək...
Virtualaz.org