Astaranın bu kəndi indi az qala ölkədə məşhur olub.
Təxminən bir həftə öncə Astarada heç vaxt elektrik işığı olmayan kəndə işıq verildiyindən yazmışdıq. Paralel olaraq Avropada saatda 800 kilometr gedən qatar barədə məlumatı paylaşmışdıq. Həmin qatar söhbəti unudulsa da Astarada 200 ildən sonra işıq görən kəndin söhbəti bitmir. Bu günlərdə tanınmış jurnalist, lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Astaranın mərkəzindən 40 kilometr aralıda olan həmin kənddə gedib və maraqlı bir yazı hazırlayıb. Həmin yazını sizə təqdim edirik.
Əvvəlcə transformatorun yanına yığıblar hamını. İzah ediblər, nəyə əl vurmaq olar, nəyə yox. Nəyə toxumaq olar, nəyi qurdalamaq olmaz. Transformatorun qapısını isə qəti açmaq olmaz. Və hamı da diqqətlə qulaq asıb deyilənlərə. Daha sonra…
Daha nə sonrası olacaq ki? 100 il, hə, az qala bir əsrdir gözləyirdilər. Və budur, zaman yetişdi... elə ilk işıq da Zaman kişinin evində yandı Şəvqoda, çox da uzaqda yox, Bakıdan vur-tut 360 km aralıda yerləşən kənddə. O kənddə ki, adının mənası da talış dilindən “qaranlıq yer” mənasını verir…
***
- Axı bu necə ola bilər? Yəni sovet hökuməti belə ora işıq çəkməyibmiş?
Alim müəllim, deyir ki, yox!
Bəlkə də Leninin “Elektrikləşdirmə üstəgəl sovet hakimiyyəti bərabərdir kommunizm” postulatı məhz Şəvqoda işə yaramadığından SSRİ dağıldı və kommunizm quruculuğu yarımçıq qaldı. Zarafat bir yana, rayon mərkəzindən 40 km arıda yerləşən bir kənd təsəvvür edin, elə bir kənd ki, burada 300 nəfərə yaxın insan yaşasın, nəhayət, bir neçə gün əvvəl, 21-ci əsrin 17-ci ilində evlərində ilk dəfə elektrik lampası yansın. Bunu təsəvvür edə bilərdinizmi?
Alim Qəmbərli Astarada el arasında “işıq idarəsi” kimi tanınan idarənin rəisidir. Deyir, Şəvqo Pəlikeş inzibati ərazi vahidliyinə daxil olan kənddir. Ora kimi gedə biləcəyik. Oradan o yana zəmanət verə bilmərəm.
- Siz təsəvvür edə biləcəyiniz kimi asan yer deyil Şəvqo. Necə izah edim? Bir var yol. Məsələn, Pəlikeşə qədər yol var. Bir var çınqıllı yol, yəni “qruntovoy”. Bir də var, ümumiyyətlə, yol yoxdur. Yolsuzluq yəni. Pəlikeşdən ora azı 8 km yoldur. Yəni məsafə kimi dedim. Amma yol yoxdur.
Az qala yanıltmacı xatırladan bu monoloqdan sonra bircə sual verdim:
- Bəs siz ora nəylə gedirsiz? Və ya getmisiz?
Hə, burada Alim müəllim dərindən nəfəs alıb, nəql elədi.
- Müəllim, bircə məqamı deyəcəm. Təsəvvür et ki, Şəvqoda vur-tut bircə maşın var. UAZ. Ora nə “Niva” çıxır, nə də – əliylə həyətdəki “Toyota”nı göstərir - bizim bu “Pikap”. Yağış yağdısa, ümumiyyətlə, nəinki getməyə, ora tərəf baxmağa belə dəyməz. O ki qaldı ora necə gedib çıxmağımıza, bax, bu, əməlli-başlı macəraydı. Həmin gün, o insanların üzündəki sevinci görsəydiniz... nə bilim, ayrı hislər idi. Adamın evində lampa yanacaq bundan sonra. Televizora baxacaq. Dünyadan xəbər tutacaq. Necə izah edim axı? Dayan sizə oxuyum da:
“Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə “Azərişıq” ASC tərəfindən işıq verilib. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.
Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. “Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi
ilə təmin olunmalıdır” devizi üzərində qurulan “İşıqlı Azərbaycan” layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. “Azərişıq” ASC-nin məsul vəzifəli şəxsləri elektrik enerjisinin qoşulması prosesində iştirak ediblər və kənd sakinləri ilə birgə ilk dəfə evlərin işıqlarını yandırıblar”.
