“Ölüm dərəsi” - Baş Düşərgələr İdarəsinin (QULaq) tabeliyindəki Maqadan vilayətində yerləşən Serpantinka düşərgəsi məhz belə adlandırılıb. Düşərgənin məkanı və fəaliyyəti uzun illər məxfi saxlanılıb. Məxfilik o dərəcədə olub ki, çox-çox sonralar da bu düşərgə ilə bağlı mükəmməl araşdırmalar aparmaq mümkün olmayıb. “NKVD”-nin Maqadan vilayət idarəsinin və SSRİ Daxili İşlər Nazirliyinin arxivlərindən düşərgənin fəaliyyəti haqqında yalnız çox məhdud və səthi məlumatlar tapılıb. Düşərgə ilə bağlı əsas məlumatlar isə “Ölüm dərəsi”ndən sağ çıxmağa müvəffəq olan üç nəfərdən əldə edilib.
Serpantinka düşərgəsi 1930-cu illərin ortalarında Maqadanda, Yaqodnoye qəsəbəsindən təxminən 20 kilometr aralıda, dərəlik bir ərazidə salınıb. Bu düşərgəyə əsasən digər düşərgələrdə qul kimi işlədilən və artıq heç bir iş məhsuldarlığı qalmayan məhbuslar gətirilib. Məhbusların güllələnməsi məhz bu düşərgədə həyata keçirilib. Buna görə də Serpantinka düşərgəsi həm də “güllələnmə düşərgəsi” adlandırılıb.
Çadırlardan və üç taxta barakdan ibarət olan düşərgədə məhbuslardan ibarət işçi qüvvəsi də saxlanılıb. Onlar ətraf ərazilərdə ən ağır işlərə cəlb olunublar, onlardan qul kimi istifadə ediblər.
“Ölüm dərəsi”ndə saxlanılanlar əsasən “NKVD” üçlüklərinin qərarı ilə ölüm hökmünə məhkum edilənlər olub. Qeyd edək ki, həmin dövrdə “NKVD” üçlüklərinə məhkəmə və istintaq olmadan ittiham qaldırdıqları şəxsə qarşı ölüm hökmü çıxarmaq səlahiyyəti verilib.
Serpantinka düşərgəsi haqqında ilk açıqlamalar 1990-cı ildən sonra verilməyə başlanıb. Əldə edilmiş məhdud arxiv sənədlərinə görə, düşərgədə hər gün 100-ə yaxın məhbus güllələnib.
Daha bir arxiv sənədində düşərgədəki iş bölgüsünün qrafiki əks olunub. Qış fəslini çıxmaq şərtilə düşərgədə işə yararlı olanlar hər gün, günorta yarım saat fasilə verilmək şərtilə 12-14 saat ən ağır işlərdə işləyiblər. Qış aylarında isə iş saatı 8-10 saat olub.
Araşdırmalar nəticəsində təxmini məlum olub ki, düşərgənin fəaliyyət göstərdiyi illərdə “Ölüm dərəsi”ndən yalnız üç nəfər sağ çıxa bilib. Bəlkə də düşərgədən başqa sağ çıxanlar da olub. Amma bu haqda dəqiq məlumat əldə etmək mümkün olmayıb.
“Ölüm dərəsi”ndə saxlanılan və düşərgədəki bütün baş verən dəhşətlərin canlı şahidlərindən biri Aleksandr Çernov sonralar Serpantinka haqqında mətbuata öz fikirlərini belə açıqlayıb:
“Dünya bu düşərgədən xəbərsiz idi. Serpantinkada nə sovet, nə insanlıq, nə də dini qanunlar işləmirdi. Bu düşərgəni idarə edənlərin öz qanunları var idi. Serpantinka təkcə güllələnmə düşərgəsi deyildi. Bu düşərgədə həmçinin uzun müddətə sürgünə göndərilənlər də saxlanılırdı. Amma düşərgənin cəlladları üçün bunun fərqi yox idi. Kimi nə vaxt istəyirdilər, o vaxt da güllələyirdilər. Güllələnmə prosesi yalnız gecələr həyata keçirilirdi. Gecə saat 12-dən sonra barakın qapısını açırdılar, beş nəfər çıxarıb aparırdılar. Proses zamanı ərazidəki iki traktorun mühərriki işə salınırdı ki, ətraf qəsəbə və kəndlərdə atəş səsləri eşidilməsin. Beləliklə, səhər açılana qədər barakdan məhbusları beş-beş çıxararaq güllələyirdilər. Meyitlər ətrafdakı axar çaya atılırdı, və ya məhbusların özləri qazdığı xəndəklərə doldurulurdu. Ümumiyyətlə, Serpantinkadan danışarkən heç bir insanlıqdan söz açmaq mümkün deyil. Bəlkə də meşələrdə yaşayan vəhşi bir heyvanı həmin düşərgədə saxlasaydılar, bir ay dözməzdi...”
Arxiv sənədlərində və şahidlərin ifadələrində düşərgənin rəisi Stepan Qaraninin adı xüsusilə diqqət çəkib. Aleksandr Çernov bildirib ki, Stepan Qaraninə bütün dövrlərin ən amansız cəlladı adını vermək olar:
“Qaranin insan cildində görünən vəhşi bir yırtıcı idi. Onun ərazidə, yaxud da baraklarda görünməsi bir neçə dəqiqə ərzində bir neçə nəfərin güllələnməsi demək idi. Ən adi şeylərə görə o, tapançasının tətiyini çəkməyə tənbəllik etməzdi. O, gün ərzində ən azı 10-15 ölüm hökmünü özü icra edirdi. Güllələnməni icra edən digər əməkdaşlar bir-iki atəşlə “məsələni” həll edirdilərsə, Qaranin bu işi çox “səbrlə” görürdü. O, əvvəlcə məhbusu yaralayırdı, sonra yaraladığı əzaya növbəti atəşi açırdı və beləliklə, əzab verirdi...”
Aleksandr Çernov müsahibələrində bildirib ki, düşərgədə saxlanıldığı müddətdə bir dəfə də olsun yuxarı qurumların, “QULaq”-ın vəzifəli şəxslərini görməyib.
“Ölüm dərəsi”nin fəaliyyətinin neçənci ildə dayandırılması ilə bağlı da heç bir arxiv sənədi yoxdur. Ümumiyyətlə, düşərgənin fəaliyyət göstərdiyi ərazidə heç bir iz qalmayıb. Bəzi araşdırmaçıların qənaətinə görə, 1953-ci ildə düşərgə yandırıldıqdan sonra ərazi şumlanıb. O cümlədən sənədlər də məhv edilib.
Amma bununla yanaşı, Stepan Qaranin haqqında arxivdən bəzi məlumatları əldə etmək mümkün olub. Düşərgə rəisi əməllərinin nəticəsi olaraq özü də həbs olunub. Onun neçənci ildə həbs olunduğu dəqiq bilinməsə də, 1950-ci ildə Peçorskdakı islah əmək düşərgəsində xəstəlikdən öldüyü sənədlərdə öz əksini tapıb.
1991-ci ildə “Ölüm dərəsi” nin yerləşdiyi ərazidə düşərgədə öldürülən on minlərlə günahsız insanın xatirəsinə bir neçə kiçik abidə qoyulub.
Qeyd edək ki, düşərgənin yerləşdiyi ərazi qızıl və digər qiymətli metallarla zəngindir. Mütəxəssislər ərazidə işləyərkən qazıntılar zamanı çoxlu sayda insan sümükləri, silah qalıqları, məhbusların istifadə etdikləri əşyaları aşkar ediblər.
İlham Cəmiloğlu, Musavat.com