Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının məhkəmələrdə verdikləri ifadələr işgəncə mövzusunu yenidən gündəmə gətirib. Siyasi fəallar polis idarələrində və digər təcrid yerlərində qeyri-insani rəftara məruz qaldıqlarını bildiriblər.
AXCP Təşkilat Komitəsinin təlimatçısı Ramid Nağıyev bildirib ki, haqqında həbs qərarı çıxarılması üçün məhkəmə qarşısına çıxarılanda üzündə xəsarətlər, paltarlarının üstündə də qan var idi. Hakim onun işgəncəyə məruz qaldığını anlasa da, əhəmiyyət verməyib. Partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov da işgəncələrdən şikayətlənib.
“Yerə uzadıb, ayaqlarımı dizdən yuxarı qatladılar. Ayaqlarımın altına dubinka ilə vururdular. Hər dəfə 30-40 dəfə vururdular, vəziyyətim pisləşəndə dayanırdılar. Bir az özümə gələn kimi təkrarlanırdı. Məhkəmə zalında olanlardan üzr istəyirəm, məni arxası üstə yerə uzatdılar, kişi xeylağına xüsusi ağrı verən hərəkət elədilər. Elə vurdular ki, ağrıdan ürəyim getdi… Halım dəyişdi, dayandırdılar. Bununla da kifayətlənmədilər. Qurşaqdan aşağı soyundurdular, ən alçaq şeyləri tətbiq eləyib, videoya çəkməklə hədələdilər. Dedim ki, mənim üçün alçalmaq yalan danışıb, kiminsə üzünə durmaq olar. Eləmədilər…”, – N.Əhmədov məhkəmədə ifadə verərkən belə deyib.
Azərbaycanda bu qəbildən şikayətlər uzun illərdir səslənir. Amma dövlət orqanları bir qayda olaraq, bu cür iddiaları təkzib edirlər. Daxili işlər və prokurorluq orqanlarına ünvanlanan şikayətlərə “təsdiqini tapmadı” cavabı gəlir. Yerli məhkəmələr də işgəncəyə məruz qaldığını iddia edən şəxslərə “yox” cavabı verir. Amma Avropa İnsan Haqları Məhkəməsi indiyədək Azərbaycana qarşı bir neçə iş üzrə işgəncə halını təsdiqləyib. Hətta “Zeynalov Azərbaycana qarşı” adlanan qərarda Avropa Məhkəməsi Turac Zeynalovun Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürülməsi faktını tanıyıb. Azərbaycan hökumətinin üzərinə buna görə onun atasına 37 min avro təzminat ödəmək öhdəliyi qoyulub.
2018-ci ildə Avropa Şurasının İşgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qarşısının alınmasına dair Komitəsi (CPT) Azərbaycanla bağlı o vaxtadək məxfi qalmış 6 hesabatını dərc edib. Hesabatlar 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərə aid olub. Orada Azərbaycanda işgəncə şikayətlərinin araşdırılması prosesində ciddi problemlər olduğu, xüsusən dövlət orqanlarında vətəndaşlara qarşı zor tətbiq edənlərin cəzasız qaldığı vurğulanıb.
Azərbaycanın hesabata rəsmi cavabında isə bildirilib ki, 2012-2018-ci illərdə insan haqları pozuntularına görə 4 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib, 177 polis işdən uzaqlaşdırılıb.
Hüquqşünas Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsə işgəncə verilməsini ictimailəşdirdiyinə görə onun vəkillik fəaliyyətinə xitam verilib. Söhbət 2015-ci ilin noyabrında Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatı nəticəsində həbs olunan Abbas Hüseynova işgəncə verilməsindən gedir.
Ötən ilin iyulunda Yasamalda səhər tezdən yatağından zorla qaldırılıb, polis bölməsinə aparılan şəxsin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov isə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən xəbərdarlıq alıb.
Bütün bunlardan sonra vəkillərdə də işgəncə şikayətləri ilə bağlı özünüsenzura müşahidə olunmağa başlayıb. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin işgəncə, pis rəftar, insan ləyaqətini alçaldan davranışlara dair şikayətlərinin ictimailəşməsinə artıq əvvəlki qədər maraq göstərmirlər.
