Cenub.az Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli ilə müsahibəni təqdim edir.
- Akif müəllim, Şuşanın azad edilməsi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Xəbərə ilk reaksiyanız necə oldu?
– Sağ olun. Mən də Sizi və bütün Kulis ailəsini təbrik edirəm. Ali Baş Komandanın Şəhidlər Xiyabanından xalqa bəyan etdiyi “Şuşa bizimdir!” müjdəsinin nüvəsində elə böyük emosional gücə malik enerji var idi ki, onun partlayışı təkcə Azərbaycana yox, bütün Türk dünyasına sevinc yaydı. İnsanlara qeyri-adi təbiət hadisəsi qədər fövqəladə təsir etdi. “Əziz Şuşa! Biz qayıtdıq!” sözləri 7-dən 77-yə hamını titrətdi. Açığı, xəbərin yaratdığı o aurada doğulan hiss-həyəcanın təsvirinə söz tapmaq çətin idi. Əslində hamı bu gözlənilməz xəbəri gözləsə də və qüdrətli Ordumuz hər gün qazandığı qələbələrilə bizi Şuşayla doğru aparsa da, ilk eşidincə, nə gizlədim, qəhərə bükülü həyəcandan donub qaldım, sevincimi nitqlə ifadə edə bilmədim. Həm telefonla yağan gözaydınlığı mesajlarına, həm sosial şəbəkələrdən sel kimi axan təbriklərə yalnız bir sözdən və nidalardan ibarət cavablar verirdim: “Şuşa!” Vəssalam. Başqa nəsə danışmaq, demək, yazmaq sadəcə alınmırdı. Yalnız “Şuşa!!!”, “Şuşa!!!”, “Şuşa!!!”... Beynimdə isə ruhumun sədası kimi “Şuşanın dağları başı dumanlı” mahnısı dolaşırdı...
- Bu 28 ildə Şuşa ümidləriniz itmişdi, yoxsa?
- Nə danışırsız? Qətiyyən! Şuşa ümid deyil ki, itə! Şuşa içimizdə əbədi var olan və qalan bir reallıqdır. Hər bir şuşalı yalnız o öləndə ümidi də onunla ölə bilər. Bəlkə də hər bir qarabağlı, azərbaycanlı... Çünki Şuşa təkcə doğulduğumuz yer deyil, o malik olduğumuz maddi, mədəni, tarixi, mənəvi dəyərlər toplusunun rəmzidir, müqəddəs məkanımızdır. Görkəmli dövlət xadimi Heydər Əliyev nahaq demirdi - “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.” Şuşanı itirmək həmişə qorxuludur... Yadımdadır, hələ 1992-ci ilin fevralında Qarabağın ən gərgin çağlarında redaktə etdiyim “Vətən səsi” qəzetində bu qorxunu manşetə çıxartmışdım: “Şuşa əldən gedir!” Amma qəribəydi ki, Şuşanın başının üstünü alan təhlükə sirenası redaksiyamıza gəlib çatırdı, o boyda prezident sarayındakıların kar qulağına çatmırdı. Çünki bu təhlükəni hiss etmək üçün qeyrət lazım idi! Bizi hətta nahaq təşviş yaratmaqda, sabitliyi pozmaqda günahlandıran rəsmilər “Panika salmayın, heç bir narahatlığa səbəb yoxdur, Şuşa yerindədir və hökumət nə lazımdır edir,” – deyirdilər. O zamanın bir şoumen - “jurnalisti” Ağdamdan sifarişli telereportaj hazırlayıb “məsul yoldaşlardan” soruşurdu ki: “Yazırlar kim, guya Şuşa əldən gedir... Ancaq xalqımız arxayın ola bilərmi ki bu belə deyil?!” Həmin “məsul yoldaş” da kamera qarşısında “tupoy” sifətinə - burda “küt” sözü o əhvalı tam ifadə etmir - əhəmiyyətli görkəm verməyə çalışaraq, rəhbər kadr ədasıyla: “Əşi, boş şeydi... Əlbəttə arxayın ola bilər! – deyirdi. – Biz Şuşanı vaxtlı-vaxtında ərzaqla təmin edirik...” Mən yenə də Qarabağdan gələn məlumatlar əsasında qəzetimizdə yazdım ki, bu saat Şuşaya ərzaq