Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda maraqlı ərazi nümayəndəsi dəyişiklikləri



Rayonun cənubunda olanları şimala, şimalında olanları cənuba (yaxud da əksinə) dəyişməkdə məqsəd nə ola bilər?

Son illər, daha doğrusuAraz Əhmədov  Masallıya icra başçısı təyin olunandan   sonra bu rayonda maraqlı və qəribə kadr  dəyişiklikləri  baş verir.

Dünən Təklə İnzibati Ərazi Dairəsinin Nümayəndəsi Bəşirov Tural Əlipaşa oğlu bu  ərazinin tam əks tərəfində,  təxminən 30-35 kim aralıda yerləşən Tüklə kəndində eyni vəziyyətə təyinat alıb.  (Xatırladaq ki, Tural bəy Təklə  ərazisində 10 il bələdiyyə sədri, 5 il isə ərazi nümayəndəsi işləyib və ərazidə kifayət qədər hörmətə malikdir )Tüklə kəndində həmin vəzifəni aparan Ağayev Kərim Ramazan oğlu isə Köhnə Alvadı ərazisi üzrə nümayəndəsi vəzifəsinə “transfer” edilib.

Xatırladaq ki, Köhnə Alvadı kəndinin  sabiq ərazi nümayəndəsi 2 ay öncə Təzəkənd Ərazi Dairəsinə müavin təyin olunmuşdu.

Masallı şəhər nümayəndəsi, güllütəpəli Nazim  Muradov isə bu vəzifədə hələ yerini bərkitməmiş Viləş Ərazi Dairəsinə nümayəndə təyin olundu.

Belə təyinatların sayı isə təkcə yuxarıda sadaladıqlarımla bitmir. Belə ki, “Dağ Şıxları”nda yaşayan, Qodman Ərazi Dairəsinin də müavin vəzifəsində çalışan Elxan  Babazadə Qızlağaca, qızılağaclı Babək Məmmədov isəSığdaş  Ərazi Dairəsinin nümayəndəBoradigah qəsəbəsinin boradigahlı nümayəndəsi  isə Türkoba ərazisinə nümayəndənin müavini təyin olunub.

Bu dəyişikliklər nəyə hesablanıb?  Yerləri dəyişilən nümayəndənin yüksəlişidir, ya enişi?

Şəhər nümayəndəsinin və Boradigah qəsəbə nümayəndəsinin təyinatı açıq-aşkar enişdir.

Digər dəyişikliklər isə başqa  təsəvvürlər yaradır.

Bəziləri düşünür ki,  hər hansı şəxs yaşadığı ərazidən 15-25 kilometr aralı əraziyə nümayəndə göndərilirsə, həmin şəxsin dayaqları zəif olur.  Ona müəyyən qədər vaxt lazımdır ki, bilsin bu ərazidə kim-kimdir. Belə durumda isə həmin ərazi nümayəndəsinin yeganə güvənəcəyi onu  həmin vəzifəyə təyin edənlərdir.

Digər  arqument isə  ki,  bəzi ərazi nümayəndələri uzun illərdir ki,  bir ərazidə “kök” salıb, öz adlarına olmasa da, valideynlərinin, digər yaxınlarının adına xeyli torpaq, balıqçılıq gölləri, digər əmlaklar “qamarlayıb”, qısası, özü üçün bir “şəbəkə” yaratmasıdır. Belə çarpaz təyinatlar da belə “şəbəkələri” dağıtmaq üçündür.

Bütün bunlarla yanaşı, yaxın vaxtlarda icra strukturlarında ciddidəyişiklik olacağını nəzərə alsaq, bütün bu təsəvvürlər heç ola bilər.

Cenub.az. Zahir Əmənov

 

 

 

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10