Elməddin Muradlı: “İnsanların həm ciblərinə girir, maddi-mənəvi zərər vururlar, həm də xəstəlik yaradan əməllər törədirlər”
Eyyub Hüseynov: “Sürücülərə tövsiyə edirəm ki, yanacaqdoldurma məntəqələrindən mütləq və mütləq kassa çeki götürsünlər və uzun müddət saxlasınlar”
Yanvar ayının 4-də Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bahalaşaraq, 1 litr üçün 1 manat, dizel yanacağının qisyməti isə 1 litr üçün 80 qəpik müəyyən edildi. Tarif Şurasının yaydığı məlumatda qeyd edilirdi ki, “qiymət artımı ilə bağlı SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb”.
Eyni zamanda o da bildirilirdi ki, “2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur”.
Bu gün isə sürücülər yanacağın keyfiyyətindən narazıdırlar. Onlar iddia edirlər ki, qiymət artımından sonra yanacağın keyfiyyəti aşağı düşüb, sərfiyyat isə çoxalıb. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da sürücülərin narazılığını əsaslı hesab edir. Onun dediyinə görə, yanacağın qiyməti bahalaşandan bəri sərfiyyatın çoxalması ilə bağlı çox ciddi narazılıqlar var: “Yanacaq sərfiyyatı çoxalıb. Bu, istər dizel, istərsə də benzin sərfiyyatında özünü göstərir. Xüsusən, bu proses yanacağın qiyməti bahalaşandan sonra müşahidə edilir”.
“Əvvəl 10 manata 11 litr yanacaq alırdıq və bununla 130 km hərəkət etmək mümkün idisə, bu gün 11 manata 11 litr yanacaq alırsan, amma 100 km-dən artıq hərəkət edə bilmirsən, arada, təxminən 30 km itirmiş olursan. Bu, o deməkdir ki, yanacağın tərkibinə tezalışan maddələr qatırlar, nəticədə mühərrik işlədikdə yanacaq daha tez yanır və havaya sovrulub gedir. Beləliklə də yanacağa tələbat artır. Belə çıxır, kimlərsə bu işdə maraqlıdır. Yanacaq mafiyası böyük bir iş qurub”, - həmsöhbətimiz bildirib.
Muradlı vurğulayıb ki, sərfiyyatın artması ilə yanaşı, keyfiyyətin aşağı düşməsindən də narazı olanlar kifayət qədərdir: “Şəxsən özüm son 3 həftə ərzində, təxminən 700 manat zərərə düşmüşəm. Avtomobilin benzin nasosu yanacağın təsirindən yanıb, dəyişmişik, bir həftə sonra yenə eyni hadisə baş verib. Bir neçə nəfərdən də bunu eşitmişəm, eyni şeylər onlarda da baş verir. Yanacağın keyfiyyətinin aşağı olması avtomobilin tez-tez sıradan çıxmasına səbəb olur, sürücülərin servislərdən, usta yanından ayağı kəsilmir. Tez-tez ehtiyyat hissələri alınması, ustaya getmək əlavə xərclər yaradır”.
Keyfiyyətsiz avtomobil yanacaqlarının atmosferə və ümumilikdə ətraf mühitə, əhalinin sağlamlığına vurduğu ziyana toxunan ekspert, mövcud problemin həlli istiqamətində addım atmalı olan müvafiq qurumların fəailiyyətsizliyinə diqqət çəkib: “Kimsə başını otağına salıb düşünməsin ki, “mən görmürəm, mənim xəbərim yoxdur”. Necə ola bilər ki, hansısa məsuliyyətsiz insan benzinə, dizelə qatqı qatsın, onu satsın, amma bundan onların xəbəri olmasın?! Görünür ki, nə Sənaye və Energetika Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi bu işin öhdəsindən gələ bilir”.