lazım deyil, bir daha təkrar edirik, əgər respublika rəhbərliyi təcili və ciddi tədbirlər görməsə Şuşa əldən gedəcək... Təəssüf ki, aradan üç ay keçdi və mayın əvvəllərində məlum oldu ki, respublika rəhbərliyi Şuşanın müdafiəsi üçün nə “təcili”, nə də “ciddi” bir tədbir görməyib. Əksinə, başının bir gülləsi əskik olan təvərəpapaq siyasət şoumenləri şəhərin getməsinə şərait yaratdılar. Mən yenə də Şuşanı tam itirdiyimizə inanmayıb, onu geri qaytaracağımıza ümidlə bir məqalə yazdım: “Tərlanlar oylağı sar ola bilməz!”... Yəni demək istəyirəm ki, Şuşanın itirilməsi fikri ilə heç vaxt barışmamışam. İndi də Vətən müharibəsinin ilk günlərindən Ali Baş Komandanın qətiyyətini, igid oğullarımızın şücaətini görüb Qarabağın nadir incisi, dünya gözəli Şuşanın azad olunacağını gözləyirdim. Və hələ Cəbrayıl-Füzuli istiqamətində ağır döyüşlər aparan ordumuza mənəvi dəstək amacı ilə gecə-gündüz qarşısından ayrıla bilmədiyimiz kompüterdən Twitter və facebook sosial şəbəkələrində bu inamı bildirən ürək sözlərimi paylaşdım: “Ermənilər neyləsə də, nə saxtakarliqlara əl atsa da, nə vəhşiliklər törətsə də, nə qədər dirəniş göstərsə də, kimi köməyə çağırsa da, mən onsuz da öz evimə – doğulduğum qədim azərbaycan şəhəri Şuşaya qayıdacam. Və məni ora cəsur Azərbaycan Ordusu aparacaq! Həqiqətən, Ordumuz bizi evimizə qaytardı! Çünki Ali Baş Komandanın dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı...
- Sentyabrın 20-də bizə deyən olsaydı ki, Azərbaycan ordusu bir həftədən sonra 45 günlük əməliyyat keçirərək Qarabağı azad edəcək, inanardınız?
– Məncə o vaxt buna Ali Baş Komandandan başqa heç kim inanmazdı. O isə prosesləri idarə edən adam kimi, yəqin ki, belə bir qələbəyə çoxdan hazırlaşırdı və inanırdı. Hətta ötən il qudurğan Paşinyana cavab olaraq “Qarabağ – Azərbaycandır!” deyəndə də Prezident qələbəyə inanırmış. Həm savaş meydanında onun sərkərdəliyi ilə ölçülü-biçili dəqiq taktika üzrə aparılan döyüşlər bunu göstərdi, həm də diplomatiya sahəsində, ideoloji cəbhədə, kiv-lərə verdiyi çoxsaylı müsahibələr zamanı dünyaya keçdiyi “master-klasslar”, “politoloji” dərslər. Başqa heç kimin ağlına o vaxt gəlməzdi ki, 30 illik qara yaranı bir həftədən sonra kəsib atacağıq. Müharibənin gedişində Azərbaycan Prezidenti bütün dünyanın diqqət mərkəzində idi. Onun hər çıxışı, hər müsahibəsi, hər “tviti” izlənirdi, çünki o, tarixin gedişini dəyişirdi. Bu bir möcüzə idi. Hər azərbaycanlıya elə gəlirdi ki, Prezident məhz onun demək istədiklərini deyir. Beynəlxalq siyasət müstəvisində onun məntiqli, arqumentli xətti-hərəkəti, hətta ittihamlarla dolu kükrəyən çıxışları o dərəcədə ölçülü-biçili, düşünülmüş idi ki, apardığı haqq savaşına kimsə bəhanə tapıb mane ola bilmədi. Ali Baş Komandan düzgün strategiya, qətiyyətli iradə göstərib döyüş meydanında nə qədər uğur nümayiş etdirdisə, bir o qədər də diplomatik təmkini, sağlam məntiqli mühakimələri və düzgün siyasəti ilə uğuru təmin etdi. Qazanılan uğur isə bütün xalqın ruhunu dirçəltdi, qəddini dikəltdi, 30 