“Əsrin toyu” – hətta kommunist rejiminə qarşı olan ölkələrin mətbuatında da kosmonavtlar Andrian Nikolayevlə Valentina Tereşkovanın toy mərasimini belə adlandırıblar. Bununla yanaşı, qərb mətbuatında bu izdivacla bağlı müəmmalar doğuran çoxsaylı və fərqli yazılar da dərc olunub.
Əslində bu nikah hamı üçün gözlənilməz olub. Yaxın ətraf belə 34 yaşlı Nikolayevlə 26 yaşlı Tereşkovanın ailə quracağını ağıllarına gətirməyiblər, sakit xarakterli Nikolayevlə, kaprizli Tereşkovanın evlənəcəklərini düşünməyiblər. Elə sonralar da bu xarakter fərqliliyinə görə onların nikahı odla suyun birləşməsi kimi xarakterizə olunub. Hər şey isə Yuri Qaqarinin kiçik bir zarafatından sonra başlayıb.
22 iyun 1963-cü ildə Qırmızı meydanda “Vostok-5” və “Vostok-6” kosmik gəmilərinin uçuşlarının uğurla başa çatması münasibətilə mitinq keçirilib. Mavzoley tribunasında Yuri Qaqarin Nikita Xruşovla yanaşı dayanıb. Xruşovun digər tərəfində isə Valentina Tereşkova, Andrian Nikolayev və digər kosmonavtlar mitinq iştirakçılarını salamlayıblar. Mitinq zamanı Qaqarin Tereşkovanın Nikolayevlə mehriban münasibətini Xruşova göstərərək qulağına pıçıldayıb:
- Nikita Sergeyeviç, onları tribunadan birbaşa nikah evinə göndərmək lazımdır.
Xruşov Qaqarinin təklifini cavabsız qoymayıb:
- Yaxşı təklifdir. Amma mənim buna səlahiyyətim çatmır. Qoy özləri həll etsinlər. Mən onların toyunda böyük məmnunniyyətlə iştirak edəcəyəm, hətta siz dəvət etməsəniz də.
Beləliklə, Qaqarinin bu zarafatı kosmonavtlar arasında yayılmağa başlayıb. Məsələ burasındadır ki, nə Nikolayev, nə də Tereşkova bu zarafata heç bir reaksiya verməyiblər, aralarında heç bir sevgi münasibətinin olmadığını bildirməyiblər və belə rəy formalaşıb ki, onlar ailə qurmaq haqqında düşünürlər.
Sovet dövründə kosmonavtlar ölkədə ən populyar şəxslər sayılıblar və onların həyat tərzi, davranışları cəmiyyətə nümunə kimi göstərilib. Bu baxımdan kosmonavtlar ciddi partiya nəzarətində saxlanılıblar. Belə bir nəzarət altında Nikolayevlə Tereşkovanın münasibətləri və bu münasibətlərin rəsmiləşməməsi “yuxarılarda” narahatlıq yaradıb. Mərkəzi Komitədən kosmonovtların “şef”inə, hərbi hava qüvvələri baş qərargahının kosmik uçuşlara hazırlıq və təminat şöbəsinin rəisi general Nikolay Kamaninə tapşırıq verilib ki, məsələyə aydınlıq gətirilsin.
Kosmonavtlarla həmişə həssas və doğma münasibətdə olan Kamanin sevgi münasibətlərinə müdaxilə etmək məcburiyyətində qalıb. General 7 oktyabr 1963-cü il tarixində gündəliyində (gündəlik sonralar kitab şəklində çap olunub) aşağıdakıları qeyd edib:
“Mən Nikolayevə dedim ki, bu məsələdə onun heç bir öhdəliyi yoxdur və o, bu nikahdan imtina edə bilər. Onu da başa saldım ki, əks halda bu məsələni uzatmaq da olmaz, çünki Tereşkova üçün də bu xoşagələn bir vəziyyət deyil. Nikolayevlə bu haqda beş dəfə söhbətimiz oldu. O, gah akademik təhsilini, gah Tereşkovanın xarici səfərlərini, gah da işlərinin çoxluğunu bəhanə gətirərək yayınırdı. Sonda mən ona yaxın bir adamı kimi vaxt qoydum, ya ailə qurmaq, ya da bu münasibətlərə birdəfəlik son qoymaq. Artıq qərb mətbuatı da bu münasibətlərdən yazmağa başlamışdı...”
