Fransa Senatında qondarma rejimin tanınmasına dair məlum qətnamədən sonra Belçikada da belə bir müzakirənin gözlənildiyi bildirilir. Daha əvvəl isə Hollandiya parlamenti “müharibə cinayətləri” səbəbindən Azərbaycan hakimiyyətinin konkret nümayəndələrinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan çağırışla Avropa İttifaqına müraciət etmişdi.
Bütün bunlar Azərbaycanda antiqərb əhval-ruhiyyəsinin formalaşmasına təkan verməkdədir.
Ancaq biz ümumilikdə “Qərb bloku” dedikdə, hansı dövlətlərin və koalisiyaların nəzərdə tutulduğunu, bu dövlət və koalisiyaların son müharibə kontekstində kimə dəstək verdiklərini aydınlaşdırmağa çalışaq. Bundan əvvəl şərti olaraq “Şərq bloku” adlanan ittifaqda ən yeni tarixdə vəziyyətin necə dəyişdiyini gözdən keçirək.
“Şərq bloku”nda kimlər vardı və onlar indi hanı?
Keçmiş SSRİ-nin öncüllük etdiyi hərbi-siyasi və iqtisadi bloka keçmiş Yuqoslaviya ittifaqı (indiki Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, habelə sonradan qismən tanınan Kosovo), Çexoslovakiya (indi Çexya və Slovakiya olmaqla iki yerə bölünüb), Polşa, Bolqarıstan, Rumıniya, Macarıstan və Almaniya Demokratik Respublikası daxil idi. ADR alman dövlətinin ayrılmaz hissəsi olan AFR-ə birləşdi. SSRİ dağıldı, onun ətrafındakı bütün digər sadalanan ölkələr indi Qərb blokunun, tam əksəriyyətlə Avropa İttifaqının üzvləridir.
SSRİ-dən ayrılan Baltikyanı respublikalar da eynilə AB-yə daxil oldular. Gürcüstan, Ukrayna, Moldova bu istiqamətdə mühüm addımlar atıb, böyük məsafə qət ediblər.
Rusiya birmənalı qaydada Qərbə üz tutmuş Moldova, Ukrayna və Gürcüstanla münaqişədədir. Azərbaycanla Ermənistan arasında qarşıdurmada isə birbaşa tərəf olmasa da, əsas arbitr rolunu oynayır, eyni zamanda iki xalq arasında münaqişənin birdəfəlik həllinə imkan vermir. Amma xronikadan da göründüyü kimi, Rusiya uzun zamandan bəri itirən tərəfdir və artıq mühasirə onun öz içərilərinə doğru daralmaqdadır. Yəni, Rusiya qalan dünya ilə təkbaşına savaşır və onun ətrafında əsl müttəfiq hesab etdiyi heç bir ciddi güc mərkəzi qalmayıb. KTMT adlanan (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hərbi blok isə Rusiyanın darıxmamaq və tək görünməmək üçün təşkil etdiyi iclas formatından başqa bir şey deyil.
Bəs, “Qərb“ kimdir?
Şübhəsiz ki, “Qərb” siyasi mənada Avropa İttifaqı, NATO deməkdir. Avropa İttifaqının ən güclü ölkəsi Almaniya bizim üçün xüsusi əhəmiyyət kəsb edir. NATO isə mühüm tərəfdaşdır. ABŞ, Britaniya, Türkiyə, Almaniya, İtaliya kimi dövlətlər NATO-da bizimlə bu və ya digər dərəcədə həmrəylik ifadə edirlər. Fransa və Hollandiya parlamentlərinin Ermənistanın haqsız mövqeyini dəstəkləyən bəzi addımları bütövlükdə Qərbin mövqeyi kimi qəbul edilə bilərmi? Əlbəttə ki, yox.
Fransa NATO ilə ulduzu barışmayan ölkədir. Hələ 60-cı illərdə o, NATO-nun hərbi strukturlarından çıxmaq barədə qərar qəbul etmişdi. Hollandiya isə NATO-ya ən çox üzvlük haqqı verən ölkə olsa da, bunu öz müdafiəsi naminə edir, NATO-nun gücünün və siyasətinin təşkilində onun ciddi iştirakı yoxdur.
İndi isə NATO və AB-nin önəmli dövlətlərinin Azərbaycanın Qarabağda həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı zamanı, habelə atəşkəs razılaşması imzalanandan sonra bu münaqişə haqqında dedikləri fikirləri, atdıqları addımları gözdən keçirək.

- ABŞ-ın NATO-dakı səfiri hərbi əməliyyatların gedişində bildirdi ki, Ermənistan və Azərbaycan arasındakı hərbi münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməlidir. Azərbaycan öz sərhədlərini bərpa edir, ermənilər də orada yaşamağa razılıq versələr, problem həll olunacaq;
- ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodces bu günlərdə deyib: “Azərbaycanlılar erməni icmasının təhlükəsizliyini təmin etmək öhdəliyi götürüblər. Bizim ümid etməyə əsaslarımız var. Bu gün 30000-dən çox erməni Azərbaycanı vətəni sayır. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Qərb və Şərq arasında yeganə yerüstü dəhliz Azərbaycandır. Bakı açardır, gecikməyin!”
- Britaniya hərbi əməliyyatların gedişində Rusiya və Fransanın Azərbaycan əleyhinə təklif etdiyi qətnaməni BMT TŞ-da veto ilə blokladı;
- Almaniya parlamenti bu günlərdə hərbi əməliyyatları və onun nəticələrini təhlil edən sənəddə Azərbaycanın ərazi bütövlüyünü əsas götürüb, Rusiyanın sülhyaratma işini alqışlasa da, Kremli ölkələrin daxili işinə qarışmaqdan çəkinməyə çağırıb;
- Türkiyənin hərbi əməliyyatlar zamanı Azərbaycana yardımına dair suala cavab verən NATO baş katibi Stoltenberq bu ölkəni önəmli müttəfiq kimi xarakterizə edib və Türkiyənin “Qarabağ prosesi”ndəki rolunu dəstəklədiklərinə işarə vurub.