ilin xəcaləti üstümüzdən silindi. Dünya başqa bir Azərbaycan xalqı gördü. Mərd, qorxmaz, cəsur, haqq yolunda çarpışan, təhqirə, məğlubiyyətə dözməyən, qədərə boyun əymədən ləyaqətini qoruyan bir xalq... Həm də çox düşüncəli, müdrik, mehriban, həmrəy xalq... Mən bunu xarici ölkələrdə də qürurla müşahidə etdim. Ən böyük dövlətlər də Azərbaycana maraqla baxırdı. Müharibə başlanan günün səhəri mediada bir yazım çıxdı. Qısa məzmunu belə idi: “O gecə hamı şirin bir yuxu görürdü... Amma səhər yuxudan oyanıb gördü ki, bu yuxu deyilmiş, həqiqət imiş. Doğma torpaqları 30 ildir ancaq yuxularında görən azərbaycanlıların şirin yuxusu çin olmuşdu. Ali Baş Komandan həqiqətən əmr vermişdi, Ordumuz hücuma keçmişdi, kəndlərimiz bir-bir azad edilmiş, ermənilər qaçmağa başlamışdılar… Prezident demişdi axı, əgər erməni ölmək istəmirsə, torpaqlarımızdan rədd olsun!.. Düşmənə o qədər anidən qəfil zərbə endirildi ki, düşmən gözünü açanda başının üstündə ucalan zəhmli Azərbaycan əskərinin çəkmələrini gördü; qorxusundan bağırdı... 30 il kədər içində göz yaşı axıdan gözəl xalqımız nəhayət, sevincdən doğan göz yaşları axıtdı. Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələri yaşanır. Bu tarixi yaradan- Xalq, Rəhbər və Ordu birliyidir.” Qeyrətli vətən oğulları dişləri, dırnaqları ilə qarış-qarış torpaqları düşməndən aldılar. Hücuma atılan əskərlərimiz sanki Odlar Yurdundan düşmənin başına ələnən od parçaları, alov qığılcımları idi... Mənfur ermənilərin daim yekəxanalıqla "döyüşə bilməyən qorxaq azərilər" kimi tanıtdığı Böyük Azərbaycan Xalqı dünya hərb tarixinə elə bir möhtəşəm imza atdı ki, dörd bir tərəfdəki düşmənlərin çənəsi asıla qaldı... Ermənilərin lağla “qorxaq” dedikləri oğlanlar ermənini qabağına qatıb iti qovan kimi qovdular! Baxın, biz o günlərdən uzaqlaşdıqca, həqiqətən bütün bunlar bir əfsanə kimi görünür. Azərbaycan əsgəri öz qanı ilə, həyatı bahasına dastan yazdı. Bu qəhrəmanlıq dastanını zaman-zaman gələcək nəsillər oxuyub fəxr edəcəklər.
- Sizi ilk kimlər təbrik etdi?
– Oğlanlarım – Elbəy və Sultan! Elbəy dərhal telefonda az qala ağlaya-ağlaya səsli mesaj göndərdi: “Ata, Şuşa azad olundu! Gözün aydın!” – yazdı. Sultan isə text-mesaj göndərdi: “Təbriiikkk!!! Şuşa azaddir! Cənab Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi və “Ata vəsiyyətini yerinə yetirdim” - dedi.Möhtəşəm gorüntü idi. Səni təbrik edirəm, ata! Həmişəki kimi sənə güvənirdim, inanırdım ki, sən dedinsə, olacaq. Şuşaya gedəcəyik!” Bundan başqa dostlardan, tanışlardan çox təbriklər gəldi, həm telefonla, həm Feysbukdada gözaydınlığı verdilər. Təbriklər sel kimi axırdı...
- Siz kimə gözaydınlığı verdiniz?
– Mən də qarşılıqlı olaraq ilk Elbəylə, Sultana. Sonra sosial şəbəkələrdə, "Twitter" və facebookda dostlarıma təbrik yazdım. Ümumən məni oxuyanlara, bütün xalqımıza gözaydınlığı verdim. Bayaq dediyim kimi, ilk anlarda o qədər həyəcanlı idim ki, çoxuna cavab olaraq yalnız bircə söz yaza bilirdim: “Şuşa!!!” Vəssalam.
- Şuşada heç unutmadığınız haralar oldu?
