Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə Azərbaycan cəmiyyətinin münasibəti neqativdir. Müxtəlif rəy sorğuları göstərir ki, respondentlərin 90 faizə qədəri ölkədə rus qoşunlarının olmasını istəmir. Əlbəttə, bu təsadüfi deyil. Son 30 ildə Rusiyanın Azərbaycana qarşı tutduğu mövqe, postsovet məkanında yürütdüyü siyasət ölkədə anti-Rusiya ovqatının daşlaşmasına səbəb olub. 1990-cı ildə baş verən 20 yanvar faciəsi, 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımı, torpaqlarımızın işğalı cəmiyyətin yaddaşında qonşu ölkə ilə bağlı dərin mənfi izlər buraxıb.
Rusiya Putin dövründə postsovet ölkələrinin çoxunda yenidən möhkəmlənə bilib. Kreml ipə-sapa yatmayan bəzi ölkələrdə öz mövqelərini zorakılıqla qoruyub. Biz Gürcüstan, Ukrayna və Moldova nümunəsində bu zorakı siyasətin nəticələrini görmüşük. Azərbaycan-Rusiya münasibətləri bir qədər fərqli kontekstdə inkişaf edib. Cəmiyyətdə güclü anti-Rusiya ovqatına rəğmən, siyasi hakimiyyət Moskvanın maraqlarını müəyyən qədər təmin edib və ya balanslaşdırıb, Qərbə inteqrasiyanı isə dayandırıb. Ölkədə rus dilinin, təhsilinin, mədəniyyətinin inkişafı da stimullaşdırılıb. Konkret ifadə etsək, Rusiyanı qıcıqlandırmayan siyasət yürüdülüb.
Qarabağ probleminin 26 il ərzində dondurulmuş münaqişəyə çevrilməsi də Moskvanın regionda apardığı siyasətin nəticəsi idi. Rusiya münaqişənin siyasi və ya hərbi yolla həllinə imkan verməyib, bu niyyətə düşən hakimiyyətlərə təzyiq göstərib. Hətta Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirib. Azərbaycan Kremlin dominant mövqeyini qəbul edib, status-kvonu pozmayıb, uzun illər münaqişənin həlli üçün uyğun beynəlxalq şəraitin yaranmasını gözləyib. (Prezident çıxışlarında bunu ifadə edib.)
Xarici siyasətdə, xüsusən xarici iqtisadi əlaqələrin qurulmasında Azərbaycan hakimiyyəti müstəqil siyasət yürütməyə çalışıb. Qərb şirkətlərinin neft-qaz sektorunda dominant olması, xarici ticarətin əsas hissəsinin Avropa ölkələrinin, İsrailin və Türkiyənin payına düşməsi bu siyasətin bəhrəsidir.
Bu illər ərzində Azərbaycanda rusiyapərəst siyasi qüvvələrin formalaşdırılması cəhdləri olsa da, baş tutmayıb. Yaradılan bu tip qurumlar cəmiyyətdən dəstək qazana bilməyib, hakimiyyət də bu cür alternativlərin ortaya çıxmasında maraqlı olmayıb.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə regionda təsvir olunan status-kvonu tamamilə dəyişdi. Rəsmi Bakının gözlədiyi uyğun geopolitik şərait yarandı, Türkiyə proseslərə fəal müdaxilə etdi, Moskva da bəzi planlarını həyata keçirməyə çalışdı. Qısaca ifadə etsək, Azərbaycan güc yolu ilə işğalda olan torpaqların böyük bir hissəsini azad etdi, Ermənistana ağır hərbi, siyasi zərbələr endirdi. Rusiya fürsətdən istifadə edərək Dağlıq Qarabağa sülhməramlı adı altında öz ordu hissələrini göndərdi. Eyni zamanda, Ermənistanda Qərb xətti tutan Paşinyan komandasının cəzalandırılmasına, ölkənin Rusiyadan asılı qalmasını təmin etməyə nail oldu. Türkiyə isə keçmiş SSRİ dağıldıqdan sonra nəhayət, Cənubi Qafqaza daxil oldu və burada möhkəmlənməyə başladı.
