Bəzən təcrübə və namizədin bilik səviyyəsi onun işə qəbulunda kifayət etmir. Bu gün pandemiyadan irəli gələn bir sıra səbəblərə görə işə qəbul prosesi də çətinləşib. Müraciət edə biləcəyimiz sektor və sahələrin siyahısı daralıb.
Cenub.az xəbər verir ki, İnsan Resursları üzrə mütəxəssislər Mehman Heydərov və Vüsal Həmidov işə qəbul prosesi və dövrün tələbi olan iş sahələri barədə Oxu.Az-ın suallarını cavablandırıblar.
Hazırkı pandemiya şəraitində müəssisələr hansı sahələr üzrə işçilərə ehtiyac duyur? İşə götürən tərəf əsasən hansı keyfiyyətlərdə işçi axtarır?
Vüsal Həmidovun fikrincə, əslində pandemiya müəssisələrin əldə etmək istədiyi keyfiyyəti daha da dərinləşdirib və şirkətlər daha ağıllı, ruh yüksəkliyi ilə seçilən işçilərə ehtiyac duyur:
“Bu gün daha az işçi ilə uğurlu nəticə ala bilən şirkətlər də var. Sadəcə əməkdaşı düzgün yönləndirmək, onlara düzgün səlahiyyət, məsuliyyət və motivasiya vermək lazımdır. Beləliklə işçi daha produktiv ola və işini layiqincə yerinə yetirə bilər. Hətta bu addımlar onların yalnız menecer, mütəxəssis kimi deyil, həmçinin, sahibkar kimi düşünməsinə də yardımçı ola bilər. Bununla da onlar şirkətə əvvəlkindən daha çox dəyər qata bilərlər”.
Mehman Heydərovun sözlərinə görə isə həm pandemiyadan əvvəl, həm də pandemiya dövründə şirkətlər işçilərdə ilk növbədə yumşaq vərdişlərin mövcudluğuna (digər şəxslərlə ünsiyyət, karyera həvəsinin olması, çalışqanlıq və yeni fikirlər irəli sürmək, təşəbbüskarlıq və s.) baxırlar. Çünki, texniki bilikləri artırmaq daha asandır, nəinki fərdi xüsusiyyətləri şirkətə uyğun dəyişdirmək:
“Beləliklə hər müəssisə öz dəyərlərinə və mədəniyyətinə uyğun insanlar axtarır. Pandemiyadan sonra isə xüsusən çevik düşüncə tərzinə malik, hər bir dəyişikliyə uyğun olaraq səmərəliliyi azaltmadan çalışa bilən işçilərə üstünlük verilir. Eyni zamanda, tədricən daha çox şirkət evdən və ya hibrid iş şəraitinə keçəcək. Buna görə də evdən işləməyə hazır olan və evdən işləyə bilən şəxsləri axtaracaqlar”.
HR-lar nə istəyir? İşçidə hansı keyfiyyətləri axtarırlar?
Əsas olaraq şəxsin enerjisinə və öyrənmə qabiliyyətinə diqqət yetirildiyini deyən Vüsal Həmidov əlavə edir ki, müsahibə zamanı müvafiq keyfiyyətlər və onun vakansiyaya uyğun məlumatları yoxlanılır:
“İşçinin kiçik mütəxəssis heyətində dürüstlüyü və enerjisini dəyərləndirərək işə qəbul edirlər. Çox vaxt müsahibə zamanı insanlar özlərini tam şəkildə izah edə bilmir. Bu zaman HR-ın üzərinə yük düşür ki, müsahibin bacarıqlarını üzə çıxara bilsin. Yəni, dolğun və dəqiq suallarla namizədi danışdırmağı bacarsın. Bir çox müsahibələrdə ilk istənilən namizədin özü haqqında danışması olur. Bu zaman namizədin qarşılaşdığı problemli proseslər, onlarla necə başa çıxdığı istiqamətində sualları cavablandırması onun işinə yanaşma tərzini ortaya qoyacaq. Onu da qeyd edim ki, çox təcrübəsi olan işçi həmişə yaxşı işçi deyil. Təcrübəsinə əsasən çox öyrənmiş, öyrəndiklərini tətbiq etmiş işçilər daha uğurlu olur. Əlbəttə ki, burada təhsilin də mühüm rolu vardır. Bacarıqsız işçi yoxdur. Bacarıqları kəşf oluna bilməyən (və ya olunması istənilməyən) insanlar var”.
