Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizdə bu il hansı məktəblər tikilib, tikilir və təmir olunur?



Cenub .az saytı Lənkəran-Astara Regional Təhsil İdarəsində aldığı məlumata əsasən bildirir ki, bu təşkilatın tabeliyində 

554 ümumtəhsil

121 məktəbəqədər, 

11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə

41 təhsil müəssisəsində cari,  

4 müəssisədə əsaslı təmir aparılır

8 təhsil müəssisəsinin isə tikintisi icra edilir. 

Tikintisi icra edilən təhsil müəssisələri aşağıdakılardır:

Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəb (180 şagird yerlik)

Astara rayon Sərək kənd tam orta məktəb (264 şagird yerlik)

Astara rayon Şümrüd kənd tam orta məktəb (360 şagird yerlik)

Lənkəran rayon Viyən kənd tam orta məktəb (432 şagird yerlik)

Lerik rayon Cəngəmiran kənd tam orta məktəb (132 şagird yerlik)

Cəlilabad rayon Musalı kənd tam orta məktəb (180 şagirdyerlik)

Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəb (132 şagirdyerlik).

Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi ümumi kənd orta məktəbləri üçün inşa edilən məktəblər bu tədris ilinin başlanğıcında istifadəyə veriləcək. Digər 6 məktəbin isə 2025-ci ildə tikilib təhvil verilməsi planlaşdırılır.

Məlumatın hazırlamasında bizə yardımçı olan LARTİ-ninrəsmisi Tural Kərimova təşəkkür edirik. 

Cenub.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10