Muradlının sözlərinə görə, nə qədər çox qatqı qatılırsa, benzinin keyfiyyəti də o qədər dəyişir, keyfiyyət dəyişdikcə zəhərli qazlar daha öldürücü olur: “Keyfiyyətsiz yanacaq ekoloji problemlər yaradır, ətraf mühiti çirkləndirir, havada zəhərli qazların miqdarı artır, nəticədə onkoloji xəstəliklər çoxalır. Məgər, bu vəziyyət onların öz ailələrinə təsir etməyəcək? Onların ailəsi kosmosdan hava almır ki? Onlar da bizimlə eyni havanı udurlar. Buna görə də hər bir insan bu məsləyə etiraz etməlidir: istər siravi vətəndaş olsun, istər ictimai fəal və s. Burada söhbət əhalinin sağlamlığından gedir. Şəhərin hər yerində çox sayda yanacaqdoldurma məntəqələr var, hər addımbaşı avtomobildir. Bu avtomobillər 230-dan artıq adda zəhərli qaz ixrac edir və bunların əksəriyyəti öldürücü təsirə malikdir”.
“Bu baxımdan düşünürəm ki, bu məsələ üzərində çox ciddi dayanmaq lazımdır. Hesab edirəm ki, bu işə hüquq mühafizə orqanları baxmalıdır. DTX, DİN araşdırmalıdır ki nə baş verir. İnsanların həm ciblərinə girir, maddi-mənəvi zərər vururlar, həm də xəstəlik yaradan əməllər törədirlər. Bu, insanlarımızın həyatına sui-qəsddir, cinayətdir. Bunun qarşısı vaxtında alınmalıdır. Aidiyyəti qurumlar bu məsləyə ciddi yanaşa bilmədilərsə, düşünürəm ki, hüquq mühafizə orqanları bu işin öhdəsindən gələ bilər. Onların məsələyə müdaxilə etməsi bu gün üçün çox vacibdir”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da mövcud problemlə bağlı danışarkən vurğulayıb ki, ölkədə yanacağın keyfiyyəti ilə bağlı daim problem olub və illərdir ki, bu problem davam edir: “Yanacağın keyfiyyəti ilə bağlı şikayətləri daha çox telefon zəngi ilə alıram, son bir ildə yazılı şikayət ərizəsi almamışam. Aldığımız şikayətlərdən məlum olur ki, yanacaqlar, xüsusilə yeni model avtomobillərə uyğun gəlmir və insanlar böyük zərərə düşürlər”.
“Bizə daxil olan şikayətlər içərisində avtomobilin mühərrikinin tamamilə sıradan çıxması halları da olub. Bununla yanaşı çoxlu konkret şikayətlər olub və biz onları həll etməyə cəhd göstərmişik. Nədənsə ölkədə xidmətin, malın qiyməti qalxanda hamı birmənalı olaraq gözləyir ki, keyfiyyət də yüksələcək, ancaq çox təəssüflər olsun ki, əksinə olur. Dizel və benzinin qiymətindəki artımdan sonra bu günlərdə mənə iki telefon zəngi gəlib. Keyfiyyətin aşağı olmasından narazılıq edirdilər”, - təşkilat rəhbəri bildirib.
“Çox təəssüf ki, avtomobil sahəsində normal ekspertiza yoxdur. Əhali böyük ziyana düşür və avtomobil təmir yerlərində böyük hərc-mərclik var. Bu yerlərdə vətəndaşlarla heç bir kontrakt bağlanılmır, normal ekspertiza aparılmır ki, bu cür problemləri biz araşdıra bilək, lakin bizə şikayət gələrsə, biz araşdırıb vətəndaşa dəyən zərərin ödədilməsinə nail ola bilərik. Yanacağın keyfiyyətinin aşağı düşməsi məsələsi ictimaiyyətdə var və düşünürəm ki, ən yaxşı ekspertiza ictimai rəydir. Ona görə də gərəkdir ki, dizel və benzin təchizatçıları bunlardan nəticələr əldə eləsinlər, bu vəziyyət düzəlsin”, - deyə həmsöhbətimiz firini yekunlaşdırıb.
ayna.az

“Əvvəllər Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyi var idi, bir müddət də Sənaye və Energetika Nazirliyi tərəfindən bu istiqamətdə reydlər keçirilirdi. Yanacaqdoldurma məntəqələrində vəziyyətə nəzarət edilirdi. Təəssüf ki, o vaxtlar adı cəmiyyətə bəlli olmayan yanacaqdoldurma məntəqələri hədəf seçilirdi. Məşhur yanacaqdoldurma məntəqləri kənarda qalırdı. Hər bir halda, nəzarət mexanizmi var idi, amma bu gün heç bir nəzarət mexanizmi yoxdur və yanacaqdoldurma mənəqələri də öz bildikləri kimi davranır. Bu, qətiyyən yolverilməzdir”, - müsahibimiz qeyd edib.
