10 yaşında Lütvəli Abdullayelə, Nəsibə Zeynalova ilə səhnə bölüşən Şakir Həsənovdan 45 seriyalı Həzrəti Yusif filmində Yusif rolunu səsləndirən Elşən Rüstəmova qədər
İzləyicilərimizə bəlli olduğu kimi masallılı kino-teatr xadimləri barədə araşdırma aparırıq və bu mövzuda artıq bir neçə yazı çap etmiş, əslən Masallıdan olan Azərbaycanın xalq artisti İlham Əsgər, əməkdar artistlər Fateh Fətullayev, Bahadur Əliyev, Əli Salahlı, Sücəddin Mirzəyev, Məzahir Cəlilov, eləcə də ölkənin teatr tarixində dəyərli xidmətləri olan digər sənətçilərin həyat yolunu sizə təqdim etmişik. Bu günki yazımızda isə respublikamızın əməkdar artisi Elşəın Rüstəmov, eləcə də digər dəyərlilərimiz İdris Ağalaroğlu, Yaşar Əhmədov, Hikmət Rəhimov, Şakir Həsənov, həmçinin hələllik ilk masallılı qadın aktyor Yasəmən Məmmədova haqqında söz açacağıq.
Bundan əvvəl təqdim olunun 1 -2-ci yazıların linkləri burada:
https://cenub.az/9669-masalll-rejissor-v-aktyorlar.htmlhttps://cenub.az/9745-masalll-rejissor-v-aktyorlar.html
1. Rüstəmov Elşən Mərdan oğlu
1971-ci il yanvar ayının 22-də Masallı rayonunun Boradigah Ərazi Dairəsinə daxil Babaser kəndində anadan olub. İlk təhsilini də Babaser kəndindəki məktəbdə almışdır. 1968-ci ildə Moskvada tikinti üzrə peşə məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990–1995). Təhsil aldığı müddətdə Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs alıb. Evlidir.
9 may 2012-ci il tarixdə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
E. Rüstəmov 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb.
Hazırda Gənc Tamaşaçılar teatrı ilə əməkdaşlığı davam etdirməklə Azərbaycan Dövlət Dram teatrında çalışır. Bununla yanaşı Akademik dram teatrında da çalışır.
E. Rüstəmovun fəaliyyətində dublyaj işi də mühüm yer tutur.
O, yüzlərlə filmin dubliyajında iştirak etsə də, onun İran istehsalı olan çoxseriyalı “Həzrəti Yusif“ filmində səsləndiryi Yusif rolu tamaşaçıların böyük marağına səbəb olub.
O, bundan əlavə Azərbaycan Dövlət Dram teatrının və Gənc Tamaşaçılar teatrının səhnəsində yüzdən artıq rolda çıxış edib.
Ümumilikdə, onun irəli-xırdalı oynadığı və dublyaj etdiyi rolların sayı 1000-dən yuxarıdır.
İştirak etdiyi tamaşalar:
"Hamlet' tamaşasında Laert,
"Xanıma"(Niko obrazı), "Şah və şair"(Şah İsmayıl Xətai obrazı), "Cəhənnəm sakinləri ("Azər obrazı), Pəri Cadu (Qurban obrazı), "Haci Qara" ( Heydər obrazı), "Yarımçıq qalmış" ( Fariz obrazı).