Nəhayət, cütlük ailə quracaqlarını bəyan ediblər. Onlar toy mərasimi noyabrın 2-də 250-300 nəfərlə mərkəzi zabitlər evində keçirməyi planlaşdırıblar. Amma bu planları baş tutmayıb. Noyabrın 1-də Mərkəzi Komitədən zəng vuraraq general Kamaninə bildiriblər ki, toy noyabrın 3-də saat 13.00-da Mərkəzi Komitənin Leninskie Qorıda yerləşən qəbul evində 200 nəfər qonaqla keçiriləcək və toy xərcləri hökumət tərəfindən ödəniləcək.
Məhz sonralar Nikolayevlə Tereşkovanın nikahının “partiya sifarişi” ilə baş tutması kimi xəbərlər də elə bu səbəbdən yaranıb.
3 noyabr 1963-cü ildə Moskva möhtəşəm bir toya şahidlik edib. Əvvəlcə yeni ailə quranların Qriboyedov küçəsində yerləşən şadlıq evində nikah mərasimi keçirilib. Sonra maşın karvanı qəbul evinə istiqamət alıb. Qonaqları öz yerlərində əyləşdirdikdən sonra ulduz cütlük Nikita Xruşovun müşayiəti ilə zala daxil olub.
İlk tostu da Xruşov söyləyib:
“Toy xüsusi bir tədbirdir, canlı, gənclik ətri ilə zəngin olan bir tədbir. Buna görə də biz bura “qoca”ların hamısını dəvət etmədik, düşündük ki, bu mərasimdə əsasən gənclər olsun. Partiya və hökumətimiz sizi təbrik etməyi mənə həvalə edib və mən bu missiyanı böyük həvəslə yerinə yetirirəm. Mən Valentinaya və Andriana ailə səadəti və fəaliyyət göstərdikləri vacib sahədə daha böyük uğurlar arzulayıram. Bizim kosmonavtların ailə qurmağı dünya əhəmiyyəti bir hadisədir. Yeni ailə həyatı quranların şərəfinə!”
Toy mərasimində ölkənin siyasi və hərbi elitası, Siyasi Büro üzvləri, marşallar və digər tanınmışlar iştirak ediblər.
Toydan əvvəl Xruşov cütlüyə hədiyyə olaraq Moskvanın mərkəzində, Kutuzov prospektində Mərkəzi Komitə üzvləri üçün inşa edilmiş binada 4 otaqlı mənzilin hədiyyə edilməsi ilə bağlı göstəriş verib. Cütlük həmin mənzilə baxsa da, çox razı qalsalar da sonradan hansısa səbəblərdən mənzil kosmonavtlara verilməyib.
Toydan sonra da kosmonavtların ailə qurması ilə bağlı söz-söhbət səngiməyib. Onlardan biri də iki kosmonavtın ailə qurmasının sınaq xarakteri daşıdığı olub. Gəzən söhbətlərə görə, toy Xruşovun təkidi ilə baş tutub, məqsəd ondan ibarət olub ki, kosmosu fəth edənlərin dünyaya övlad gətirə bilməyəcəkləri haqqında dolaşan fikirlərə son qoyulsun. Hətta yeni ailənin qız övladları dünyaya gələndə onun kor və kar, altı barmaq olması haqqında da şayiələr gəzib. Düzdür, Tereşkova hamiləlik dövrünü ağır keçirib, daim həkim nəzarətində olub, amma onların övladlarında deyilən qüsurların heç biri olmayıb. Yelena Tereşkova ali tibb təhsili alıb və hazırda da Moskvada tanınmış həkim kimi fəaliyyət göstərir.
Kosmonavtların nikahı uzunömürlü olmayıb. 1982-ci ildə, qızları yetkinlik yaşına çatdıqdan sonra onlar rəsmi olaraq nikahlarını pozublar. Nikahın pozulması üçün Valentina Tereşkova Leonid Brejnevə müraciət edib. Belə ki, sovet dövründə kommunistlərin boşanması onların partiya imici üçün ciddi xələl sayılıb. Baş katib kosmonavtın müraciətinə müsbət cavab verib. Beləliklə, Xruşovun xeyir-duası ilə yaranan ailə Brejnevin xeyir-duası ilə dağılıb.
İlham Cəmiloğlu, Musavat.com