
Bu günlərdə Ukraynanın Nikolayevski şəhərində keçirilən Beynəlxalq yarışda azərbaycanlı tələbələr böyük uğur qazanıb. Ukrayna və Moldavanın 42 komandasının qatıldığı bu yarışdamda Xerson Dövlət Universitetinin 3-cü kurs tələbəsi, Masallı rayonunun Qızılağac kəndində boya-başa çatmış Ramil Məmmədov öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 1-ci pilləyə yüksəlmiş və yarışın kubokuna sahib olmuşdur. Digər idmançımız Heydər Əsgərli isə bu yarışmada 3- yerə layiq görülüb.
Onu da bildirək ki, hər iki gənci yarışlara azərbaycanlı məşqçi Bəhruz Mehtiyev hazırlamışdır.
Bütün qalibləri təbrik edirik.