2. Şakir Həsənov
Şakir Həsənov Masallı rayonunun indiki Masallı şəhərində anadan olub. Masallıda xalq teatrının çiçəklənməsində Şakir Həsənovun müstəsna xidmətləri olub. Təsadüf elə gətirib ki, o, hələ 10 yaşında Lütvəli Abdullayev, Nəsibə Abdullayeva , Bəşir Səfəroğlu kimi korifeylərlə bir səhnəni bölüşdürməli olub. Deməli, 1957-ci ildə ölkənin tanınmış aktyorları Masallıya qastrola gəlir və burada Ağasi Məşədibəyovun “Toy kimindir” tamaşasını oynamağı planlaşdırırlar. Həmin əsərdə Tapdıq rolunu oynamalı olan gənc Yaşar Nuriyev isə xəstələndiyi üçün bu səfərə gələ bilmir. Teatr truppası məcburiyyət qarşısında sınaq üçün 4 məktəbli dəvət edirlər. Həmin məktəblilər içərisindən 10 yaşlı Şakir Həsənov onlar diqqətini daha çox cəlb edir. Beləliklə balaca Şakir Həsənov bu korifeylərlə bir səhnəni bölüşür. Aktyorlar sırasında L. Abdullayevlə, N. Zeynlova ilə yanaşı onun da adı elan olunur.
Ş. Həsənov 17 yaşında mədəniyyət üzrə heç bir ali təhsili olmasa da, Masallı rayon Mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə, 18 yaşında isə Masallı rayon Mədəniyyət evinin direktoru vəzifələrinə yüksəltdi. Həmin vaxtlar Şakir Həsənov və Adil Səfərovun rəhbərliy iilə yaradılan Miniatür Teatrı isə onların şöhrətini artıq Masallıdan uzaqlara çıxarıb, cənub bölgəsinə və az bir vaxtda isə respublikaya yayıb. Həmin vaxtlar Masallıya qastrola gələn tanınmış aktyorlar- SSRİ Xalq artistləri Hökümə Qurbanova, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Xalq artistləri Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov, Əli Zeynalov, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Həsənağa Salayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Ələddin Abbasov, Əməkdar artistlər Ofelya Məmmədzadə, Müxlis Cənizadə və onlarca başqaları Miniətür Teatrının tamaşalarına maraqla baxandan sonra onların hər ikisini öz teatrlarına işləməyə dəvət etsələr də, Şakir və Adil Masallıdan ayrılmaq istəmirdilər və bu rayonun ilk teatr qaranquşları kimi Masallı üçün çox faydalı işlər gördülər.
Xatırladaq ki, Şakir Həsənov Masallının sayılıb-seçilən ziyalılarından olan və bu rayonda təhsilin inkişafında məktəb direktoru və sonra İcraiyyə Komitəsi sədrinin katibi kimi əvəzsiz işlər görmüş Rəfi müəllimin ailəsində dünyaya göz açmışdı. Elə uşaq yaşlarından atasının şöhrətini görsə də, bu şöhrətin ardında gizlənməyib, özü-özünə yol açmışdı. Öz şöhrətini və uğurunu da özü qazanmışdı. Tarix üçün onu da vurğulayım ki, Masallı incəsənətinin tarixində 1940-ci illərdən - 1980-ci illərə kim üç adamın xidməti daha çox və əvəzsiz olub. Onlar- məşhur tarzən Mirzə Salman, rejissor–aktyor Sənən Ağabəyov və aktyor-rejissor Şakir Həsənovdur. Şakir Həsənov həm də Mirzə Salmandan tar dərsləri alaraq, bu aləti də peşəkar səviyyədə ifa edirdi. Mirzə Salman həmin vaxtlar respublikada tanınmış tarzənlər Əvəz Rəhmətovun, Oruc Rəhmətovun, Şaiq Həsənovun da müəllimi olmuşdu.
3. Ağalar İdrisoğlu
16 mart 1950-ci ildə Masallı rayonunun Digah kəndində anadan olub . Digah kənd 8 illik və Masallı şəhərindəki Nəriman Nərimanov adına orta məktəbi bitirib. İlk ədəbi yaradıcılığına orta məktəbdə oxuyarkən başlayıb. O vaxt məqalələri və kiçik həcmli hekayələri “Çağırış” və“Azərbaycan pioneri” qəzetlərində çap olunub. Elə həmin vaxtlardan həvəskar - aktyor kimi Masallı rayon Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrında çıxış edib.
1971-1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. Təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib.