Hansı peşələr bu gün aktuallığını itirib və ya tələbat müvafiq sahə üzrə azalıb?
Hələlik bir çox peşənin aktuallığını tam itirmədəyini deyən Mehman Heydərov bildirir ki, tələbat az olsa da, bu sahələrdə mütəxəssislər çalışır:
“Lakin zamanla avtomatlaşma, robotlaşma və “özünəxidmət” vərdişlərinin artması ilə birbaşa-ön masa xidmətləri üzrə çalışan heyətə, vasitəçilik və təşkilatçılıq bizneslərinə (məsələn; səyahətlərin təşkili), bundan başqa, məlumat hesablanması və məlumatların hazırlanması avtomatik həyata keçirildiyinə görə, operatorlara, məlumat nəzarətçilərinə, yalnız hesabatlar hazırlayan heyətə tələbat azala bilər. Eyni zamanda, pandemiyadan sonra dünyanın işləmə tərzi də dəyişdiyinə görə əksər bizneslər onlayn fəaliyyətə, hətta bəzi şirkətlər mağazalarını bağlayaraq, yalnız onlayn satışa keçirlər. Bu isə pərakəndə sektorda bir çox vəzifələrə ehtiyacı azaldacaq”.
Müsahibə zamanı işçi ilk növbədə hansı məlumatları təqdim etməlidir ki, işə qəbul prosesində effektiv olsun?
“İlk növbədə özünüz haqqında şablon olan məlumatları təqdim etməyin”, – deyən Vüsal Həmidovun fikrincə onsuz da ilkin məlumatlar həmişə müəssisəyə yönləndirilən CV-də kifayət qədər öz əksini tapır:
“Müsahibənizin fərqli olmasını istəyirsinizsə, bu işlə nə dərəcədə maraqlı olduğunuzu, bacardığınız işi və ya peşəni necə öyrəndiyinizi və marağınızı qabarıq şəkildə qarşı tərəfə ötürməyi bacarmalısınız. Çalışın danışığınız bu istiqamətdə olsun”.
Ölkəmizdə hansı sahələrdə kadr çatışmazlığı yaşanır və hələ də hansı peşələrin inkişafına ehtiyac var? Növbəti dövrlərdə insanlar hansı peşələrə yönəlsə, daha yaxşı olar?
Mehman Heydərovun fikrincə hazırda ən çox işçiyə İT sahəsində ehtiyac var. Daha dəqiq desək, developer, proqramçı, “data” mühəndisləri və “data science” ekspertlərinə…
“Kadr çatışmazlığı ilk növbədə qeyd etdiyim İT və “data” sahələri ilə bağlıdır. Məhz elə bu sahələrin də inkişafına ehtiyac var. Eyni zamanda, getdikcə “start-up”ların və fərdi bizneslərin sayı artır. Bu bizneslər də bir çox hallarda informasiya və texnologiya ilə bağlıdır”.
Vüsal Həmidovun sözlərinə görə isə hazırda HR (insan resursları) sahəsi inkişaf etməkdədir, bununla yanaşı rəqəmsal və texnoloji ixtisaslara tələb həddən artıq yüksəkdir, eləcə də, pandemiya ilə əlaqədar onlayn satış kimi sahələr də inkişaf etdirilir.
Mütəxəssisin fikrincə xarici dil bilikləri yaxşı olan tibb sahəsi üzrə işçilərin və kənd təsərrüfatı üzrə çalışan gənc kadrların kəşf edilməsində çətinlik yaranır. O əlavə edib ki, əcnəbi əməkdaşlar və ya müştərilərlə çalışdıqda xarici dil biliklərinin olması çox əhəmiyyətlidir.
Və nəhayət… İşə götürən tərəf hansı keyfiyyətlərə malik kadrlarla çalışmaq istəməz?
“Əslində hər yerdə olduğu kimi burada da dürüstlük birinci faktordur”, – deyən Vüsal Həmidov bildirir ki, əgər qeyd edilən meyar yoxdursa, başqa məqam axtarmağa dəyməz. Digər ən əsas faktor isə gələcəkdə əməkdaşınız ola biləcək şəxsin mütləq dərəcədə enerjisinin yüksək olmasıdır:
“Məsələ orasındadır ki, əməkdaşın enerjisinin yüksək olması onun işinə də birbaşa təsir edir. Heç bir menecer və ya sahibkar enerjisiz bir əməkdaşı “sürümək” istəməz”.