Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

MASALLININ MUSİQİ TARİXİNDƏN


      Biz bu vaxta qədər Masallının musiqi tarixindən (toy adət-ənənələri, tanınmış musi-qiçiləri, aşıq musiqisi, xanəndə - ifaçıları, instrumental ifaçıları) 4 yazını sizə təqdim etmişdik. Bu gün isə həmin rubrikadan Masallının xalq folklor yaradıcılığı adlı so-nuncu yazımızla  tanış olacaqsınız. 


Əvvəlki yazıların linki burada:  

1-ci yazı

2-ci yazı

3-cü yazı

4-cü yazı


Masallı halay folklor kollektivləri


Azərbaycan dünyada dinlərarası, mədəniyyətlərara sı tolerantlığın təşəkkül tap dığı ölkə kimi tanınır. Burada yaşayan bütün xalqlar tarixən birgəyaşayış şəraitində özlərinə xas olan milli, mədəni adət-ənənələri, folklor nümunələrini qoruyub saxlamış dır. Həmin xalqların da zəngin folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Belə etnik qruplardan olan - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşən Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarında yaşayan talışlar və türklər həm də özlərinə məxsus musiqi ənənələri ilə tanınırlar. 

     Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov Lənkəran və ətraf rayonlarda geniş yayılmış xalq mahnılarına diqqət yetirmiş və onun həmkarı Müslüm Maqomayev bu diyarda keçən ömrünün xeyli hissəsini məhəlli folklor nümunələrini toplamağa həsr etmişdir. Talış folklor musiqisi Azərbaycan xalq musiqisi ilə üzvi şəkildə elə qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyil.

      Astara və Lənkəranda əhalinin böyük hissəsini talışlar təşkil edirsə, Masallı və Lerikdə həm talış, həm azərbaycan türkləri yaşayan kəndlər vardır. Haqqında söhbət açdığımız bölgənin folklorunu yaşadan qızlardan ibarət Mahmdavar «Halay» folklor kollektivi 66 illik fəaliyyəti ərzində dünyanın bir sıra ölkələrində musiqimizi ləyaqətlə təmsil və təbliğ etmişdir. 

1956-cı ildə dövlət tərəfindən rəsmi status alan “Halay” folklor kollektivi Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev və digər korifey incəsənət ustaları ilə eyni səhnədə uğurla çıxışlar ediblər.


             Mahmudavar xalq folklor kollektivi


Folklor ansamblının ilk yaradıcıları Ümbülbanu Qulamhüseyn qızı Cəbiyeva və anası Ağabacı Mir Cavad bəy qızı Hüseynova olmuşdur. A. Hüseynova Azərbaycan tarixində müstəsna yeri olan Talış xanlarının nəsil şəcərəsinə mənsub olmuşdur. O, təqribən 1897/98-ci ildə Bakı quberniyası, Lənkəran qəzasının Mahmudavar kəndində doğulub və 1981-ci ildə 83 yaşında vəfat etmişdir. Ü. Cəbiyeva 20.04.1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə (1942/52) fəal komsomolçu kimi ictimai işlərdə fərqlənməklə bərabər, həm də bədii özfəaliyyət kollektivinin fəal üzvü olmuş, öz bacarığı və istedadı ilə o vaxtkı rayon rəhbərliyinin diqqətini cəlb etmişdir. Ona görə də orta məktəbi bitirəndən sonra 1955-ci ildə Azərbaycan LKGİ Masallı rayon Komitəsinin qərarı ilə Mahmudavar kənd klubuna müdir vəzifəsinə təyin edilmişdir.


Ağabacı Hüseynova ilə ilk dəfə səhnəyə çıxan halayçı qızlar:


1. Züleyxa Mir Cavad bəy qızı Talışxanova (Bəşirova) 1903 -1981

2. Ziba Mövsüm qızı Babayeva  1908-2000

3. Xanımi Abiəli qızı Kərimova   1912-1997

4. Mənsurə Ələsgər qızı Tağıyeva   1912-1994

5. Mərcan Əkbər qızı İbadova   1912-1991

6. Səriyyə Həmid qızı Məmmədova   1912-2001

7. Ağabacı Mircavad bəy qızı Talışxanova (Hüseynova) 1913 -1980

8. Sərvər Hacı qızı Qafarova   1918-1995

9. Xumar Yaqub qızı Həşimova   1923-1987

10. Xumar İsaq qızı Bəşirova   1929-1987

11. Humayə Manaf qızı Həşimova   1928-2010


     1955-ci ildə Bakı şəhərində Gənclərin Umumrespublika Musiqi Festivalı keçirilir. Həmin müsabiqədə Masallı rayon musiqi kollektivi ilə birlikdə Ü. Cəbiyeva iştirak etməklə, solo ifada “Pıçıldaşın ləpələr” və “Bakılı qız” mahnıları ilə çıxış edir. Onun ifa tərzi, səhnə mədəniyyəti, davranışı münsiflər heyətinin çox xoşuna gəlir. Həmin gün münsiflər heyətinin üzvlərindən biri - orta boylu, arıq bir qadın SSRİ Xalq artisti Şövkət Məmmədova ona kənd folklor hollektivi yaratmağı tövsiyə edir.

