Rusif Kərimov Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olub. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Rusif müəllim çox üşgüzar, enerjili, yaxşı təşkilatçı, xeyirxah, imkanı daxilində köməyini heç kimdən əsirgəməyən bir insandır
2 ay öncə onun Masallıdakı Su Meliorasiya idarəsinin rəisliyindən daha kiçik posta – Lerik rayonundakı eyni vəzifəyə təyin olunması onu yaxından tanıyanlar tərəfindən bir qədər təəssüflə qarşılandı.
Yaxşı ki, Rusif Kərimovun çalışdığı Agentlik qısa müddətdə onun zəhmətlərini layiqincə qiymətləndirdi. Belə ki, bu gün o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin rəisi təyin edilib.
İnanırıq ki, Rusif müəllim bu etimadı layiqincə dəyərlənirib daha uğurlu işləri ilə bizi sevindirəcək.
Təbrik edirik!
Cenub.az. Turan Əlisoy.