Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubda 4 nəfər boğuldu||--||



Lənkəranda boğulma hadisəsi 5 gün öncə saat 15.00 radələrində rayonun Bəlləbur kəndi ərazisində qeydə alınıb.


Kənd sakinləri - 47 yaşlı Hacıəli Vəli oğlu Əliyev və onun 19 yaşlı oğlu Elməddin Hacıəli oğlu Əliyev göldə özlərinə məxsus qoyun-quzunu çimizdirərkən boğulublar.

Şahidlərin sözlərinə görə, əvvəl Elməddin suya batıb. Oğlunun köməyinə çatmaq istəyən ata da boğulub.

Hər iki şəxsin meyiti yerli sakinlərin köməkliyi ilə sudan çıxarılıb.

Meyitlər daxili və xarici müayinə məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Daha sonar doğma kəndlərində dəfn edilib.

Masallıda isə hadisə may ayının 17-də baş verib. Belə ki, Masallıya Tek-Vando yarışında iştirak etməyə gələn idmançı-məktəblilər Masallıın istirahət zonasında- �Zirvə� istirahət mərkəzinin aşağısında çay kənarında istirahət etməyə gəliblər. Yeməkdən öncə yarışmadan qayıdan uşaqlar əvvəlcə çayda yuyunmaq istəyiblər. Çaya girən uşalardan biri oradakı dərin çalaya düşərək batmağa başlayıb. Ona köməyə gələn digər gənc isə onu xilas etmək istəyib. Sonda hər iki gənc - Bakı sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur çayda boğulublar. Hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb. Idmançi gəncləri sudan çıxarılmasında yerli kənd sakinləri böyük səy göstərib. Masallıı Mərkəzi Xəstəxanasında təmir getdiyi üçün meyitlər daxili və xarici müayinə məqsədilə Səhiyyə Nazirliyinin Bakıdakı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.

Həmin gün dünyasını dəyişən gənclərdən birinin bacısı da idmançı olduğu üçün Masallıda olub. Qardaşının ölümü bacısına bilirilməsə də, �qardaşın qəfil xəstələnibi� adı ilə o da Bakıya yola salınıb.

Xatırladaq ki, Viləş çayının hadisə baş verən yerində neçə illəırdir ki, beton üçün qum daşınır. Əvvəlki illərdə də burada bir neçə uşaq boğulub Ötən il həmin ərazidə bir CİP-də batmışdı.

Bundan əlavə hadisənin şahidləri yarışmaya gələn yeniyetmə idmançıların rəhbərlərini də ciddi qınayıblar. Onlar uşaqları açıq-aşkar nəzarətsiz qoyub, hətta 2 gənc faciəli şəkildə dünyassının dəyişdikdən sonra da, mayın 18-də yarışmasını davam etdirriblər. Yerli sakinlər deyir, həmin ətrafda qazıntılar nəticəsində bir neçə belə nəhəng çalalar yaranıb. Heç bir işarə filan da yoxdur ki, nabələd qonaqlar çayın təhlükəli yerlərini bilələr. Qarşıda turist mövsümünün gəldiyini nəzərə alsaq, burada bədbəxt hadislər təkrarlana bilər. Adının çəkilməsini istəməyən bir sakin isə bildirdi ki, bura dənizdən də təhlükəlidir. Hamı bilir ki, dənizdə irəli getdigcə su dərinləşir. Burada isə o qədər dərin çalalar var ki, sadəcə çayda gəzintiyə çıxan zaman da, həmin çalalara düşüb boğulmaq olar. Yaxşı olar ki, bura bir lövhə vurulsun və orada yazılsın ki, yaxın 2 ildə çayın bu hissəsində ən azı 4 nəfər boğulub.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10