1956-ci ildə ilk dəfə olaraq Mahmudavar kənd klubunda folklor kollektivinin baxış müsabiqəsi keçirilir. Müsabiqənin münsiflər heyəti iki nəfərdən - Azərbaycan  bəstəkarı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1961),  Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio və Televiziya Veriliş ləri Komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16.04.1916, Yelizavetpol - 31.07.1961, Bakı) və azərbaycanlı sovet xalq rəqqası və xoreoqrafı, Azərbaycan xalq rəqslərinin ifaçısı, Azərbaycan Dövlət Filarmoniyasının musiqi və rəqs qrupu ansamblının bədii rəhbəri, Azərbaycan SSR Əməkdar artisti (1943), Azərbaycan SSR Xalq artisti (1959) Əlibaba Abdullayev (Əlibaba Abdulla oğlu Abdullayev; (23.03.1915, Bəkı, Bakı quberniyasıRusiya İmperiyası - 09.08.1980, Bakı, Azərbaycan SSR) bəzi mənbələrdə  Əli Bala Abdullayevdən ibarət olmuşdur. Həmin müsabiqədə Ü. Cəbiyeva ortada dayanaraq başlıqlar deyərək oxuyur, sağında və solunda dayanan iki xanım - mahmudavarlı qızlardan Xanımgül Kərimova və Həbibə Nağıyeva isə başlıqları təkrarlayaraq onu müşayiət edirlər. Münsiflər heyəti kollektivin ifasını bəyənir və tövsiyə edirlər ki, qızların sayı artırılsın. Beləliklə, az müddətdən sonra folklor kollektivinin sayı Ü. Cəbiyeva tərəfindən 8 nəfərə çatdırılır. Baxış zamanı “Lo-lo” talış xalq mahnısı ifa edilmişdir. Həmin vaxtdan başlayaraq dövlət konsertlərində, müsabiqələrdə, festivallarda kollektivin zəfər ulduzu parlayıb.


Ümbülbanu Cəbiyeva ilə ilk dəfə səhnəyə çıxan halayçı qızlar 


1. Tehran İsa qızı Əbilova (1929-2020)

2. Kinəvəs Əkbər qızı Yusubova (1932-2016)

3. Kəsirə Mirələm qızı Nağıyeva (1934-1998)

4. Məhbubə Böyükağa qızı Cəlilova (1935-2005)

5. Saray İsmayıl qız Həsənova   (1935- təqawdçüdür)

6. Havva Ağalı qızı İsgəndərova (1937-1988)

7. Şəqiqət Səndəl qızı İsgəndərova (1937-1998)

8. Həbibə Mirələm qızı Nağıyeva (1937-1969)

9. Rəviyyə Oruc qızı Abbasova (1937-2016)

10. Durnisə Nurəli qızı Əliyeva  (1937- təqaüdçüdür)

11. Xanımgül Ağamalı qızı Kərimova (Tahirova) (1940 - təqa-üdçüdür) 

12. Yavər Yadulla qızı Əliyeva (1936-2018)


     1983-cü ildə kolllektiv dövlət tədbirlərinin birində V. İ. Lenin adına (indiki H. Əliyev adına) sarayda çox uğurla çıxış etmişdir. Konsertdən sonra rəhmətlik Heydər Əliyev (o vaxt hələ Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsində işləyirdi)  kollektivlə görüşmüş və ona “Halay Xalq Folklor Kollektivi” adını vermişdir.