Azərbaycan prosesdən qalib tərəf kimi çıxmasına rəğmən, Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi arzuolunmaz variant idi. Hökumət uzun illər Rusiyanın maraqlarına hörmətlə yanaşsa da, bu cür müdaxiləyə imkan verməyib. Çünki apardığı müstəqil xarici siyasətin, Qərblə qurulan siyasi-iqtisadi əlaqələrin məhz Moskvanın ona hərbi-siyasi təzyiq rıçaqlarının zəifliyinə görə mümkün olduğunu yaxşı bilir. İndi isə fərqli reallıq var, ölkə ərazisində Rusiya hərbi kontingenti mövcuddur. Bakı postsovet məkanında rus sülhməramlılarının yerləşdiyi ölkələrin vəziyyətindən dərs çıxarmalıdır. Bu gün Moldova prezidenti Maya Sandu sülhməramlıların ölkədən çıxarılmasını tələb edir, amma Moskva ona rədd cavabı verir. Halbuki, ATƏT-in 1999-cu il İstanbul sammitində rus qoşunlarının Moldovanı tərk etməsi barədə qərar qəbul olunub. Rusiyanın Gürcüstanda, Ukraynada işğalçılıq siyasəti, elə Ermənistanı girov saxlamaq üçün nələr etdiyi də problemin nə qədər mürəkkəb olduğunu göstərir.
Biz nə edə bilərik? İlk növbədə bu istiqamətdə vahid dövlət siyasətinin, strategiyasının müəyyənləşməsi vacibdir. Bu strategiya həm xarici, həm daxili siyasətdə bir neçə prioritet vəzifənin həyata keçirilməsini müəyyən etməlidir.
Xarici siyasətdə:
– Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərini mümkün qədər dərinləşdirməlidir. Türk ordusu Dağlıq Qarabağın Azərbayanın nəzarətindəki hissəsində yerləşdirilməlidir. Rusiya sülhməramlılarının bütün fəaliyyətinin effektiv monitorinqi çox önəmlidir;
– Azərbaycan Qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmalıdır, xüsusən Avropa İttifaqı və ABŞ-la əlaqələrini gücləndirməlidir;
– Rusiya sülhməramlılarının BMT mandatlı beynəlxalq sülhməramlı qüvvələr tərəfindən əvəz olunmasının mümkünlüyünü araşdırmalıdır;
– GUAM təşkilatının fəaliyyətini dirçəltməlidir. Türkiyənin bu quruma inteqrasiyasına çalışmalıdır;
– Türkdilli ölkələrlə əməkdaşlıq gücləndirilməlidir, bu istiqamətdə Türkiyənin səylərinə ciddi dəstək verilməlidir.
Daxili siyasətdə:
-Daxildə əsas prioritet genişmiqyaslı siyasi və iqtisadi islahatların aparılması, cəmiyyətin maraqlarını əks etdirən idarəetmə sisteminin formalaşdırılması olmalıdır. Konstitusiya islahatları, azad, ədalətli seçkilərə təminat, məhkəmə hakimiyyətinin müstəqilləşməsi, monopoliyanın, korrupsiyanın ləğv edilməsi olduqca vacibdir;
-Türkiyə sistemindən bəhrələnərək ordu quruculuğunda keyfiyyəti artırmaq, müqaviləli xidmətə keçidi təmin etmək təxirəsalınmaz vəzifələrdən biridir;
-Şəhid ailələrinin, müharibə iştirakçılarının problemlərinin həlli, onlara imtiyazların verilməsi, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi də ən ümdə məsələdir;
-Azərbaycan parlamenti Rusiya sülhməramlılarının fəaliyyətini çərçivəyə salan, işğalda qalan ərazilərdə ölkənin suverenliyinin təmin olunmasına xidmət edən hüquqi çərçivələr müəyyən etməlidir. Ermənistan ordusu Xankəndində və digər bölgələrdə qala bilməz, habelə bölgəyə giriş-çıxış, məskunlaşma və s. məsələlər Azərbaycanın nəzarətindən kənarda olmamalıdır.
-Ən vacib məsələlərdən biri də cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsinin buxovlanmaması, ictimai müzakirələrin, debatların təşkil olunmasına şərait yaradılmasıdır. Dövlətin nəzarətində olan media qurumlarında da bu müzakirələrə imkan verilməlidir. Dünya, eləcə də Rusiyanın özü cəmiyyətin ovqatından xəbər tutmalıdır. Bu, Azərbaycan hakimiyyətinin əlini gücləndirər, onun müqavimət imkanlarını genişləndirər.
Azərbaycanda Rusiya hərbi varlığının mümkün olan ən qısa müddətdə aradan qalxması üçün hər şeyi etməliyik. Rus bayraqları ilə küçəyə çıxmaq kimi biabırçı hadisələr yolverilməzdir.
pressklub