– Şuşa elə bir möcüzədir ki, orda nə görsən unudulmazdır. Xüsusən, əgər ora doğulduğun yavru vətən kimi doğmadırsa... Tez-tez getdiyim Şuşanın bütün gözəlliyi mənimlədir. Hər adam dünyaya gəldiyi yerin havasından, suyundan, torpağından yoğrulur, elin ruhundan yapılır. Məni də bu dünyaya Şuşadan endirən Tanrı yəqin o füsunkar təbiətin özəlliyindən, şəhərin aurasından ruhuma nələrisə əyan edib: yaradıcı peşəyə, sənətə sevgi, gözəlliyə meyl, mədəniyyətə rəğbət... Və Tanrıdan payıma düşən ömürü bu həyat tərzinə uyğun yaşamağa çalışmışam... Şuşada sonuncu dəfə 1987-nin yayında olmuşdum. Həmişəki kimi, Qarabağlı dostlarla Cıdır düzünü ziyarət etdik, sıldırım qayalardan əzəmətli Topxanaya baxdıq, qonaq-qaralı İsa Bulağında dincəldik, Qarabağ bülbüllərinin yanğılı səsini dinlədik, Meydanda gəzinə-gəzinə deyib-güldük… O fərəhli, qayğısız günlərdə hələ bilmirdim ki, daha bundan sonra Şuşanın dağlarından duman çəkilməyəcək, yolları çən bürüyəcək, evimizə daha gün düşməyəcək... Şər imperiyasının bütün sınırlardan yığışdırılan “dəmir pərdələri” Qarabağın həndəvərinə çəkiləcək...
- Bəs heç unutmadığınız xatirələrdən hansını qeyd edə bilərsiniz?
– Şuşanın dağları kimi dumanlı-çənli alatoran xatirələrin arxasında bir işıqlı anılar ömür boyu mənimlə olub. Qoşa minarəli məscidə baxan daş binanı, kiçik həyətə enən taxta pilləkənləri, üst mərtəbədə yerləşən alaqaranlıq mənzili, mənzilin qarşısındakı uzun şüşəbəndi, pəncərələrdən düşən parlaq işığı daim xatırlayıram. Evimiz ümumi yaşayış binasında idi. O vaxt atam, gənc hüquqşünas Əli Məhərrəmov Şuşaya prokuror təyin ediləndə icrakom ona orda mənzil vermişdi və atam ailəsini Ağdamdan bura köçürtmüşdü. Mən uşaq olsam da, qonşumuz xeyirxah Gözəl xalanı, məzəli oğlu qarabuğdayı Eldarı yaxşı xatırlayıram. Ucaboylu, zəhmli, qara şəvə saçlı, adı kimi özü də gözəl olan Gözəl xala bizə çox doğma idi... Bol günəş işığı düşən balkonumuz həmişə gözümün qarşısındadır. Ora düşən parlaq gün işığı altında şüşəbənddə yerdən sərilən ağ süfrəni, süfrə ətrafında bardaş qurub oturan biz üç qardaş bir bacının tükətdiyi ləzzətli təamı - təndir çörəyi və motal pendiri ilə çappa stəkanda içdiyimiz şirin çayı heç unutmadım... İnanmazsınız, amma o vaxtdan bəri yarım əsrdən çoxdur ki, mən hər gün mütəmadi olaraq səhər yeməyində hər nə dadlı təam olsa da, mütləq həmin pendir-çörəklə şirin çayımı içməliyəm. Şuşadakı balkonumuzda gün işığı altındakı o sadə səhər yeməyi mənim üçün ömür boyu dünyanın ən dadlı-ləzzətli yeməyi olub. Bəlkə də adi pendir-çörəyi bu qədər sevdiyimdən həmişə gözütox yaşamışam... Aradan bir ömür keçsə də Şuşa həyatı film kimi gözlərimin önündədir. Sonralar yaddaşıma nə qədər bilgi yükü qalaqlansa da, dünya ilə tanışlığa başladığım o ilk üç-dörd ildə hafizəmə yazılan fraqmentlər itməyib, solğunlaşmayıb, doğulduğum şəhərin daş evli, yaşıl ağaclı, təmiz havalı füsunkar mənzərəsi canıma-qanıma hopub. Şuşadan çıxıb hara getsəm də, dünyanın harasında olsam da, kimlik sənədimdə yazılan “Şuşa” sözünün sehrindən çıxmamışam...
