Dövlət İmtahan Mərkəzi
(DİM) Direktorlar Şurasının bu gün növbəti iclası keçirilib
DİM-in mətbuat
xidmətindənLent.az-a
verilən məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu
ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun
qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə
qəbul imtahanlarının modeli olub. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi
və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul edilib.
Qəbul olunmuş model aşağıdakı kimidir:
Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və
xarici dil fənləri üzrə qiymətləndiriləcək.
Birinci mərhələdə tədris dili üzrə
şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və
qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq
məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin
oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və
qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək.
İkinci
mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə
olunacaq.
Bu mərhələdə şagirdlərin
bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və
vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə
olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq.
Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında
topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak
edəcəklər.
V ixtisas
qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə
olaraq qabiliyyət imtahanı da verəcəklər.
I qrup |
II qrup |
III qrup |
IV qrup |
Riyaziyyat |
Riyaziyyat |
Azərbaycan dili (rus dili) |
Kimya |
Fizika |
Coğrafiya |
Tarix (Azərbaycan və Dünya tarixi) |
Biologiya |
Kimya |
Tarix (Azərbaycan və Dünya tarixi) |
Ədəbiyyat |
Fizika |
Bir daha qeyd olunmalıdır ki, yuxarıda göstərilən model 2019-cu ildən etibarən tətbiq olunacaq.
2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək.
2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər