“General məhv edilməlidir” – bu, 1990-cı illərin əvvəllərində Ermənistan rəhbərliyinin Vladislav Safanov haqqında qəti hökmü idi. Hədəf müəyyənləşmiş, ünvan dəqiqləşdirilmişdi.
Terror aktını həyata keçirmək Xankəndi şəhərinin sakinləri Akop və Samvel Baqmanyan qardaşlarına, Ermənistan vətəndaşları Armen Antonyan və Kamo Yeqinyana həvalə edilib.
General Safanov həmin ərəfədə, 1991-ci ildə Rostov şəhərində yaşayıb. Xankəndi şəhərindən və Ermənistandan olan 4 nəfərlik terrorçu qrup həmin ilin aprel ayının 2-də Rostova yollanıblar. Generalın yaşayış və xidmət yerini öyrənmək üçün qrupa daha bir erməni, Rostovda yaşayan Karlen Akopyan da cəlb edilib. Təxminən bir ay öncədən Karlen Akopyan bütün məlumatları öyrənib.
“Qətl əməliyyatını” həyata keçirmək üçün Ermənistan rəhbərliyi terroçulara lazımi qədər vəsait ayırıb. Terrorçular bir neçə gün Rostovda qaldıqdan sonra generalın məhv edilməsini aprelin 8-ə planlaşdırıblar. Generalın səhər işə gedərkən güllələnməsi nəzərdə tutulub.
Səhər saat 7-də terroçular generalın yaşadığı binanın qarşısında “mövqe” tutublar. Əvvəlcədən əldə etdikləri məlumata görə, general evdən 7-30 - 8-00 arası çıxmalı imiş. Məlumat dəqiq olub. Terroçular yanılmayıblar. 7-31-də blokun giriş qapısından çıxan Safanov xidməti avtomobilinə minəndə avtomat silahlardan maşın atəşə tutulub.
Hadisə yerindən qaçan cinayətkarlar yalnız bir neçə saatdan sonra televiziya vasitəsi ilə biliblər ki, qətlə yetirdikləri general Safanov deyil, onun mənzil qonşusu, SSRİ Daxili İşlər Nazirliyi Şimali Qafqaz və Zaqafqaziya üzrə Daxili Qoşunlar üzrə idarəsinin rəis müavini polkovnik Blaxotindir. Terrorçular iki hərbçinin xidməti avtomobillərinin nömrələrini səhv salıblar.
Terrorçulara uzun müddət gizlənmək müyəssər olmayıb. Rostovda yaşayan ermənilər onları qorumaq istəsələr də, əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib. Narkotik vasitələr almaq istəyən erməni cinayətkarlar elə “hallı” vəziyyətdə ələ keçiblər.
Rostov vilayət Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı və başçısı Akop Baqmanyan 15 il, Armen Antonyan 15 il, Samvel Baqmanyan 12 il, Karlen Akopyan 4 il, Kamo Yeqinyan 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Məhkəmə prosesində Rostov vilayət Məhkəməsinin sədr müavini Boris Nikolayev terrorçu ermənilərin qətl hadisəsinə hələ İrəvan şəhərində hazırlaşmalarını, bu məqsədlə Rostovda yaşayan ermənilərlə telefon əlaqələrini, general Safanovun ünvanını necə öyrənmələrini, silahların Rostova hansı yolla keçirilməsini, Ermənistan rəsmilərinin bu işdə əli olmasını, terroçulara nə qədər pulun ödənilməsini konkret faktlarla sübuta yetirib.
Boris Nikolayev sonralar mətbuata verdiyi açıqlamalarda məhkəməyə təzyiqlər haqqında da danışıb:
“Çox qarışıq bir dövr idi. Ermənilər bu qarışıqlıqdan bəhrələnə bildilər. Məhkəmə prosesinə Moskvadan təzyiqlər oldu. Əslində bu qətlin sifarişçiləri də məhkəməyə cəlb olunmalı idilər. “Qətl əməliyyatı”na rəhbərlik edən Akop Baqmanyan ən ağır cəzaya məhkum olunmalı idi. Bu cür canilərin yaşaması cəmiyyət üçün olduqca təhlükəlidir. Prosesin ən ağır məqamlarından biri o idi ki, erməni rəsmilər açıq şəkildə terrorçulara dəstək verirdilər...”
Qeyd edək ki, hədəf seçilən general-mayor Vladislav Safanov 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi vəziyyət rayonunun ilk komendantı olub. O, dəfələrlə Mərkəzi Komitəyə və SSRİ Daxili İşlər Nazirliyinin rəhbərliyinə ermənilərin vilayətdəki cinayət əməlləri haqqında rəsmi arayışlar ünvanlayıb. Safanov həqiqəti söylədiyinə, cinayətkar erməniləri ifşa etdiyinə görə Ermənistan üçün arziolunmaz şəxs sayılıb. Ermənistan rəhbərliyi bütün vasitələrə əl ataraq onu Dağlıq Qarabağdan uzaqlaşdırmağa cəhd ediblər. Hadisələr zamanı İrəvanda keçirilən mitinqlərdə Safanovun qətlə yetirilməsi haqqında açıq-aşkar fikirlər də səsləndirilib. Təbii ki, bütün bunlardan Safanov da xəbərdar olub və ona edilən xəbərdarlıqlara baxmayaraq, o, öz xidməti vəzifəsini qorxmadan, şərəf və vicdanla yerinə yetirib.
Sözsüz ki, həqiqəti söyləyən adam ermənilərin xoşuna gələ bilməzdi. Çünki ermənilər haqqında söylənilən hər bir həqiqətin arxasında bir cinayət dayanıb. Cinayətin ört-basdır edilməsi üçün isə ermənilər yalnız bir yol seçiblər, harada olursa olsun, generalı tapmaq və məhv etmək.
Sonralar general-mayor Vladislav Safanov bir neçə dəfə Azərbaycanda səfərdə olub. “Azərbaycan mənim ikinci vətənimdir” deyən general sonda ermənilərin məğlub olacağına şübhə etmədiyini bildirib.
Polkovnik Blaxotinin qətlə yetirlməsi isə ermənilərin terror gündəliyinin növbəti səhifəsi kimi tarixə düşüb. Budur erməni xisləti, terror və təxribat...
İlham Cəmiloğlu, Musavat.com