Əvvəlki “Kökə köşələrə” burada bax:
http://cenub.az/1602-kk-klr-1-sbut-n-tin-imi.html
http://cenub.az/1700-kk-k-2-bapbalaca-nqsanlar.html
18 yaşdan aşağılar oxumasa yaxşıdır
Tez-tez ofisimizin qarşısından telefonda söyüş söyə-söyə danışan adamlar keçir. (Üzürlü sayın, söyüşləri olduğu kimi, “rastomoşka” etmədən verməyə məcburam ki, effekt itməsin)
Rayonda ən çox “oğraş” sözü işlədən tayfanı yəqin ki, çoxları tanıyır. Hətta yarızarafat-yarıciddi deyirlər ki, işinin gur vaxtında onlardan birinə zəng gəlir ki, filan yaşlı qohumun dünyasını dəyişdi. O da əsəbi şəkildə deyir ki, ə, oğraş ölməyə vaxt tapdı.
Söhbət söyüşdən düşəndə həmişə bir lətifəni xatırlayıram.
Deyirlər ki, keçmişdə kasıb, amma haqsızlığa dözməyən, dərhal çınqı verən bir kişi olur. Harada haqsızlıq edən şəxs görürsə, həmin şəxsləri ən ağır sözlərlə yamanlayır. Bunun da çox imkanlı qardaşı olur. Söyüşçü qardaşına deyir ki, daha bu söyüşlərlə ətrafımızı bezdirdin. Al bu 100 manatı, daha söyüş söymə. Söyüşçü qardaş da puldan keçə bilmir, 100-ü alır, deyir,daha söyüş söyməyəcəyəm. 1-2 saatda sonra qardaşlar kənd yoluna çıxırlar. Görürlər bir kişi hamilə qadını ilə gəlir. Hamilə qadının başında bağlama, qucağında uşaq, hər iki əlində zənbillər, kişi də yellənə-yellənə onun yanında gedir. Söyüşçü qardaş tez 100-yü qardaşına ötürüb deyir: -Al bu 100manatını, mən belə oğraşı necə söyməyim?
Mən söyüşə bəraət qazandırmaq istəməsəm də, bir çoxlarına elə gəlir ki, söyüş əksərməsələləri həll etmək üçün çox kəsə və kəsərli vasitədir.
Yaşlılar deyir ki, sovet dövründə guya çox mədəni olmuşuq. Hötenin adının söyüş kimi səslənməməsi üçün sözün əvvəlində G hərfini gah Q, H hərfləri ilə əvəzləmişik.
Təsadüf elə gətirib ki, dünyanın ən bərk gedən partiyalarından olan Sovet İttifaqı Kommunist Partiyasının qısaldılmış formasını yazanda çox biəd bir söz alınırmış. Ona görə həmin adın qısaldımış formasın yazanda S hərfindən sonra bir ov-da yazıb, SovİK Partiyası kimi təqdim edirmişlər.
Bir çoxları heç mənasını bilmədən rus dilində söyüşlər işlədir. Məsələn, zər qoşa verməyəndə, çox bərkə düşəndə tez-tez deyirlər “ay b-i-i-ilət”. Hətta adam var, o cümlədən gənclər, bu sözü kəlmə başı işlədir. Hansı ki, bu söz Azərbaycan dilində qəhəbə deməkdir. Ata-babalarımız isə həmin sözü işlətməmək üçün vaxtilə xeyli söz və sozbirləşməsi kəşf edib – pis gəzən, həyat qadını, qədim peşə sahibi, fahişə, ayağısürüşkən və sair.
Bəzən də, belə ifadələrdən sığortalanmaq üçün, əvvəlcədən bir Türkün məsəli deyirik.
Söz sözü çəkər. 10 il öncə ABŞ-da olarkən orada yaşayan azərbaycanlı tərcüməçimiz 100 kilometrlik bir məsafəyə səfərdə mənimlə bir oturacaqda əyləşmişdi. Yol boyu kiminləsəingilis dilində telefonla danışır, ara da isə Azərbaycan dilində ona söyüşlər verir. Soruşdum ki, həmin şəxs Azərbaycan dilin bilir ki, ona bu dildə söyüş verirsən. Dedi, yox bilmir, amma bizim dildə söyüş qəşəng alınır. Daha heç nə.
Bəzən də söyüş yazanda əsas hərfin birin qaçırdıb, ya sözlə oynayıb (QƏH yazıb ... nöqtə qoyuruq ki, bərkə düşsə deyərik, Qəhrəman yazmaq istəyirdim) guya söyüş söymürük. “Gözü ilə görən”i müxtəlif mənalarda işlədənlərvar. Məsələn, bizim hərtərəfli hacılardan biri hərdən gur səslə məclisdəkilərə müraciət edir, deyir: - Ey gözü ilə görənlər! Sonra bir az fasilə edib əlavə olaraq deyir- Məkkəni, Mədinəni. Belə misallardan da biri müğənni Seyidcahanın televiziya və mətbuatda səsləndərdiyi “Ağzınızı tikim” məşhur misralarıldır.
Stalin haqqında belə bir lətifə var. StalinFransanın prezidenti ilə nahar edəndə soruşur ki, sizdə rusların məşhur ana-bacı söyüşünü əvəz edən hansı ifadə var? Fransa prezidenti:-Bizimkilər elə söyüşlər söymür. Stalin təəccüblə deyir:- Elə isə siz ölkəni necə idarə edirsiniz?
Bir nümunə də deyim, yekunlaşdırıram. Yaxın qohumum 200-300 nəfərlik bir inşaatçı dəstəsinə rəhbərlik edir. Soruşuram ki, işçilərləmünasibətdə hansı forma və metodlardan istifadə edirsən? Deyir, indi sınaqdan çıxmış bir forma var da, söyə-söyə, təhqir edə-edə obyekti bir dəfə fırlanıram, hər şey düşür yoluna.
İndi bəziləri az qala uşaq anadan olanda ona söyüşə bənzər ad qoyur. Bəzən uşağı əzizləyib yanlarına çağıranda “”Oğraş, dəyyus, atanın yanına gəl” deyənlər də var. Hələ bir yazıçı qeyri-rəsmi söyüş terminlər lüğəti də hazırlamışdı. Zarafat etmirəm, ciddi deyirəm.
Əksəriyyətin də təsəllisi odur ki, Şoloxovdantutmuş tanınmış türk aktyoru Şaban kimi tanınan Kamal Sunar nə qədər söyüş söyür.
Son əvəzi. O qədər bu söyüş-filana boş qoşmadıq, gördük iqtidarlı-müxalifətli bir-birinə hətta televiziyada elə söyüşlər verirlər, küçədə söyüş söyənlərin ağzı acığa qalır.
İnamırsıız? “Oğ......dı” yalan deyən!
Zahir Əmənov
Qeyri-etik ifadələrə görə oxuculardan bir daha üzr istəyirik. Yazının ruhu elə idi ki, həmin sözləri olduğu kimi verməmək mümkünsüz olardı. Həm də nəzərə alın ki, bu, günümüzün reallığıdır və günbəgün genişlənir küçədə, avtobusda, bəzi evlərdə, idarələrdə... Oxuyub, gülməyək, ibrət götürək.