Yalçın İmanov deyir ki, əslində dövlət işgəncə hallarını dilə gətirənləri yox, buna yol verənləri cəzalandırmalıdır, amma əksinə hərəkət edir və cəzasızlıq mühitində işgəncələrin sayı da artır:
“İşgəncə, pis rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə bağlı dövlət orqanlarının səmərəli araşdırma aparmaq öhdəliyi var. Bu araşdırma təqsirli şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılmasına gətirib çıxarmalıdır. Bunu həm yerli qanunvericilik, həm də ölkənin qoşulduğu beynəlxalq konvensiyalar tələb edir. Qanunvericilik deyir ki, işgəncə şikayəti varsa, mütləq araşdırma başlanmalıdır. İşgəncəyə, pis rəftara məruz qaldığını iddia edən şəxsin özünün izahatı alınmalıdır. Onun izahatında göstərdiyi işgəncə ilə bağlı xüsusatlar tam, hərtərəfli və keyfiyyətli araşdırılmalıdır. Qurban ona qarşı bu addımları atanların ad-soyadlarını açıqlaya bilər. Ad çəkməsə belə, zahiri əlamətlərini təsvir edə bilər. Araşdırma zamanı işgəncə halının baş verdiyi iddia olunan qurum və ya məkanda kameralar varsa, görüntüləri alınıb, baxış keçirilməlidir. İşgəncəyə məruz qaldığını iddia edən şəxs dərhal tibbi ekspertizadan keçirilməlidir”.
Hüquqşünas qeyd etdi ki, qanunvericilik bütün bunları tələb etsə də, reallıqda mənzərə fərqlidir. Onun sözlərinə görə, işgəncə şikayətləri barədə operativ şəkildə tədbir görülmür:
“Hadisədən uzun müddət keçəndən sonra tibbi ekspertiza təyin olunduğunu müşahidə edirik. Bu da işgəncə izlərinin itirilməsi məqsədi daşıyır. Mən 2017-ci il avqustun 8-də həbsxanada Abbas Hüseynovun üzərində işgəncə izlərini görəndən sonra dərhal – avqustun 9-da dövlət orqanlarına, o cümlədən Baş Prokurorluğa müraciət etmişdim. Nəinki araşdırma aparılmadı, hətta əvvəlki müraciətimin nəticəsi barədə təkrar müraciətlərimə də heç bir cavab verilmədi. Sonradan məlum oldu ki, hadisədən iki ay yarım keçəndə – oktyabrın 25-də Baş Prokurorluqdan tibbi ekspertin müşayiəti ilə Qobustan həbsxanasına gediblər, Abbasdan izahat alıblar, tibbi ekspertizadan keçiriblər. Ən ağır işgəncə izləri belə, o müddətdə itə bilərdi. Son nəticədə işgəncə iddiasının təsdiqini tapmaması əsasıyla cinayət işinə başlanması rədd olundu”.
Yerli məhkəmələr prokurorluğun bu qərarını qüvvədə saxlayıb. Abbas Hüseynovun işgəncə şikayəti hazırda Avropa Məhkəməsinin icraatındadır.
Hüquqşünas əlavə etdi ki, Avropa Məhkəməsi dövlət orqanlarının bu cür davranışını da İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü (işgəncə, pis rəftar və ya ləyaqəti alçaldan hərəkətlərin qadağan edilməsi) maddəsinin pozuntusu kimi qiymətləndirir:
“Konvensiyanın 3-cü maddəsi ilə bağlı şikayətləri Avropa Məhkəməsi iki aspektdən araşdırır. İşgəncə faktını təsdiqləyən tibbi rəy və ya başqa sənədlər (istintaq təcridxanasına və ya müvəqqəti saxlama yerinə daxil olarkən şəxsin üzərində xəsarətlərin olması haqda qeydlər) varsa, onlar araşdırılır. Yoxdursa, dövlətin və ya onun işgəncə şikayətini araşdırmaq səlahiyyəti olan orqanının, konkret halda, prokurorluğun bu işi səmərəli şəkildə həyata keçirib-keçirməməsi araşdırılır. Azərbaycana qarşı 3-cü maddənin pozuntusunun tanındığı işlərdə məhz səmərəli araşdırma aparılmamasına görə qərar çıxarılıb. Ötən il prokurorluq rəhbərliyində dəyişiklik baş verəndə bir çoxları düşünürdü ki, bundan sonra daha səmərəli fəaliyyətin şahidi olacağıq. Amma proseslər göstərir ki, dəyişən yalnız adlar oldu…”
pressklub.az