                 Şərəfə kənd folklor kollektivi



          Şərəfə kəndinin tarixi keçmişi, xalq adət-ənənələri, musiqi yaradıcılığı ilə bağlı ciddi araşdırmalarından biri tanınmış alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun qələmə aldığı “Masallının musiqi dünyası” adlı tədqiqat əsəridir. Lakin Şərəfə kənd xalq folklor yaradıcılığının müəlliflərinin, üzvlərinin kimliyi, onların yaradıcılıq irsinin öyrənilməsi də ən vacib məsələ kimi qarşımızda dayanırdı. Ona görə də Masallı mədəniyyət tarixinin öyrənilməsi üçün həyati əhəmiyyət daşıyan məsələlərdən biri olaraq bu missiyanı yerinə yetirmək üçün Şərəfə kənd inzibati ərazi dairəsində yaşayan kənd ağsaqqallarına üz tutdum və bir sıra vacib məlumatları əldə edə bildim. Araşdırmanı ərsəyə gətirmək üçün həmin ərazidə yaşayan bir neçə el ağsaqqalları, o cümlədən; 02.02.1950-ci il təvəllüdlü Abuş Alış oğlu Camalov (zərb alətləri ifaçısı), 10.12.1947-ci il təvəllüdlü Allahyar Qurbanqulu oğlu Əhədov (folklar ifaçısı Tükəz Əhədovanın oğlu), 28.02.1974-cü il təvəllüdlü İlqar Qabil oğlu Qənbərli (folklor ifaçısı Rəxşəndə Məmmədovanın qardaşı oğlu), habelə Şərəfə kənd orta məktəbinin müəllimi 21.01.1957-cı il təvəllüdlü Bəsirə Bilal qızı Əbilova (folklor ifaçısı Hökümə Cəlilovanın gəlini), Şərəfə kənd Folklor Evinin müdiri Dürdanə Kazım qızı Hüseynova bələdçilik edərək bir çox məlumatların, fotoşəkillərin əldə edilməsində mənə əməli kömək göstərdilər. XX əsrin 40/60-ci illərindən başlayaraq Şərəfə kəndində fəaliyyət göstərən folklor kollektivinin üzvləri aşağıda adları çəkilən xanımlar olmuşdur:


        1940 -1960-ci illərin halayçı qızları (12 nəfər):


Nisəxanım Rüstəm qızı Cəlilova (1918-1982, kino və dram aktyoru, Əməkdar artist Məzahir Cəlilovun anası)

Tükəz Abdulxalıq qızı Əhədova (1925-1995)

Nənəbacı Xəlil qızı Xəlilova (1929 -1984)

Laləzar Böyükağa qızı Məmmədova (1932-1993)

Zəhra Dadaş qızı Cəlilova (1934 - təqaüdçüdür, professor Fəra him Sadıqovun xalası)

Hökümə Böyükağa qızı Cəlilova (1936-2003)

Rəxşəndə Qənbər qızı Məmmədova (1936-2019)

Kökəb Müqəddəs qızı Seyfullayeva (1938-2016)

Pakizə Məmməd qızı Ziyadova (1938 - təqaüdçüdür)       

Xanımqız Salah qızı Piriyeva (1938-2018)

Şəmsurə İbrahim qızı Məmmədova (1950 - təqaüdçüdür)          

Şövkət Müqəddəs qızı Seyfullayeva 

Mədinə Müqəddəs qızı Seyfullayeva

Qısa haşiyə: (müəllif)

Rəxşəndə Məmmədova sovet dövrünün meyvə-tərəvəzçi əmək bahadırlarından biri olaraq adını öz zəhməti, əməksevərliyi sayəsində tarixlərə yazan əsl Azərbaycan qadını olmuşdur. Zamanında öz coşğun fəaliyyəti ilə respublikamızda ad çıxaran R. Məmmədova 1955-ci ildə SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin fırçası sayəsində tarixə düşmüşdür. Beləki, 18 yaşlı əmək qəhrəmanının əsl canlı obrazını M. Abdullayev 3 gün ərzində yaradıb. Həmin tablo Hindistanın C. Nehru adına mükafatına layiq görülüb. Əmək cəbhəsində çalışdığı illərdə kolxozda manqabaşçısı işləyən R. Məmmədovanın 62 il əvvəl M. Abdullayev tərəfindən çəkilən portreti haliyədə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilən eksponatlar sırasında dayanır.


        1930 -1950-ci illərin halayçı qızları (13 nəfər):


Göyçək Qüdrət qızı Mirzəyeva (1897 - 1977)

Kəklik Mövsüm qızı Məmmədova ( 1900 - 1984)

Teyfə Dadaş qızı Abbasova (1914 - 1996)

Umileyla Əsgər qızı A]ababayeva (1916 - 2014)

Nisəxanım Rüstəm qızı Cəlilova (1918 - 1982, kino və dram aktyoru, Əməkdar artist Məzahir Cəlilovun anası)

Səkinə Əliş qızı Xankişiyeva (1918 - 1993)  


            1945 -1960-ci illərin halayçı qızları (13 nəfər):


Tükəz Abdulxalıq qızı Əhədova (1925 - 1995)

Nənəxanım Əliş qızı Əkbərova (1927 - 1956)

Bəsti Niftulla qızı Piriyeva ( 1928 - 2016)

Nənəbacı Xəlil qızı Xəlilova (1929 -1984)

Laləzar Böyükağa qızı Məmmədova (1932 - 1993)

Şökət Müqəddəs qızı Seyfullayeva - (1933 - 2005)

Zəhra Dadaş qızı Cəlilova ( 1934 - təqaüdçüdür, professor Fərahim Sadıqovun xalası)

Valiyə (Elxanım) Hilal qızı Xankişiyeva (1935 - təqaüdçü-dür).

Hökümə Böyükağa qızı Cəlilova (1936 - 2003)

Rəxşəndə Qənbər qızı Məmmədova (1936 - 2019)

Fatma Qulam qızı Rəsulova (1937 - 2007)

Kökəb Müqəddəs qızı Seyfullayeva (1938 - 2017)

Pakizə Məmməd qızı Ziyadova (1938 - 2021)        

Xanımqız Salah qızı Piriyeva (1938 - 2018)


1970 -2000-ci illərin halayçı qızları (4 nəfər):


Qızqayıt (Mədinə) Müqəddəs qızı Seyfullayeva - (1940 - 2014)

Həcər Müqbil qızı Həsənova (1950 - 2018)

Şəmsurə İbrahim qızı Məmmədova (1950 - təqaüdçü- dür)   

Xanımqız Nəcəfqulu qızı Piriyeva (1951- təqaüdçüdür)

Təzəgül Yusub qızı Məmməova (1952 - 2019)               


Abuş Alışov:

- 1970-ci ildən 1985-ci ilə kimi Şərəfə kənd Mədəniyyət evində tarzən Ağacavad Seyfullayevlə “Həcər” Xalq Folklor Kollektivinin üzvləri ilə birgə çalışmışam. Adından da məlum olduğu kimi XX əsrin 60-cı illərindən sonra kollektivin formalaşmasında, uğurlu nəticələr əldə etməsində Həcər Müqbil qızı Həsənovanın böyük əməyi olmuşdur. Əvvəlki nəsil ifaçıları Nənəbacı Xəlilova və Rəxşəndə Məmmədovadan sonra o, yeni yaranan dəstənin rəhbəri kimi kollektivi xüsusi məharət və ustalıqla öz arxasınca apara bilirdi. Həcər xanım dilli-dilavər, şux, zarafatcıl, diribaş bir qadın idi. O, kəndimizdə keçirilən toy şənliklərində sərxeylik etməyinin sayəsində həm də folklor kollektivini məclislərə cəlb etməklə xalq sənətini yaşadırdı. Kəndimizdə və rayonda tanın mış qarmon ifaçısı Təhməz Məhərrəm oğlu Məmmədovun bu sahədə xidmətlərini xüsusilə qeyd etmək yerinə düşərdi. Çünki kollektivin musiqiçilər dəstəsinin öndə gedən əsas aparıcı qüv vəsi məhz Təhməz idi. Həcər xanımın şərəfinə onun adını daşı yan folklor kollektivi hal hazırda yeni nəsillərin sayəsində Şərəfə kənd Mədəniyyət  Evində fəaliyyətni davam etdirir. 

Allahyar Ağababayev: 

- Şərəfə kəndində uzun illər fəaliyyət göstərən “Yasəmən” adlı xalq folklor kollektivi barədə ötən əsrin  80-ci illərində  kəndimizin sakini Nurməmməd kişinin həyətində Azərbaycan televiziyasının “Buta” verilişi üçün kinofilm çəkilmişdir. Dövlət musiqi arxivinin “Qızıl fondu”nda saxlanılan həmin film ötən əsrin 80/90-cı illərində hər il “Novruz bayramı” ərəfəsində dövlət televiziyası ilə nümayiş etdirilmişdir. 

Qeyd:

Məqalə müəllifin qələmə aldığı “Masallının musiqi ulduzları” adlı kitabda gedən materiallar əsasında hazırlanmışdır. Masallının musiqi tarixi ilə bağlı daha geniş və ətraflı məlumatlar həmin kitabda toplanmışdır.


Xodaşirin Cəbiyev (Cabbarlı)

Yazıçı-publisist, jurnalist-araşdırıcı

26.03.2021-ci il








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10