Mütəxəssislər hesab edirlər ki, işğaldan azad edilmiş ərazilərdə normal yaşayış şəraiti yaradılsa, şəhərlərdən kəndlərə axın olacaq
İşğal olunmuş torpaqların azad edilməsi ruralizasiya prosesinin intensivləşməsinə, yəni əhalinin şəhərlərdən kəndlərə axınına səbəb olacaq. Bir çox yerli mütəxəssis buna əmindir. Proqnozlara görə, Azərbaycanın böyük şəhərlərinin əhalisi, təxminən 10% azalacaq. Qarabağda və bitişik bölgələrdə böyük miqyaslı inşaat və irimiqyaslı layihələr həyata keçiriləcək ki, bu da məcburi köçkünlər və digər vətəndaşlar da daxil olmaqla, bir çox insanı o rayonlara köçməyə vadar edəcək.
Xatırladaq ki, Azərbaycanda ruralizasiya bir neçə il əvvəl, regional inkişaf proqramının icrası sayəsində müşahidə olunmağa başladı. 2014-cü ilin devalvasiyası və bu il - koronavirus pandemiyası da insanları paytaxtdan doğma yerlərinə qayıtmağa məcbur etdi.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin dediyinə görə, bir çox ölkələrdə kənd yerlərində yaşayan vətəndaşlar böyük şəhərlərin sakinlərindən heç də pis yaşamırlar. Ekspertin fikrincə, əhalinin bölgələrə qayıtması üçün Azərbaycanda da hər şey belə olmalıdır.
Bu yaxınlarda Prezident İlham Əliyev “Azərbaycan 2030: Sosial və iqtisadi inkişaf üçün milli prioritetlər” ilə əlaqədar bir fərman imzaladı. Uzunmüddətli perspektivdə əsas məqsəd bölgələrin inkişaf səviyyəsini paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır.
Ağayev qeyd edib ki, bu hədəfin icrası böyük şəhərlərdən bölgələrə köçən vətəndaşların sayının artmasına səbəb olacaq: “Ancaq evlərin dayanıqlı elektrik enerjisi, qaz və su ilə təmin olunmalı, onlar üçün şəhər rahatlığına uyğun bir yaşayış şəraiti yaradılmalıdır. Yalnız onlara layiqli bir maaş vermək və evlər tikməklə problem həll edilmir. Kifayət qədər uşaq bağçası, restoran tikmək vacibdir, əyləncə sənayesi olmalıdır”.
Onun fikrincə, yaxın gələcəkdə əhalinin azad edilmiş ərazilərə axını müşahidə olunacaq: “Gəncə və Mingəçevir yaxınlığında rahat şəraitdən uzaq, indi yataqxanalarda yaşayan məcburi köçkünlər evlərinə qayıda bilərlər. Ancaq paytaxtdan köçənlər daha az olacaq. Mərkəzimiz bu mövzuda ictimai rəyi öyrəndi və Bakıdan məcburi köçkünlərlə ünsiyyət qurdu. Məlum oldu ki, geri dönməyi düşünməyənlər də az deyil. Yeni yerləşdiklərini, həyatlarını düzəltdiklərini və azad edilmiş ərazilərdə hər şeyə yenidən başlamalı olduqlarını söyləyirlər. Köç, əsasən yaşlı nəslin hesabına olacaq. Tikinti ilə məşğul olanlar, müxtəlif mütəxəssislər də oraya gedəcəklər”.
Mütəxəssisin sözlərinə görə, paytaxtda daimi yaxşı gəliri olmayanlar köçməyə daha hazırdırlar: “Köçmək üçün daha çox gəncləri stimullaşdırmaq lazımdır. Əhalinin şəhərlərdən axını böyük şəhərlərə, ilk növbədə Bakıya fayda gətirəcək. Moskvanı nümunə götürmək olar. İndi Orta Asiyadan inşaat sahələrində çalışan bir çox əmək miqrantı bu şəhəri tərk edib və tikinti işləri azalıb, inşaat üçün qiymətlər artb”.
“İndi tikinti və ticarətlə məşğul olan bölgələrin sakinləri Bakını tərk etsələr, bir müddət boşluq yaranacaq. Şəhər sakinləri, bir qayda olaraq, inşaat sahələrində işləməyə getmirlər. Boşluq ümumi daxili məhsula mənfi təsir edəcək, xidmətlərin qiyməti artacaq ”, - Ağayev vurğulayıb.
İqtisadçı-ekspert Natiq Cəfərli şərhində deyib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Bakı iqtisadi imkanların həyata keçiriləcəyi bir məkana çevrildi: “Buna görə də Bakının infrastrukturu 2 milyon nəfərə hesablansa da, bölgələrdən paytaxta böyük bir axın var idi. İndi, əslində Bakı, Xırdalan və Sumqayıt böyük bir meqapolis halına gəlib. Ölkə əhalisinin, demək olar kiŞ yarısı bu meqapolisdə yaşayır”.
