Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Medianı təhqir edən cəlilabadlı gənc. hansı iş adamının oğludur?


"Fairmont Baku" otelində media nümayəndələrini təhqir edən gənc saxlanılıb.

Cenub.az xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli məlumat yayıb.
“Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək media nümayənələrini "işverən" adlandırmışdı.
Daha sonra Daxili İşlər Nazirliyinin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.
Artıq gəncin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb. O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Hazırda onunla bağlı materiallar toplanılır. Barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Onun məhkəməyə çıxarılacağı da istisna edilmir.
Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
Qeyd edək ki, "Fairmont Baku" otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" deyə müraciət ünvanlayıb", - M.Məmmədli qeyd edib.





{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10