Daha sonra Sumqayıt, Ağdam, Gəncə, Fizuli, Mingəçevir teatrlarına töhfələr verib.Ağalar İdrisoğlu ali rejissorluq təhsilini 1981-1986-cı illərdə Moskva şəhərindəki Andrey Vasileviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində alıb. Bu vaxta qədər 140-dan çox tamaşalara quruluş verib.
Rəhbərlik etdiyi kollektivlər məhz onun təşkilatçılığı və təşəbbüsu ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda böyük uğurla çıxış ediblər.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Moldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o təmsil edib.
1980-ci ildə rejissoru olduğu Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası Moskvadakı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynanılan vaxt yüksək peşəkar quruluşa görə Ağalar İdrisoğluna “Qızıl” medal verilib.
1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü və katibi seçilib.
Quruluş verdiyi tamaşalar- Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı, quruluş verdiyi “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. “İnan mənə pyesi” 1985-ci ildə Moskvada 48 dramaturqun pyesi arasında üçüncü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Mədəniyyət Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin arasından ikincə dərəcəli mükafata layiq görülüb. Birinci mükafat heç bir pyesə verilməyib. Beləliklə, teatr və ədəbiyyat aləmində 50 ildən çox çalışan Ağalar İdrisoğlu 40-dan çox taşamada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Yüz əllidən artıq hekayənin, essenin, elegiyanın, novellanın, pritçanın, 6 romanın, 9 povestin, 15 pyesin, 1500-dən çox publisist məqalənin, elmi yazıların, oçerklərin, portret cizgilərinin və resenziyaların müəllifidir. O, tərcüməçi kimi də çox işlər görüb.
Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı yaradılıb. Teatra əlavə 80 ştat verilib. Doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar incəsənət xadimidir.
Ağalar İdrisoğlu 15 kitabın müəllifidir.
Ağalar İdrisoğlunu həyat yolu və elecə də teatr sahəsində digər xidmətləri barədə ona həsr olunmuş yazısının linki ilə tanış ola buradabilərsiniz. https://cenub.az/9817-masall-mr-yolu-kitablara-smayan-teatr-xadimi-aalar-drisolu.html
4. Həmyerlimiz, rejissor Yaşar və onun yaratdığı OSCAR FİLM PRODUCTİON şirkəti
İzlədiyimiz filmlərin əksəriyyətinin ssenari müəllifi, rejissoru, prodüseri həmyerlimiz, Masallı rayonunun Banbaşı kəndində boya-başa çatmış Yaşar Əhmədov imiş
Ötən il 40 yaşını qeyd edən Yaşar Əhmədov orta və yaşlı nəslin nümayəndələri olan insanların yaxşı tanıdığı, həmişə gülərüzli, dəyərli insan olduğunu çoxlarının etiraf etdiyi tanınış inşşatçı, həyatdan vaxtsız köçmüş tanınmış inşaatşı Güloğlan Əhmədovun oğludur. Masallının Banbaşı kəndində anadan olub. Orta təhsilini Masallı şəhər 3 saylı orta məktəbində alıb. “Odlar yurdu” universitetində iqtasidayyat üzrə təhsil alsa da, əsas uğurlarını kino sahəsində qazanıb.
1999 cu ildə (19 yaşında) özünə məxsus “OSCAR” video studiyasını qurub. Bir müddət şirkət olaraq klip və reklam çarxlarının istehsalı ilə məşğul olub. 2006 cı ildən etibarən isə şirkət rəsmi dövlət qeydiyyatına alınaraq “OSCAR FİLM PRODUCTİON” adı ilə daha da peşəkar şəkildə ölkə üzrə ilk dəfə həftəlik serial və film istehsalına başlayaraq fəaliyyətini davam etdirdi.
Türkiyənin bir sıra peşəkar teatr instutlarında təhsil alıb və hazırda da təhsili davam etdirir.