“Öncə-Vətəndir” adlı kitabımda bir məqaləm var – “Bakıdan Şuşaya səyahət”. 1991-ci ilin martında qələmə alınıb. O ağır vaxtlarda imkan tapıb doğma şəhəri bir də görmək üçün Bakıdan Şuşaya üz tutmuşdum. Zaman o zaman idi ki, Qarabağda Volski deyilən bir iblisin başçılığı ilə Xüsusi İdarə yaradılmış, Sovet əskərləri bənd-bərəni kəsmişdilər. Azərbaycanın Ali Sovetində “Qarabağ heç vaxt indiki kimi bizim olmayıb” deyilsə də, Xankəndidə lövbər salan erməni terror bandası azərbaycanlılara göz verib işıq vermirdi. Mən də jurnalist olaraq bu məşhur deyimi yerində yoxlamaq üçün Şuşaya yollandım. Dostlarla Ağdamdan çıxıb Qarağacı qəbristanlığını keçdik, Əskərana çatmamış maşınımızı postda saxladılar. Əli avtomatlı rus əskərlərinə dedim, evimizə gedirəm, Şuşaya. Dedilər, “pojalusta”, amma bilin ki, burdan oyana sizin təhlükəsizliyinizə zəmanət vermirik. Ola bilər Xankəndinin altında erməni quldurları Azərbaycan nömrəli maşını görüb ya sizi girov götürər, ya da maşınınızı, bəlkə də başınızı əzər. “Luçşe” geri qayıdın... Beləcə buraxmadılar, Ali Sovetə inanıb Bakıdan Şuşaya başladığım səyahət yarımçıq qaldı... Unutmadığım xatirələr serialında başqa bir epizod da yadıma düşür, bəlkə də konfidensial olan o məqamda Şuşanın özü yox, sözü ortada idi...
- Maraqlıdır... Nə olmuşdu, mümkünsə danışın.
– Mən şəhərimlə həmişə fəxr etmişəm, onun bioqrafiyama gətirdiyi xüsusi “statustdan” qürur duymuşam. Şuşalı olmaq ayrı bir statusdur. Mənim bir neçə fəxri adım, titulum, medalım, mükafatlarım var. Ancaq tərcümeyi-halımı yazanda ən üstün bildiyim bənd – doğum yerimin Şuşa yazılmasıdır. Qanımda Göyçə havası ilə Qarabağ səfasının cövhəri birləşib, bu saf qatqıdan qürur duyuram... Demək, 1989-cu il idi, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar üzrə 2-illik əyani kurslarını bitirmək üzrə idim. Təyinat ərəfəsində respublikada rəhbərlik dəyişdi və M.Qorbaçov “əliyevçilər” ilə mübarizə aparmaq üçün Ə.Vəzirovu Bakıya göndərdi. Kütləvi informasiya vasitələri və müasirlik mövzusunda diplom işi yazıb müdafiə etdim, imtahanları əla qiymətlərlə verib Ali Partiya Məktəbini fərqlənmə ilə bitirdim. Ancaq Ə.Vəzirovun rəhbərlik etdiyi Azərbaycan KP MK “Əliyev dövrünün kadrı” kimi məni işlə təmin etmədi. Halbuki Dövlətteleradio Komitəsində Baş redaktor vəzifəsində işləyən vaxt Mərkəzi Komitə özü məni perspektiv məqsədlə “Partşkolaya” göndərmişdi. Müdavimlərə təyinat verməyə borclu olan Mərkəzi Komitənin İdeoloji şöbəsində referentdən müdirədək və İdeoloji katibədək yeni gələn komanda üzvlərinin hamısına müraciətlər etsəm də, nəticəsiz qalırdı. Hətta elementar olaraq öz əvvəlki vəzifəmə də qaytarmaq istəmədilər. İşsizlik isə ailəmizi sıxırdı. Nəhayət, Ali Məktəbin birbaşa tabe olduğu yuxarı instansiyaya - Sov.