Bu gün Xalq artisti, böyük sənətkar Rəşid Behbudovun doğum günüdür. Bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edirik.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. Əslən Şuşadan olan atası məşhur xanəndə, Azərbaycan muğamlarının parlaq ifaçısı olub. Anası Firuzə Abbasqulu qızı Vəkilova isə əslən Qazaxdan olub. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dili fənnini tədris edib.
***
Rəşid 1933-cü ildə orta məktəbi bitirir. Onu Tbilisi parkında olan «Müstaid» yay konsertinə iştirak etməyə dəvət edirlər. O, bu konsertdə böyük müvəffəqiyyətlə Azərbaycan xalq mahnılarını ifa edir.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır.
***
Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.
1943-cü ilin sonunda Bakıda çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
***
Xanəndə 1955-ci ildə “Bəxtiyar” filminə çəkilir. Filmdə onun tərəf müqabili Saşa rolunun ifaçısı rusiyalı aktrisa Tamara Çernova olur. O, xatirələrində həmin günlər haqqında belə deyir: "Filmin süjetinə əsasən, mən avtomobil sürməli idim, amma bacarmırdım. Mənə avtomobil sürməyi hərbçilər öyrədirdi. Səhnələrin birində çəkiliş qrupunun düz yanında avtomobili idarə etməli idim. Sürməyi təzə öyrəndiyim üçün hamımız qorxurduq. Mən sükan arxasına keçən kimi, hamı uzaqlaşdı. Orada yalnız operator və onun köməkçisi qaldı. Hər kəs çox həyəcanlı idi, hətta dua edirdilər. Bu epizodu üç dəfə çəkdik və hər şey ideal alındı. Bunun şərəfinə Rəşid Behbudov bağ evində çəkiliş qrupuna kabab qonaqlığı verdi".
Deyilənlə görə, Rəşid Behbudov günlərin birində Qarabağa konsert verməyə gedir. Onun papağı ilə təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu” romanında da özü əksini tapıb.
***
1952-ci ildə Rəşid Behbudov da daxil olmaqla bir sıra Sovet incəsənət xadimləri Hindistana dəvət alır. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında tanınmış kinoaktyorlar Nərgiz Data və Rac Kapur olur.
1989-cu ildə vəfat edən xanəndənin ölümü ilə bağlı bir neçə fərziyə dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.
1988-1989-cu illərdə Dağlıq Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.
Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.
Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyev kasetlə bağlı maraqlı məqamlardan bəhs edib: “1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib. Mən hətta onun dəfnində də iştirak etmişəm”. Onda Rəşid müəllim soruşdu ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”.
Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.
Qızı Rəşidə Rəşid isə müsahibələrinin birində deyir: Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu tamamilə yalandır. Onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Əməliyyat onun səhhətini yüngülləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Ancaq fakt budur ki, əməliyyat təxirə salındı. Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Sadəcə əməliyyatı təxirə saldılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Atamın isə yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, “olmaz, olmaz, olmaz!” Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur”.
Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hal-hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.
***
Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”.
kulis