Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qazaxıstanda güllələnən ərkivanlı


Doğrudanmı, Qazaxıstanda masallılı masallılını güllələyib?

Cenub.az saytı vasitəsi ilə dünənki (15 aprel 2021) buraxılışında Qazaxıstanda  güllələnən ərkivanlı gənc – Sayəddin Abbasov haqqında məlumat vermişdik. Daha sonra onun qohumlarından, konkret desək,  

qardaşı Famil Abbasovdan əldə etdiyimiz məlumatlardan bəlli oldu ki, Abbasov Sayəddin Fəxrəddin oğlu 1979-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Qızılaküçə məhəlləsində  anadan olub. 4 qardaş, 2 bacı olublar. Təxminən 20 yaşında yaxın qohumlarının təklifi ilə Qazaxıstanın Pavlodor vilayətinin Ekabastus şəhərinə gedib və orada kiçik bizneslə məşğul olub.

Əvvəldən güləşlə məşğul olması uzaq ölkədə ona şöhrət gətirib. Belə ki, ticarətlə məşğul olmaqla yanaşı ardıcıl olaraq 3 dəfə güləş üzrə Pavlodor vilayətinin  çempionu olub.

Sayəddin 2006-cı ildə həmkəndlimiz olan bir ərkivanlı xanımla ailə həyatı qurub. 12-14 yaşda olmaqla 2 oğlu var idi. Böyük oğlu Rza idmanla məşğul olur,  bir neçə dəfə məktəb çempionu olub.

Sayəddini yaxın tanıyanlar onun hədsiz ünsiyyətcanlı, oradakı gənclərlə sıx əlaqəli olan bir şəxs kimi vurğulayır. “Uşaqla uşaq, böyüklə böyük olub. Necə deyərlər hamının dostu, hamının dərdinə, qayğısına qalan biri imiş”.

Sayəddin yaşadığı ərazidə Azərbaycan diasporaının ən fəal üzvlərindən biri idi. İstənilən bayramlarda, eləcə də ildönümlərdə, xeyriyyə işlərində həmin işlərin öncüllərindən olub.

Bəs hadisə necə baş verib?

Onun yaxınlarının bildirdiyinə görə, hadisə 10 aprel 2021-ci il axşam saatlarında baş verib. Digər ehtimallara görə əslən  Masallı rayonunundan olan şəxs (Həmin şəxsin adı, yaşı, Masallının hansı kəndindən olduğu bizə bildirilsə də,   araşdırma getdiyi üçün hələ ki, bura yazmırıq) onu görüşə çağırıb və  görüş yerində ona tüfəngi ilə atəş açıb. Ürəyindən vurulan Sayəddin elə hadisə yerindəcə keçinib. Ayın 11-12-si şənbə və bazar günlərinə düşdüyündən onun cənazəsi aprelin 13-də vətənə yola salınıb və 15 apreldə anadan olduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

 Bəzi məlumatlara görə, artıq həmin  şəxs saxlanılıb. .  Lakin hadisənin motivi hələ də bəlli deyil. Araşdırmalar davam edir. 

Allah rəhmət eləsin!

Qeyd: Yaxın vaxtlarda Pavlodor vilayətindəki Azərbaycan, eləcə də onların sırasında masallılı vətənpərvərlər haqqında da sizi məlumatlandırmağa çalışacağıq. 

Cenub.az. Zahir Əmənov.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10