
Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar Müəllimi, “Tərəqqi” medallı Mirqabil Hüseynov bu uğuru aşağıdakı kimi şərh etdi:
- 1 saylı məktəb Masallı rayonunun ən qədim və dəyərli ənənələri olan təhsil ocaqlarından biridir. Bu gün Masallıya şöhrət gətirən onlarla, yüzlərlə alimi, həkimi, rəhbər işçisinin həyat yolu bu məktəbdən keçir. Məktəb uğurlarına görə 2012-ci ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “İlin məktəbi” elan edilib. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun təşəbbüsü və ciddi səyi ilə məktəbimiz ötən il əsaslı şəkildə və müasir tələblər səviyyəsində təmir edilib. Belə ki, kollektivimizin yaxşı işləməsi üçün demək olar ki, hər şərait yaradılıb. Dəyərli ənənələrini qoruyub saxlayan məktəb kollektivi də bu etimada layiq çalışaraq hər il öz uğurlarına yeni uğurlar qatır.
2 il öncə məktəbimizin məzunlarından 32 nəfəri tələbə adını qazanmışdısa, ötən il tələbə adına layiq görülənlərin sayı 35 nəfərə çatdı. Bu il isə uğur qazanan tələbələri sayı necə deyərlər, rekord qırdı – 42 şagirdimiz tələbə adını qazanıb. Onlardan 3 nəfəri 600, 8 nəfəri 500 ballıq həddi keçib. Bir məzunumuz Cahangirov İbrahim Zəka oğlu Türkiyənin ən aparıcı təhsil ocaqlarından biri olan “Cərrah Paşa” Universitetinə qəbul olunaraq bu məktəbə qəbul üçün mümkün 100 balın 98-ni yığmağa nail olub.
1 saylı məktəbə rəhbərlik etdiyim 40 ilə yaxın bir müddətdə bu il qazandığımız bu böyük qələbəyə görə özümü çox xoşbəxt sayır, kollektivimizin bu uğurda əməyi olan hər kəsə, qələbəmizə sevinən hər insana təşəkkürümü bildirir, tələbə adını qazanan bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara həyat yolunda daha böyük uğurlar arzulayıram. Ölkə və rayon rəhbərliyinə də təhsilə, şəxsən bizim məktəbə göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm.
600-dən yuxarı bal toplayanlar



500 və 400-dən yuxarı bal toplayanlar





















300 və 200-dən yuxarı bal toplayanlar (Əlavə Ediləcək)