Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hacı Kamran da “Kitab ehsanı”na qoşuldu


O öz kəndindəki imkansız şagirdlərə kitab bağışlayacaq
Xəbər verdiyimiz kimi Masallı rayonunda “Cənub-Kitab” mağazası açılıb. Bu mağazada 4 minə yaxın kitab satışa çıxarılıb. Satışa çıxarılan kitablar sırasında tarixi şəxsiyyətlər (Nadir Şah, Əmir Teymur, I Pyotr, Napoleon, Stalin, Hitler...) haqqında, Azərbaycan, Türk, Rus, eləcə də digər dünya ölkələri klassiklərinin əsərlərini, Vanqadan Nostradmusadək, eləcə də dedektiv və fantastik kitablar tapmaq mümkündür. Həmçinin, mağazada gənc ailələr, bizneslə yeni məşğul olanlar, əyləncə həvəskarları bu mövzuda son nəşrləri əldə edə bilərlər.
Ötən sayımızı izləyənlərə bəllidir ki, bir çox ziyalılar, o cümlədən hacılar kitabın təbliğinə ciddi diqqət yetirərək təklif etdiyimiz “Kitab-ehsanı”a qoşulmuşdular. Belə ki, millət vəkili Nəriman Əliyev, Hacı İsrafil Hüseynov, Hacı Fərid Zeynalov bu təklifə qoşularaq hər biri 200 manatlıq kitab sifariş edərək, məktəblərə paylatdırıblar. Bu günlərdə isə yenicə Həcc ziyarətindən qayıtmış Xıl kənd sakini Hacı Kamran da “Kitab-ehsanı”na qoşularaq boya-başa çatdığı, təhsil aldığı Xıl kəndində imkansız şagirdlərə paylatdırmaq üçün kitablar sifariş verib. Həmin kitablar yaxın günlərdə Xıl məktəbinin şagirdlərinə paylanacaq.
Onu da xatırladaq ki, digər kitab ehsanı verənlərdən fərqli olaraq Hacı Kamran bu ehsanı ardıcıl, hər 3-4 ayda bir etmək fikrindədir.
Ümumiyyətlə, cənub bölgəsində ilk kitab evinin açılışı gözlənilən və gözlənilməyən uğurlar və çətinliklər yaratsa da, fərəhli haldır ki, biz onlarla kitab həvəskarını aşkarlaya bildik. Həm də maraqlıdır ki, mağaza Masallıda açılsa da, bura Lənkərandan, Cəlilabaddan da gələnlər az deyil.
Təəssüf ki, rayonun təhsil, mədəniyyət sahələrinin öncülləri, ziyalı cəmiyyəti adı ilə cürbəcür “gedişlər” edənlər, qısası, özünü baş ziyalı sayanlar nədənsə bu faydalı və xeyirxah işdə, demək olar ki, ən elementar addım belə atmırlar. Biz belələrinə cenub.az saytında ötən ay yerləşdirdiyimiz “Qorxma, qorxma, kitabdır” yazısını təkrar oxumağı məsləhət bilərdik.
Sərraf





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10