İKP MK-ya müraciət etməli oldum. Kremlin Azərbaycan kuratorundan Bakıya tapşırıq gəldi. Və bizim Mərkəzi Komitə dərhal “araşdırıb Moskvaya cavab vermək” üçün “Partşkola”ya bir “kəşfiyyatçı” göndərdi. Bu adamı vaxtilə Heydər Əliyev MK-da işə götürmüşdü. Ancaq son dəyişikliklərdə bəzi “ştreykbrexerlər” kimi o da “köhnəni söyüb yenini öyməklə” MK-dakı vəzifəsini qorumuşdu. Özü də guya yaradıcılığa meylli məmurlardan idi, necə deyərlər, “az-az uydururdu yeri gələndə”. Mənim radio-televiziya verilişlərimi, filmlərimi, məqalələrimi bəyəndiyini deyirdi... Xülasə, bu gəldi mənimlə görüşdü və işlə bağlı söhbətə başladıq. Söhbət əsnasında dedi ki, sənin avtobioqrafiyanda yazılıb guya Şuşada doğulmusan. Dedim bəli. Bir az cəm-xəm edəndən sonra qayıtdı ki, öz aramızdır, düzünü de, sən Vəzirova görə elə yazmısan? Dedim, anlamadım? Dedi, yəni rəhbərimiz Qarabağlı olduğu üçün sən də doğum yerini Şuşa yazmısan ki, işə düzələsən?.. Elə bil məni tok vurdu. Çox sarsıldım, özümü təhqir olunmuş hesab etdim. Anidən qəlbimdə, beynimdə, bütün vücudumda sanki sinir hüceyrələri tikan-tikan oldu. O adama qarşı dərhal içimdə nifrət oyandı. O dərəcədə şiddətli nifrət oyandı ki, indi də danışanda ürəyim bulanır. Haldan-hala düşdüm. Mən təsəvvür etməzdim ki, kimsə bu dərəcədə alçaqlığa əl ata bilər! O da ali dövlət idarəsində! Təsəvvür etməzdim ki, hansısa namuslu azərbaycanlının beynində müqəddəs “Şuşa” sözü ilə alver etmək kimi çəpəl bir fikir oyana bilər. Şuşa kəlməsi bu qədər təhqiramiz, miskin şübhələrə alət olar. Çünki müqəddəs Şuşa mənim üçün “zərif bir çiçəkdir, toxunsalar tökülər”. Bu adam isə tək mənə yox, gözəlim Şuşaya da böhtan atırdı, şərə bulaşdırmaq istəyirdi... Mən buna yol verə bilməzdim. Üstəlik, mənim təsəvvürümdə kadrların keyfiyyəti ilə onun doğum yeri arasında əlaqə barədə bir anlayış yoxdur. Mən o vaxtacan radioda, televiziyada, qəzetdə, ali məktəbdə işlədiyim müddətdə bəlkə də yüz adamı işə götürmüşdüm, amma Yaradana and olsun ki, heç vaxt onların haralı olması ilə maraqlanmamışdım. Məncə kadrların zonalar üzrə təsnifatı ciddi elmi əsasa söykənməyən volyuntarizmdir. Həyatda buna aid misallar çoxdur... Nə isə, həmin “kəşfiyyatçı” ilə dərhal söhbəti yarımçıq saxlayıb uzaqlaşdım. Və 4-5 il işsiz qaldım, jurnalist qələmimlə qonorar hesabına uşaqlarımı birtəhər dolandırdım... Yeri gəlmişkən, o çətin vaxtlarda yazdığım ssenariləri qəbul edərək mənə qismən də olsa maddi dəstək göstərməyə çalışan görkəmli radio-jurnalist Mailə xanım Muradxanlının, gözəl rejissor, təşkilatçı-redaktor Ziyafət Abbasovun, məşhur aktyor-rejissor Ceyhun Mirzəyevin xeyirxahlığını heç vaxt unutmuram, onları həmişə minnətdarlıqla yad edirəm... Nəhayət, xalqın tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və ölkədə ədalət zəfər çaldı. Ə.Vəzirov öz bacarıqsız və məkrli komandası ilə birgə ictimai-siyasi səhnədən yox oldu! 1994-cü ildə mən Hökumət Aparatında şöbə müdiri - Mətbuat katibi vəzifəsinə təyin olundum... Və günlərin bir günü vaxtilə Şuşa “statusuma” alçaqca şübhə edib mənimlə bu mövzuda təhqiramiz söhbət aparan həmin sabiq “yaradıcı-məmur” özünə iş axtara-axtara qəbuluma gəlib çıxmışdı... Ey bir gecədə mıxı mismara döndərən ulu Tanrı!
