Bu gün, 15 aprel 2021-ci il tarixində Masallı rayonu Mahmudavar kəndindən olan, Azərbaycan Nefrologiyasının yaradıcılarından biri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş nefroloqu, tibb elmləri doktoru, professor Mehman Məmmədrəhim oğlu Ağayev dünyasını dəyişdi.
Faiq Hüseynzadə. Cenub.az
Mehman Ağayev 31 avqust 1946-cı ildə Mahmudavar kəndində anadan olmuşdu. Orta təhsilini doğulduğu kənddə qızıl medalla bitirmişdi. Azərbaycan Tibb Universitetində və Sankt-Peterburq Elmi-tədqiqat Neyrocərrahiyə İnstitutunda təhsil almışdı.
O, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş nefroloqu və eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri idi.
2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adını alan Mehman Ağayev 270-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 2 elmi-tədris filmin və 1 ixtiranın müəllifi idi.
Allah rəhmət eləsin!
Faiq Hüseynzadə. Cenub.az