“İndi bir çox insanlar proqnozlaşdırırlar ki, azad edilmiş ərazilərə böyük axın olacaq, böyük infrastruktur layihələri icra ediləcək. O rayonlarda yeni yaradılacaq iş yerləri vətəndaşların oraya köçməsini stimullaşdıracaq. Bölgələrdə həyat və iş üçün bütün imkanlar yaradılırsa, bu, mümkündür, ancaq bu layihənin yaxın bir-iki ildə reallaşması ehtimalı yoxdur”, – Cəfərli bildirib.
Paytaxtın boşalmasına gəldikdə, müsahibimizin sözlərinə görə, əhalinin geri axını Bakıya mənfi təsir göstərə bilməz: “Çünki pandemiya ilə ortaya çıxan işsizlik faizi yüksəkdir. Hər şey düzgün aparılıbsa, Bakı üçün bəzi sakinlərin axını xeyir olacaq, çünki şəhər çox sıxdır”.
ayna.az

“Bəlkə, həmin bölgələrdə kəndlər deyil, yalnız şəhərlər tikməyə dəyər. Yüksək mərtəbədə yaşayaraq da, cütçü ola bilərsiniz. Qarşımızda öyrənə biləcəyimiz Çin, Koreya və Kuba təcrübəsi var. Şəhər və kənd sintezinə, yeni bir yanaşmaya ehtiyacımız var”, - həmsöhbətimiz bildirib.
Onun fikrincə, yaxın gələcəkdə əhalinin azad edilmiş ərazilərə axını müşahidə olunacaq: “Gəncə və Mingəçevir yaxınlığında rahat şəraitdən uzaq, indi yataqxanalarda yaşayan məcburi köçkünlər evlərinə qayıda bilərlər. Ancaq paytaxtdan köçənlər daha az olacaq. Mərkəzimiz bu mövzuda ictimai rəyi öyrəndi və Bakıdan məcburi köçkünlərlə ünsiyyət qurdu. Məlum oldu ki, geri dönməyi düşünməyənlər də az deyil. Yeni yerləşdiklərini, həyatlarını düzəltdiklərini və azad edilmiş ərazilərdə hər şeyə yenidən başlamalı olduqlarını söyləyirlər. Köç, əsasən yaşlı nəslin hesabına olacaq. Tikinti ilə məşğul olanlar, müxtəlif mütəxəssislər də oraya gedəcəklər”.
Mütəxəssisin sözlərinə görə, paytaxtda daimi yaxşı gəliri olmayanlar köçməyə daha hazırdırlar: “Köçmək üçün daha çox gəncləri stimullaşdırmaq lazımdır. Əhalinin şəhərlərdən axını böyük şəhərlərə, ilk növbədə Bakıya fayda gətirəcək. Moskvanı nümunə götürmək olar. İndi Orta Asiyadan inşaat sahələrində çalışan bir çox əmək miqrantı bu şəhəri tərk edib və tikinti işləri azalıb, inşaat üçün qiymətlər artb”.
“İndi tikinti və ticarətlə məşğul olan bölgələrin sakinləri Bakını tərk etsələr, bir müddət boşluq yaranacaq. Şəhər sakinləri, bir qayda olaraq, inşaat sahələrində işləməyə getmirlər. Boşluq ümumi daxili məhsula mənfi təsir edəcək, xidmətlərin qiyməti artacaq ”, - Ağayev vurğulayıb.
İqtisadçı-ekspert Natiq Cəfərli şərhində deyib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Bakı iqtisadi imkanların həyata keçiriləcəyi bir məkana çevrildi: “Buna görə də Bakının infrastrukturu 2 milyon nəfərə hesablansa da, bölgələrdən paytaxta böyük bir axın var idi. İndi, əslində Bakı, Xırdalan və Sumqayıt böyük bir meqapolis halına gəlib. Ölkə əhalisinin, demək olar kiŞ yarısı bu meqapolisdə yaşayır”.
“İndi bir çox insanlar proqnozlaşdırırlar ki, azad edilmiş ərazilərə böyük axın olacaq, böyük infrastruktur layihələri icra ediləcək. O rayonlarda yeni yaradılacaq iş yerləri vətəndaşların oraya köçməsini stimullaşdıracaq. Bölgələrdə həyat və iş üçün bütün imkanlar yaradılırsa, bu, mümkündür, ancaq bu layihənin yaxın bir-iki ildə reallaşması ehtimalı yoxdur”, – Cəfərli bildirib.
Ekspert hesab edir ki, təhlükəsizliyi təmin etmək və infrastruktur qurmaq 5-10 il çəkə bilər: “Hər şey düşünülənlərin necə həyata keçiriləcəyindən asılıdır, çünki bəzən bəyannamə məqsədləri reallıqdan çox fərqlənir”.