- Şuşaya qayıdış ssenariniz varmı? İlk hara gedəcəm, nə edəcəm kimi...
– “Şuşaya qayıdış”... Necə də gözəl ifadədir... Əlbəttə, hər şey çox qəfil olduğu üçün xüsusi hazırlıq ssenarisi yoxdur, ancaq bəzi ekspromtlar var. Niyyət eləmişdim ki, kaş oğlanlarımı Şuşaya aparım, doğulduğum şəhəri və evimizi görsünlər... Deyir, niyyətin hara, mənzilin ora. Şuşa azad olunan gün Elbəy də, Sultan da dərhal yadıma saldılar ki, ata, sən bizi Şuşaya aparmağa söz vermisən. Təbii, dedim, unutmamışam, gedəcəyik tezliklə. Onlara doğma şəhərimi göstərəcəm, füsunkar dağ havasından ciyərlərinə çəksinlər, İsa Bulağından su içsinlər, əfsanəvi Cıdır düzündə olsunlar və əgər şəhərə daraşan ibtidai qəbilə tayfası dağıtmayıbsa, doğulduğum evi görsünlər... Cəbrayılı, Füzulini, Ağdamı, Kəlbəcəri, Laçını vəhşilər görün nə günə salıblar! “Ssenarinin” başqa bir epizodu televiziyadan olan dostlarımla bağlıdır. Axırıncı dəfə 1985-də Ağdamda Televiziya Günlərində hamımız birgə Cıdır düzünə getdik, xeyli gəzdik, çay içdik, dincəldik, şəkil çəkdirdik. İndi Ələddin Əsədzadəylə, Yusif Nəğməkarla danışdıq ki, aradan 35 il keçəndən sonra Cıdır düzündə həmin kollektiv fotodan eynisini yenə çəkdirək və yanaşı qoyaq. Sağlıq olsun... Axı, bu ötən illərdə hamımızın cavanlığımız murdar ermənilərin badına getdi... Biz yaşamadıq ki! Zaman axarında ustad Şəhriyar demişkən:
“Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu...
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?”
- Musiqiçilərə görə daha çox tanısalar da, Şuşa həm də ziyalıların vətənidir. Üzeyir bəyin özünün də yaradıcı fəaliyyəti ilə yanaşı ziyalılığı da güclü idi. Şuşa və ziyalılıq... Bu haqda nə deyərdiniz?
- Sualınız çox ciddi düşündürücü məqamları göz önünə gətirir. O doğrudur ki, musiqi - Tanrı dərgahından süzülən ilahi sədadır, incəsənətin ən mükəmməli və sehrli sahəsidir. Dağlar qoynundakı Şuşa da Tanrıya daha yaxın olduğundan, ilahi bir məkan kimi musiqçilərin beşiyidir. İndi Şuşanın başından duman-çən-çiskin çəkildiyi üçün musiqi dühaları Üzeyir bəyin bənzərsiz əsərləri də, ilk “Qarabağ şəhidi” olan dahi Rəşid Behbudovun qızıl səsi də doğma diyarda daim səslənəcək! Ruhları şad olsun! Müzəffər Ordumuz hamı kimi o dahiləri də Şuşaya qaytardı... Dediyiniz ziyalılıq amalı Şuşanın kübar təbiətindən doğur. Xan Qızının məhz kübarlığı avropalını heyran qoymuşdu. Üzeyir bəy, Əbdürrəhim bəy, Nəcəf bəy, Əhməd bəy ismləri ziyalılıq etalonu kimi mədəniyyət tariximizi zənginləşdirir... Ancaq Şuşaya təkcə musiqi, şeir-sənət məkanı kimi baxmaq şəhərin ziyalı mənzərəsini tam əhatə etmir. Şuşadan həm də digər sahələrdə böyük xidmətlər göstərən alimlər, hərbçilər, dövlət xadimləri çıxıb. Ümumən bütün külli-Qarabağdan çıxan görkəmli adamların sayı-hesabı yoxdur. Burda yenə bir ilginc məqama toxunum. Məncə, “filan bölgədən alimlər, idarəçilər, filan yerdən incəsənət ustaları, filan ərazidən isə ancaq şoferlər, gülçülər, quşbazlar, yaxud polislər, əkin-biçin adamları çıxır...” - demək, bu xalqa, yumşaq ifadə etsək, sevginin azlığından