Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş üçtərəfli atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq işğal altında olan Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi artıq Kəlbəcər ərazisinə yerləşdirilib.
Razılaşmaya görə, Kəlbəcər noyabrın 15-də döyüşsüz təhvil verilməli ilk rayon idi. Amma Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti ilə telefon danışığından sonra rayonun boşaldılması 10 gün ləngidildi. Qarşı tərəf bunun səbəbini vaxt azlığı və təxliyyə yollarının dar olması ilə əsaslandırmışdı. Verilən vaxt ərzində və ondan əvvəl Kəlbəcəri tərk edən ermənilərin yaşayış yerlərini, meşələri yandırdığı, infrastrukturu məhv etdiyi məlum oldu. Bu barədə çoxsaylı videolar internet kanallarında yerləşdirilib. Bu gün məlum oldu ki, tərk edilən kəndlər, yollar, körpülər, evlər erməni ordusu tərəfindən minalanıb.
Qısa tarixçə: Kəlbəcər 1993-cü il aprel ayının 3-dən etibarən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və nizami ordu hissələri qat-qat üstün düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itirib və geri çəkilib. Bu müddət ərzində mühasirədə olan 60 min kəlbəcərli təxliyyə olunub. İşğal nəticəsində rayonun 50 dinc sakini öldürülüb, 20 nəfər isə əsir götürülüb və ya itkin düşüb. Azərbaycan ordusu Kəlbəcəri geri qaytarmaq üçün 1993-cü ilin dekabrından 1994-cü ilin fevral ayına qədər bir neçə dəfə uğurlu hərbi əməliyyat keçirib. Nəticədə rayonun xeyli kəndləri və Ömər dağı zirvəsi düşməndən təmizlənib. Lakin fevralın 14-dən ordunun geri çəkilməsi müharibə dövrünün ən faciəvi itkiləri ilə yadda qalıb. Müxtəlif mənbələrin təqdim etdiyi rəqəmlərə görə, Azərbaycan 4 mindən artıq əsgər və zabit itirib. Onların çoxu düşmən gülləsindən deyil, kəskin şaxta və qar uçqunları nəticəsində həlak olub. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprelində Kəlbəcərin işğal olunması ilə bağlı 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycan Respublikasının digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Məlum olduğu kimi, həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcərin Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra müəyyənləşmiş inzibati-ərazi bölgüsü, yoxsa sovet dövrünün xəritəsi əsasında boşaldılacağı mübahisə mövzusu idi. Çünki sovet dövründə Kəlbəcər rayonunda təxminən 115 inzibati yaşayış məntəqəsi var idisə, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək onun 30 kəndi bu rayona birləşdirilib. Qalan kəndlər isə Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Məlum olub ki, Kəlbəcərin boşaldılması keçmiş SSRİ dövründəki xəritəyə uyğun olaraq həyata keçirilib. Nəticədə ləğv olunmuş Ağdərə rayonunun 30 kəndi, o cümlədən Xudavəng monastırı Ermənistanın nəzarətində qalıb. Bu kəndlərin əksəriyyəti noyabrın 15-nə qədər ermənilər tərəfindən boşaldılıb və yandırılaraq dağıdılıb.
Mübahisəli məqamlardan biri də Ermənistanın 27 ildən çoxdur ki, talan etdiyi Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl yatağını geri vermək istəməməsidir. Bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu məlumat yayıb. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, Söyüdlü (Zod) yatağının sənaye əhəmiyyətli ehtiyatları 112,5 tondur. Ermənilər sərhədi dəyişərək, həmin əraziyə girişi qırmızı rənglənmiş dərmir darvaza ilə bağlayıblar. Hətta tam istismar olunsa belə, bu yatağı Ermənistanda saxlamaq olmaz. Azərbaycan sərhəd xidməti ölkənin sərhədlərini tam nəzarətə götürməlidir”-deyə iqtisadçı vurğulayıb.
Belə çıxır ki, Zod yatağı da ermənilərin nəzarətində qalır. Azərbaycan hökuməti bu məsələlərə aydınlıq gətirsə, yaxşı olar.
pressklub