Siz o mahiyyətini mənim də bilmədiyim transformator və onun texniki göstəriciləri ilə bağlı qeydləri buraxın bir yana. Siz “meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub” cümləsinə fikir verin. Hə, Şəvqo məhz belə bir yerdə yerləşir.
- Bizim ən böyük problemimiz bilirsinizmi nə idi? Bu qədər avadanlığı ora necə daşıyacağıq? 8 km başa düşdüm, insan birtəhər piyada gedib gəlir Pəlikəşə. Elə uşaqlar da eləcə. Hər gün məktəbə bu kəndə gedirlər. Yeri gəlmişkən, düz yol da deyil ha, yol deyəndə ki, enişli-yoxuşlu bir yolsuzluq. Bir Hacımuradda UAZ var, o da gah işləyir, gah yox. Amma kənd sakinləri dedi ki, nə olursa olsun, ən ağır olanı nədirsə, onu da çiynimizdə daşıyacağıq. Bu ildən o yana qoymaq olmaz bu işıq məsələsini. Vallah, yenə də deyirəm, biz bunu təsəvvür edə bilmirdik. 11 metrlik dirəkləri 8 km necə çiyində daşımaq olar? Ağsaqqallar yığışıb gəldi ki, cavanlar daşıyacaq. Lazım gəlsə, lap transformatoru da. Təbii ki, transformatoru daşımaq mümkün deyildi. Biz də tədbirimizi görmüşdük. Deməli, götür-qoy etdik ki, bu yolu heç nə getməyəcək. Yoldaşlar məsləhət gördü ki, transformatoru aparsa-aparsa DT-75 traktoru aparacaq. Axtarıb rayonda həmin traktoru tapdıq. Hətta o da tərəddüd edirdi ki, bu yolu gedə biləcək, ya yox. Amma qərarlıydıq, bu kəndə bu il işıq verəcəyik. Transformatordan başqa yerdə qalan hər şey əllə daşındı. Dirəklər, kabellər, hər şey... Dayan görüm UAZ necə oldu? Pəlikəşdən gedə biləcəyik?
***
Alim müəllim UAZ axtarmaqda olsun, bir qədər Şəvqo haqda. Bu barədə Şəvqonun da daxil olduğu Pəlikəş kənd icra nümayəndəsi Balakişi Rəhmanov danışır. Sən demə, Şəvqo “qaranlıq yer” deməkdisə, Pəlikəşin mənası “dərədən qazılan yol” mənasını verirmiş. Şəvqo bir yana, elə Pəlikəşin özü də relyefinə görə çətinliyi ilə seçilir Təsəvvür edin, kənddə elə evlər var ki, arasında məsafə bəzən 1 km-dən çoxdur.
Balakişi müəllim deyir ki, Şəvqoda 64 ev var, 300-dən çox sakin. Sən demə, Şəvqo əhalisi 19-cu əsrin 70-ci illərində Lənkəranın Rvo kəndi ərazisindən bura köçüblər. İki-üç ailə köçüb, sonra çoxalıblar. Maraqlıdır ki, kənddə iki familiya var, Həmdəmov və Baxşıyevlər. Hamı bir-biriylə
qohumdur.
- Əsasən maldarlıqla məşğul olurlar. Cavanlar da Bakıda, Astarada, Lənkəranda fəhləlik edirlər. Hə, işıq olmayıb bu kənddə tarixində. İmkanlı bir-iki şəxsin generatoru olub, o da gündə bir-iki saat işlədib. Yoo, təbii ki, telefon işlədirlər. Amma “zaryadaka”ya qoymaq, bax, bu əməlli zülm olub burada. Yığışıblar generator olan evə növbəli şəkildə. Ya da kimsə Astaraya, ya Pəlikeşə gələndə telefonları yığıb gətirib “zaryadka”ya qoyurmuşlar. Televizordan isə söhbət gedə bilməz, a kişi. Nə televizor, nə soyuducu? Kondisionerə də ehtiyac yoxdur, cənnət kimi yerdir, özünüz görəcəksiniz.
***
Hə, görəcəyik. Siz də oxuyacaqsınız. Azərbaycanın bu unikal kəndindən, Qaranlıq yerdən yazdıqlarımızı. Zaman kişi demişkən, 53 yaşında ilk dəfə elektrik düyməsinə toxunan bu insanlardan.
Heç yerdə oxuya bilməyəcəyiniz məqamlar...
Səbuhi MƏMMƏDLİ, Astara