irəli gəlir. Düşünürəm, əski imperiya ideologiyasının “parçala hökm sür” məramına xidmət edən əski sovet ideoloqlarının vaxtilə yaydığı bu mənasız fikir qətiyyətlə rədd edilməli, bölücülük ictimai şüurdan silinməlidir. Yeni Azərbaycançılıq ideologiyası kontekstində ölkənin varlığına bütöv yanaşmaq, fəaliyyət növləri üzrə bölgələrə ayırmadan tam baxmaq lazımdır. Çünki respublikamızın hər kəndi, şəhəri, rayonu eyni dərəcədə dəyərə malikdir, onların bütün əhalisi biryerdə Azərbaycan xalqını ehtiva edir və ölkəmizin inkişafında bütün regionların xidməti olub. Hər yerin alimi də var, dövlət xadimi də, incəsənət adamı da, fəhləsi də... Bu mənada Qarabağ təkcə incəsənət sahəsində yox, elmdə, hərbdə, dövlət idarəçiliyində və digər sahələrdə də ölkəmizin inkişafına töhfə vermiş böyük şəxsiyyətlər yetirib. Azərbaycan xalqının soykökünə daxil olan mənşəcə Qafqaz Albaniyasından böyük Alban hökmdarı Cavanşir; indiki Qarabağın əksər hissəsini əhatə edən digər Alban hökmdarı, ərəb işğalından qabaq Qafqaz xristian memarlığının şah əsərləri Gəncəsər monastırını inşa etdirən siyasi və dövlət xadimi Həsən Cəlal; Cavanşirin nəslindən olan və Qarabağ xanlığını yaradan, Əsgəran qalasını inşa etdirən, 1750-ci ildə Şuşanın binasını qoyan görkəmli sərkərdə və dövlət xadimi Pənahəli xan; Şuşanı daha da abadlaşdırıb xan sarayları, yaşayış evləri, qala divarları tikdirən, məktəblər açan Qarabağ xanı general-leytenant İbrahimxəlil xan; Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri şuşalı Səməd bəy Mehmandarov; Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alan, qadın azadlığı ideyalarının yayılmasında xidmətləri olan, erməni daşnaklarının təhdidlərinə qarşı "Difahi" özünümüdafiə təşkilatı yaradan, Türkiyədə Mustafa Kamal Paşanın yeni müasir dövlət quruculuğunda fəal iştirak edən şuşalı Əhməd bəy Ağaoğlu; erməni qırğınlarının qarşısının alınmasında mütəsna xidmətlər göstərən, Zabux dərəsində Andranikin dəstəsini mühasirəyə alaraq darmadağın edən, Andranikin özünün isə cəza olaraq bir qulağını kəsən laçınlı Sultan bəy; 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri, Xalq Cumhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru laçınlı Xosrov bəy Sultanov; Ağdamlı professor, geologiya-mineralogiya elmləri doktoru, EA-nın müxbir üzvü Xudu Məmmədov; müstəqil Azərbaycanın ilk müdafiə naziri, Qubadlılı general-leytenant Valeh Bərşadlı; Daxili İşlər naziri Zəngilanlı general Məhəmməd Əsədov... Bu qısa siyahıdan da göründüyü kimi, təkcə “incəsənət adamları yetirən” bölgə kimi tanıdılan Qarabağ regionundan neçə-neçə müxtəlif görkəmli xadimlər çıxdığı göz qabağındadır. Anoloji olaraq respublikanın digər regionlarında da eyni mənzərə ilə qarşılaşmaq olar. Odur ki, əski sovetlərdən qalma “orda alim yetişir, burda musiqiçi” sayaq bölücü-regionçuluq şüurundan qətiyyətlə xilas olub Vətənə tam və bütöv baxmaq vacibdir. Qarabağ müharibəsi də xalqın bütövlüyünü, tamlığını, həmrəyliyini düşmənə göz dağı kimi təsdiq edən ən bariz nümunə oldu.
ardı var...
Kulis