Muradlının sözlərinə görə, nə qədər çox qatqı qatılırsa, benzinin keyfiyyəti də o qədər dəyişir, keyfiyyət dəyişdikcə zəhərli qazlar daha öldürücü olur: “Keyfiyyətsiz yanacaq ekoloji problemlər yaradır, ətraf mühiti çirkləndirir, havada zəhərli qazların miqdarı artır, nəticədə onkoloji xəstəliklər çoxalır. Məgər, bu vəziyyət onların öz ailələrinə təsir etməyəcək? Onların ailəsi kosmosdan hava almır ki? Onlar da bizimlə eyni havanı udurlar. Buna görə də hər bir insan bu məsləyə etiraz etməlidir: istər siravi vətəndaş olsun, istər ictimai fəal və s. Burada söhbət əhalinin sağlamlığından gedir. Şəhərin hər yerində çox sayda yanacaqdoldurma məntəqələr var, hər addımbaşı avtomobildir. Bu avtomobillər 230-dan artıq adda zəhərli qaz ixrac edir və bunların əksəriyyəti öldürücü təsirə malikdir”.
“Bu baxımdan düşünürəm ki, bu məsələ üzərində çox ciddi dayanmaq lazımdır. Hesab edirəm ki, bu işə hüquq mühafizə orqanları baxmalıdır. DTX, DİN araşdırmalıdır ki nə baş verir. İnsanların həm ciblərinə girir, maddi-mənəvi zərər vururlar, həm də xəstəlik yaradan əməllər törədirlər. Bu, insanlarımızın həyatına sui-qəsddir, cinayətdir. Bunun qarşısı vaxtında alınmalıdır. Aidiyyəti qurumlar bu məsləyə ciddi yanaşa bilmədilərsə, düşünürəm ki, hüquq mühafizə orqanları bu işin öhdəsindən gələ bilər. Onların məsələyə müdaxilə etməsi bu gün üçün çox vacibdir”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da mövcud problemlə bağlı danışarkən vurğulayıb ki, ölkədə yanacağın keyfiyyəti ilə bağlı daim problem olub və illərdir ki, bu problem davam edir: “Yanacağın keyfiyyəti ilə bağlı şikayətləri daha çox telefon zəngi ilə alıram, son bir ildə yazılı şikayət ərizəsi almamışam. Aldığımız şikayətlərdən məlum olur ki, yanacaqlar, xüsusilə yeni model avtomobillərə uyğun gəlmir və insanlar böyük zərərə düşürlər”.
“Bizə daxil olan şikayətlər içərisində avtomobilin mühərrikinin tamamilə sıradan çıxması halları da olub. Bununla yanaşı çoxlu konkret şikayətlər olub və biz onları həll etməyə cəhd göstərmişik. Nədənsə ölkədə xidmətin, malın qiyməti qalxanda hamı birmənalı olaraq gözləyir ki, keyfiyyət də yüksələcək, ancaq çox təəssüflər olsun ki, əksinə olur. Dizel və benzinin qiymətindəki artımdan sonra bu günlərdə mənə iki telefon zəngi gəlib. Keyfiyyətin aşağı olmasından narazılıq edirdilər”, - təşkilat rəhbəri bildirib.
Hüseynovun sözlərinə görə, sürücülərdən konkret şikayət aldıqları halda, onların hüquqlarını qorumaq üçün müəyyən addımlar atırlar: “Əgər sürücülərdən mənə konkret şikayət gələrsə, mən onların hüquqlarını qorumaq üçün müəyyən addımlar ataram və bütün hallarda sürücülərə tövsiyə edirəm ki, yanacaqdoldurma məntəqələrindən mütləq və mütləq kassa çeki götürsünlər və uzun müddət saxlasınlar. Bu, çox vacib məsələlərdən biridir”.