Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Amerikada yaşayan masallılı gənc doğma yurdunda millət vəkili seçilmək istəyir



Bir qədər də həmin gəncin anadan olduğu Hacıtəpə kəndindən  millət vəkili olmuş şəxslər barəsində 

 

Hacıağa Bayramov 

 

1. 1925-ci ildə Masallı Rayonun Xırmandalı Ərazi Vahidinin Hacıtəpə kəndində anadan olub. Rostov Dəmir Yol Universitetini bitirib. 1970 və 1975-ci illərdə 2 dəfə SSRİ Ali Sovetinin  deputatı seçilib..

 

2. KAMALOV TAPDIQ CƏLAL OĞLU
3.  
20 aprel 1939-cu ildə Hacıtəpə kəndində anadan olub.  Müxtəlif vaxtlarda həmin vaxtlarda Leninrayonunun XDS İcraiyyə Komitəsinin sədri,   

 

1973-cü ildən dəfələrlə LeninRayon Partiya Komitəsinin üzvü seçilmişdir. Azərbaycan KP-nın XXXII qurultayının nümayəndəsi olmuşdur. 1995-2000-ci illərdə Bakı Şəhər Xətayi rayon icra hakimiyyəti başçısının 1-ci müavini olmuşdur.

1995-2000-ci illərdə A. Bakıxanov rayonundan, 2000-cı ildən 2005-ci ilə qədər isə 70 saylı Masallı-Yardımlı seçki dairəsindən Milli Məclisə millət vəkili seçilmişdir.

ALLAHVERDİYEV Elnur Maratoğlu

Bakı şəhərində anadan olub. Anası Hacıtpə kəndində anadan olub. Azərbaycan Respublikası Milli Məclisunin  üzvüdür.. 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olmuşdur. 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir.

4.  
5. NURULLAYEV RaziQulaməli oğlu, 1971-ci ildə İmişli rayonunda anadan olub. Ötən çağırış Azərbaycan Respublikasının Milli Məclisinin  deputatı olub. Onun da atasl Haıtəpə kənndində anadan olub.

Bəs Amerikada yaşayan,  millət  vəkili olmaq istəyən Samxal Bağışov  kimdir?

 

Samxal Bağışov 1993-cü il 3 yanvar tarixində Masallı rayonunun Hacıtəpə kəndində müəllim ailəsində dünyaya göz açmışdır. 

2010-cu ildə Zeynal Zeynalov adına Hacıtəpə kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılmış və vətənə xidmət etmişdir.

  2014-cü ildə Türkiyənin Çukurova Universitetinə Maliyyə ixtisası üzrə qəbul olunmuşdur. Universitet illərində “Öyrənciyə Dəstək” dərnəyini təsis edərək, ehtiyac olan tələbələri təqaüd təmin etməyi nail olmuşdur. 

2019-cu ildə universiteti bitirdikdən sonra Azərbaycana geri dönmüş və 2020-ci ildə Milli Məclis seçkilərinə namizəd olmuşdur.

2021-ci ildə İtaliyanın Sapienza Universitetində magistraturaya qəbul olunmuş və 2023-cü ildə Roma şəhərində Biznesin İdarə Edilməsi üzrə magistratura təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 

Magistratura dövründə Avropanın 15 ölkəsində və Amerikada müxtəlif layihələrdə iştirak etmişdir. Hazırda ABŞ-da bank sektorunda çalışmaqda davam edir.

 

Şamxal Baxışovun əsas hədəfləri 

və vədləri

Təhsildə Fürsət Bərabərliyi: 

Hər bir uşağın keyfiyyətli təhsil almasını təmin etmək üçün məktəblərə və müəllimlərə dəstək.

İqtisadi İnkişaf: Kiçik və orta ölçülü müəssisələri dəstəkləyərək yerli iqtisadiyyatı gücləndirmək.

Səhiyyə Xidmətləri: 

Hər kəsin əlçatan, keyfiyyətli və pulsuz səhiyyə xidmətləri almasını təmin etmək.

Ətraf Mühitin Mühafizəsi: Təbiəti qorumaq və davamlı enerji layihələri inkişaf etdirmək.

Gənclərə Dəstək: Gənc sahibkarlara və tələbələrə təqaüd və layihə dəstəyi.

İş Yaratma: Yeni iş imkanları yaratmaq və işsizliklə mübarizə.

Bəs bu vədləri necə reallaşdıracaq. Bu barədə  Şamxal Baxışovla  yaxın günlərdə sizə tədim edəcəyimiz müsahibədə aydınlıq gətirəcəyik.

Cenub.az. Zahir Əmənov


 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10