Ekspert: “Yardım əldə etmək hüququ olan şəxslər yenə kənarda qaldılar”
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq, əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş, ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsumov deyib.
“Təqribən 600 min nəfər xüsusilə ehtiyacı olan insanlara birdəfəlik 190 manat həcmində maliyyə yardımı göstəriləcək. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq zərərçəkmiş sahibkarlara da müvafiq yardımlar göstəriləcək”, - deyə o bildirib.
Nəzərə alsaq ki, sərtləşdirilmiş karantin rejiminin birinci mərhələsində 190 manatlıq yardımla bağlı narazılıqlar meydana çıxmışdı, bu dəfə də belə problemlərin yaşanacağı istisna olunmur. İqtisadçı-ekspert Rəşad Həsənov da belə hesab edir: “Problemlər yenidən təkrarlanacaq. Çünki yeni müraciət imkanı yaradılmır. Yalnız əvvəl müraciət etmiş şəxslərə veriləcək. Bu, o deməkdir ki, əvvəlki dövrlərdə hüququ olan şəxslərin - hansı ki, istifadə edə bilmədilər, müxtəlif səbəblərdən kənarda qaldılar – onların hamısı yenə kənarda qaldı”.
Ekspert bu dəfə veriləcək 190 manatla bağlı ikinci bir problemin yaranacağını da düşünür: “Yeni proqramla köhnə proqram arasında olan dövr ərzində əmək bazarında baş verən dəyişiklikləri bu dəstək paketində nəzərə almaq mümkün olmayacaq. Çünki ortada işdən çıxarılmalar kimi məsələlər var, amma insanlara faktiki olaraq hüquq yaradılmır”.
190 manatla dolanmaq məsələsinə gəldikdə, Həsənov burada mübahisəli məqamlar olduğunu deyib: “190 manatla daha çox ölkədə yaşayış minimumu səviyyəsinə istinad edilir. Bu isə 2020-ci il üçün təsdiq edilən yaşayış minimumu səviyyəsidir. Amma məsələ burda fərqlidir. Bu, işləyən əhaliyə verilir. İşləyən, əmək qabiliyyətli, lakin işini itirmiş və işdən çıxarılmış və yaxud da karantin qərarı nəticəsində işləyə bilməyən insanlara verilir. Amma onların öhdəliyində nə qədər baxdığı insanlar var. Yəni bir nəfər işləyir, bir neçə nəfərə baxır və s. Bu mexanizm bütün bunları nəzərə ala bilmir”.
Müsahibimiz fikrini belə əsaslandırıb: “Birincisi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, səhiyyə sistemimiz də tövsiyyə edir ki, indiki şərtlər daxilində pandemiya ilə effektli mübarizənin ən mühüm yollarından biri immun sisteminin yüksək saxlanılmasıdır. Bu isə keyfiyyətli qidalanma deməkdir və vacib məsələdir. Amma burada bir təzad var. Çünki pandemiya dövründə insanların gəlirləri aşağı düşüb. Keyfiyyətli qidalara əlçatanlıq azalıb. Biz bu vəsaitli yardımla birbaşa olaraq insanların keyfiyyətli qidaya çıxış imkanlarını müəyyən qədər artıra bilərdik, həmçinin bu xərclənmə qeyd edilən istiqamətdə dəyər zəncirini hərəkətə gətirə bilərdi. Ən azından kənd təsərrüfatı da daxil olmaqla, qida sənayesində tələbin səviyyəsini normal saxlamaqla iqtisadi aktivliyi qorumaq olardı”.
“Hazırda səhiyyə sistemi “bayram” edir. Vəziyyətin necə olduğu hamıya bəllidir. Məsələ ondadır ki, bu “bayram”dan bir neçə oliqarx, monopolist və məmurlar yaralana bilir. Burada kütləvi əhali hazırda yaranmış situasiyada çox ciddi çətinliklə üzləşib. Ölkədə tənzimlənən dərman qiymətləri mexanizminin olmasına baxmayaraq, dərmanların qiyməti 10, 15, bəzən 20 dəfə qaldırılıb. Bu, çox ciddi problemdir. Və həmin qeyd etdiyim kartlar vasitəsilə insanlara yaranmış situasiyadan normal səhiyyə xidmətlərinə çıxış və eyni zamanda dərman vasitələrinin istehlakı imkanları yaratmaqla, faktiki olaraq problemi yüngülləşdirə, virusun yayılma ehtimallarını müəyyən qədər məhdudlaşdıra bilərik”, - R.Həsənov vurğulayıb.
ayna.az

İqtisadçı daha tutarlı və daha işlək mexanizm də təklif edir: “Düzdür, indiki halda dövlətin imkanları məhduddur. Təbii ki, bunu nəzərə almaq lazımdır. Amma bunun səbəbkarı də elə dövlətin özü olub. Zamanında dövlət vəsaitləri ciddi şəkildə koorupsiya predmetinə çevrildi. yeyildi, dağıdıldı. Bizim yığımlarımız bundan qat-qat artıq, imkanlarımız geniş olmalı idi. Bugünün özündə belə, büdcə vəsaitləri qeyri-səmərəli xərclənir. Bütün bunları bir kənara qoyaraq tövsiyyə edə bilərdim ki, indiki şərtlər daxilində ərzaq, dərman preparatları və səhiyyə xidmətlərinin istehlakı üçün vətəndaşlara kartlar paylanılsın. Təbii ki, bunlar təyinatlı kartlar olmalıdır və bu kartlarda olan vəsaitlər yalnız göstərilən məqsədlərə xərclənə bilər, digər məqsədlər üçün xərclənə bilməz. Ayın sonuna çatdıqda kartda qalan vəsait sıfırlanır. Əgər yeni ayda yenidən karantin rejimi tətbiq olunacaqsa, əmək bazarında vəziyyət əvvəlki kimi olacaqsa, həmin kartlar yenilənir”.