Yaşar Əhmədovun rejissoru və baş prodüseri olduğu bəzi filmlər aşağıdakılardır:
Tövbə, Qaydasız döyüş, Yaşananlar, Vətən Sağ olsun, Ölümsüzlər, Günəşim ol, Toy gecəsi, Məhkumlar, Bir qadın, İdarə, Laləli saray və.s filmlərinin ərsəyə gəlməsində onun aktyor və rejissor kimi böyük əməyi olub.
Yaşar Əhmədov haqqında cenub.az saytında getmiş yazıda onun haqqında daha ətraflı məlumat ala biərsiniz. Yazının linki burada:
https://cenub.az/10017-hmyerlimiz-rejissor-yaar-v-onun-yaratd-oscar-flm-producton-irkti.html5. Hikmət Rəhimov
Əslən Masallı rayonundan olan (Qodman kəndi) Hikmət Rəhimov 1986-cı ildə anadan olub. 2004-cü ildə orta məktəbi bitirib, elə hemin ildə ADMİU-ya daxil olub və 2008-ci ildə ali təhsilini başa vurub. 2008-2009-cu ildə hərbi xidmətdə olub. 2009-cu ildən Azərbaycan Dövlət Yuğ teatrında, 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb.
Hal-hazırda heç bir teatrda fəaliyyət göstərmir.
İfa etdiyi tamaşalar:
Döngələr (teleserial, 2012)
Çaqqal nəfəsi (film, 2013)
Fədakar (film, 2015)
28 iyun (film, 2016) və digərləri
Yuğ Teatrı
Kafkadan Salam - Anima
Albalı bağı - Yepixodov
Naməlum Axundzadə - Seyird
Sonuncu - Tələbə
Psix - Don Kixot
Akademik Milli Dram Teatrı
Sərgüzəşti-Vəziri - Xani-Lənkəran Teymur Ağa
Qadın məhəbbəti - Məşuq
Qatil - Kişi
Nadir Şah - Rzaqulu Xan və digərləri.
Özəl Teatr
Kohne telefon Polard
Sevginin göz yaşları (teleserial, 2013)
Günəşim ol (serial, 2016)
6. Yasəmən Məmmədova
Masallı rayonunun Masallı şəhərində anadan olub. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü.Hacıbəyov), "Subaylarınızdan görəsiniz" (İsi Məlikzadə və S.Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S.S.Axundov, "Tamahkar"), müğənni (H.Cavid, "Afət"), Vera (V.Şukşin, "Diribaş adamlar"), Aytən (N.Hikmət, "Bayramın birinci günü", Seda (V.Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç.Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M.F.Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F.Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə.Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V.Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir.
Y.Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur. Azərdövlət televiziyası ilə nümayiş etdirilən "Yanmış körpülər" teleserialında Mədinə və iki hissəli "Şans" filmində Nazilə obrazlarını yaratmışdır.
Əsas rolları:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
1. Ober-Qofmesterina – («Şelkunçik», E.T.A.Hofman)
2. Züleyxa – («Əcəl atı» V.Əlixanlı)
3. Mələk – («Mən səni sevirəm –MSS» Ə.Əmirli)
4. Türfə – («Pələng ili» F.Mustafa)
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında:
1. Gülaçar - («Atabəylər», N.Həsənzadə) H.Ərəblinski adına Sumqayıt DDT-ında
2. Gülzar və Nabat - («Tamahkar», S.S.Axundov)
3. Nərgiz - («Oktay Eloğlu», C.Cabbarlı)
4. Seda- («Bəxt üzüyü», V.Səmədoğlu)
5. Ana - («Dədə Qorqud», S.Nəzirova)
Ş.Qurbanov adına DMKT-ında:
1. Sona – («Talelər qovuşanda», R.Hacıyev)
2. Əsmər – («Əlin cibində olsun», A.Babayev) və başqaları
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında:
1. Qadın – («Xoşbəxt hadisə», S.Mrojek)
2. Pəri Cadu – («Pəri Cadu», Ə.Haqverdiyev)
Cenub.az. Zahir Əmənov